1. Emin bəy, ilk öncə Yeni Best Investor müsabiqəsi №19 yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız.
Cavab:
Salam, çox sağ olun. Yarışma çox yaxşı təşkil olunub və ədalətli keçdi. İştirak etmək maraqlı idi.
________________________________________
2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?
Cavab:
Hüseynov Emin Ramiz oğlu, Tovuz rayonunda anadan olmuşam.
İxtisas olaraq turizm bitirmişəm, hal-hazırda sürücü işləyirəm
________________________________________
3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?
Cavab:
İnternetdən tanış olmuşam, marağım forex bazarının likvidliyindən irəli gəlir.
________________________________________
4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?
Cavab:
Elə bir ciddi nəticəm olmayıb. 4-cü, 5-ci yerlər əldə etmişdim.
________________________________________
5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.
Cavab:
Əsasən psixolojidir, əgər əhval-ruhiyyəniz aşağıdırsa, əməliyyat açarkən tam özünüzə əmin deyilsinizsə, bazara girməməlisiniz. İndikator və alligatordan istifadə edirdim.
________________________________________
6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
Cavab:
Texniki analiz, fundamental analiz, xəbərlərdən istifadə edirəm.
________________________________________
7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?
Cavab:
Bəli, çox olub, amma qarşıma məqsəd qoyub məqsədlərimə çatmışam.
________________________________________
8. Emin bəy, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?
Cavab:
Xeyr, o qədər də yox. Bəli.
________________________________________
9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?
Cavab:
Bəli.
________________________________________
10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiniz?
Cavab:
Səbrli olmağı öyrənsinlər.
________________________________________
11. Konkursda hansı yenilikləri görmək istərdiniz?
Cavab:
Hər şey yaxşıdır. Verilən mükafatı bir az yüksəltməyinizi görmək istərəm.