GİRİŞ

+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
Yeni Best InvestOR müsabiqəsi №18

Konkurs haqqında ətraflı məlumat
Yeni Best InvestOR müsabiqəsi №2
Konkurs Yeni Best InvestOR müsabiqəsi №2
Kredit Çiyni 1:50
İlkin Depozit $ 3000
Başlanma Tarixi 20-02-2023 00:00:00
Bitmə Tarixi 17-03-2023 00:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
147
İŞTİRAKÇI SAYI
4 987
ƏMƏLİYYAT SAYI
2 013
ÜMUMİ LOT SAYI
69.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
27%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 48%
SELL 52%
Şəhərlər üzrə
Bakı: 69%
Sumqayıt: 16%
Naxçıvan: 9%
Ağdaş: 6%

Bu konkursun iştirakçıları

Nurlan Mammadov InvestScore: 5.00
Faiz
238 %
Gəlir
$ 10 140.56
Tutduğu yer
l
Müsahibəni oxu
1. Nurlan bəy, ilk öncə Yeni Best InvestOR müsabiqəsi №2 Yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Təşəkkür edirəm. Təbii ki bu cür yarışmada qalib olmaq çox sevindirici hissdi. Nəzərə alsaq ki, yarış zamanı rəqiblərdən çoxda öndə deyildim, deyə bilərəm ki yarış çox maraqlı və eyni anda həyəcanlı keçdi. Bu cür yarışralın təşkil edilməsində İnvestAZ komandasına öz təşəkkürümü bildirirəm.

2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?

Mən, Məmmədov Nurlan Rövşən oğlu, 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. Bakalavr təhsilimi Dövlət İdarəçilik Akademiyasında, daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsini almışam. Hal-hazırda bank sahəsində çalışıram.

3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?

Forex-lə tanışlığım bakalavr təhsil aldığım zaman olub. Eyni zamanda internet mənbələrində bu sahəni araşdırdıqdan sonra, bu sahəyə dahada marağım artıb.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki Konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Nəticə təxmini olaraq orta sıralamada idi.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.

Əmin olduğum alətlər üzrə yüksək riski qəbul etməyi, digər hallarda orta riskli alətlər üzrə ticarət aparmağa üstünlük verirəm.

6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Texniki analizdən istifadə edirəm. Alligator, Awesome oscillator, Moving Average və s. indikatorlarla işləyirəm.

7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Bəli, olub. Bir müddət bu səbəbə görə sahədən uzaqlaşmışam.

8. Nurlan bəy, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi ?

Azda olsa ehtimal edirdim ki, qaliblərdən biri olacam.

9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Bəli.

10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Daima bu sahə üzrə biliklərini artırsınlar, daha çox praktika etsinlər və səbrli olsunlar.

11. Konkursda hansı yenilikləri görmək istərdiniz?

TOP 3 üzrə mükafatlandırmanı dəyişmədən saxlayaraq, əlavə daha kiçik məbləğli uduş yerləri açmaq.

Sıra İştirakçı Kapital InvestCafe
© 2024 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2024