1. Natiq bəy, ilk öncə Yeni Best InvestOR müsabiqəsi № 9 Yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:
Salam.İlk öncə InvestAz şirkətinə yarışın təşkili üçün öz minnətdarlığımı bildirirəm. Şübhəsiz ki yarışda qalib olmaq çox sevindirici və qürur verici hissdir.
2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?
Mən Natiq Qurbanov 1984 cü ildə anadan olmuşam.IT mühəndisi və müəllim kimi çalışıram.
3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?
Forex lə tanışlığım uzun illər əvvəl reklam çarxları vasitəsi ilə olub.
4. Məlumdur ki, Siz ilk dəfə deyil ki Konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?
Bəli, daha öncəki yarışlardada iştirak etmişdim.İndiyə qədər ki yarışmada riskli əməliyyatlarım çox olmuşdu.
5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.
Riskli əməliyyatlara üstünlük vermirəm.
6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?
Elliot dalğa nəzəriyyəsi ilə analizlər aparıram.
7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?
Xeyr.Ancaq uğursuz əməliyyatlar çox olduqda fasilə verməyi üstün tuturam.
8. Natiq bəy, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi ?
Bəli
9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?
Bəli
10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?
Risklərdən uzaq olmağa çalışsınlar və hər zaman metodlarını inkişaf etdirsinlər
11. Konkursda hansı yenilikləri görmək istərdiniz?
Yarışmada hər şey yüksək səviyyədə planlaşdırılıb.Şübhəsiz ki, mükafatın miqdarı.