GİRİŞ

+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
Yeni Best InvestOR müsabiqəsi №18

Konkurs haqqında ətraflı məlumat
Yeni Best InvestOR müsabiqəsi №1
Konkurs Yeni Best InvestOR müsabiqəsi №1
Kredit Çiyni 1:50
İlkin Depozit $ 3000
Başlanma Tarixi 09-01-2023 00:00:00
Bitmə Tarixi 03-02-2023 00:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
124
İŞTİRAKÇI SAYI
3 576
ƏMƏLİYYAT SAYI
1 175
ÜMUMİ LOT SAYI
86.8 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
18%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 47%
SELL 53%
Şəhərlər üzrə
Bakı: 75%
Sumqayıt: 16%
Lənkəran: 5%
Mingəçevir: 3%

Bu konkursun iştirakçıları

Ilahe Eliyeva InvestScore: 5.00
Faiz
305 %
Gəlir
$ 12 170.18
Tutduğu yer
I
Müsahibəni oxu
1. İlahə xanım, ilk öncə Yeni Best InvestOR müsabiqəsi №1 Yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Sevincli və həyəcanlı olduğumu deyə bilərəm :-)

2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?

Mən İlahə Əliyeva. 26.01.2001-ci il tarixində Bakı şəhərində anadan olmuşam. 2022-ci ildə Azərbaycan Dövlət İqtisad universitetinin “SABAH” Mərkəzi fakültəsindən, İqtisadiyyat ixtisası üzrə fərqlənmə ilə məzun olmuşam.

3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?

İlk dəfə Forex haqqında sosial mediada gördüyüm xəbərlər vasitəsilə məlumatlanmışam və araşdırmağa başlamışam. Düşünürəm ki, ixtisasımın da bu sahə ilə əlaqəli olması marağımı daha da artırıb.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki Konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Konkursda ilk dəfədir ki iştirak edirəm.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.

İndikatorlarla işləyirəm. Texniki analiz

6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Əsasən texniki analizdən istifadə edirəm.

7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Təbii ki, bir sahədə uğur varsa orada uğursuzluq da olmalıdır. Yəni, hər şey həmişə öz axarında getmir və müəyyən çətinliklər baş verir. Sadəcə bunu anlayaraq yoluma davam etmişəm.

8. İlahə xanım, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi ?

Yarışa qatılanda sadəcə “Niyə də yox?” deyərək qatıldım və alındı.

9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Bəli.

10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Ən əsası səbrli olsunlar. Bazarı yaxşı analiz edib sonra əməliyyat aparsınlar.

11. Konkursda hansı yenilikləri görmək istərdiniz?

Düşünürəm ki, hal hazırda olan şərtlər qənaətbəxşdir.
Hemid Ehmedov InvestScore: 5.00
Faiz
251 %
Gəlir
$ 10 556.03
Tutduğu yer
II
Müsahibəni oxu
1. Həmid bəy, ilk öncə Yeni Best InvestOR müsabiqəsi №1 Yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

Uzun müddətdən bəri yarışlarda iştirak etsəm də ilk dəfədir ki yer tutdum.Hər şeyə görə çox sağ olun.

2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?

İxtisasca hüquqşünasam.Notariat sektorunda çalışıram.Ailəliyəm,1 uşağım var.

3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?

Uzun illərdir az da olsa maraqlanırdım.Getdikcə inkişaf etdirmişəm.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki Konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?

5-ci yer

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.

Strategiyam az risklə yüksək nəaliyyətlər əldə etməkdir.

6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Həm texniki,həm də fundamental yolla işləməyə çalışıram.

7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Uzun müddət bu səbəbdən olmasa da başqa səbəblərə görə uzaqlaşmışam.

8. Həmid bəy, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi ?

İlk 3-lükdə olmaq barədə 60-70% ehtimal edirdim.

9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Başqa sahənin adamı kimi qeyri professional olduğum bir sahə üçün yüksək nəticədir.

10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Analiz etmək bacarıqlarını inkişaf etdirsinlər.Analiz metodlarının birinə üstünlük verib onu inkişaf etdirməyin tərəfdarıyam.

11. Konkursda hansı yenilikləri görmək istərdiniz?

Uduşa pul məbləğindən başqa kiçik həvəsləndirici hədiyyələr də qoymağı təklif edərdim.Bu gün sertifikatı götürmək üçün yaxınlaşanda sizin şirkətə məxsus olan əlifba kitabının 20 manat olduğunu öyrəndim.Düzdü yer tutan bir treyder əlifbadan öndədir deməkdir.Ama mən şəxsən bu işin kursuna filan getməmişəm və bunun üçün kitab maraqlı gəldi.

Javid Ibadzada InvestScore: 5.00
Faiz
247 %
Gəlir
$ 10 414.42
Tutduğu yer
III
Müsahibəni oxu
1. Cavid bəy, ilk öncə Yeni Best InvestOR müsabiqəsi №1 Yarışmasında qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

İlk öncə , InvestAZ şirkətinə və bu yarışların hazırlanmasında əməyi keçən bütün şəxslərə öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirmək istəyirəm. Əlbəttə ki yarışda qalib gəldiyim üçün çox sevincliyəm. Yarış stresli idi; yerdəyişmələr, mənfiyə gedən əməliyyatlar və s. insanı istər-istəməz həyacanlandırır və stresə salır. Çalışdığım qədər soyuqqanlılığımı qoruyurdum, çünki bu uğurlu olmağım üçün çox vacib idi.

2. Zəhmət olmasa, özünüz barədə bir az məlumat verərdiniz?

Mən İbadzadə Cavid Cəlal oğlu , 2002 ci ildə Saatlıda anadan olmuşam, əslən Füzulidənəm. 2008-ci ildə Füzuli rayonu 34 nömrəli tam orta məktəbdə təhsilimə başlamışam. Ailəm təhsilə və elmə böyük əhəmiyyət verdiyi üçün həmişə özümü inkişaf elətdirməyə meyilli olmuşam. Müxtəlif olimpiadalar və yarışlarda iştirak edərək tək və yoldaşlarımla qrup şəklində qalib olmuşam. Orta məktəbi Fərqlənmə atestatı ilə bitirmişəm. Universitetə qəbul olduqdan sonra da dərslərlə yanaşı bir sıra əlavə sahələrlə də maraqlanmışam. Onlardan biri də məhz Forex-də trading idi.

3. Forex-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlirdi?

Forex-ə marağım maddi azadlığa çıxmaq istəyimlə başladı. Mən də digər insanlar kimi pul qazanmaq və ailəmin qayğısına qalmaq istəyirdim. Bunun üçün gəlirli, rahat və tez zamanda qazandıran sahələri araşdırmağa başladım. Forex isə bu 3 xüsusiyyəti özündə birləşdirən və mənim görə ideal olan bir sahə idi. Tanışlığıma təkan ADA universitetinin verdiyi təhsil və yaratdığı imkanlar oldu. Dərslər mənə fundamental analizi qavramağa kömək etdi, hələ də edir.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki Konkursda iştirak edirsiniz. Daha öncəki yarışmalarda hansı maksimal nəticələr əldə edə bilmisiniz?

Hələki bu ilk yarışmam idi Forex sahəsində. Gələcəkdə uğurlarımı artımağa çalışacağam.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.

Adətən day trading və swing tradinglə məşğul idim. Əsasən breakout structure strategiyasından istifadə edirdim. Bununla yanaşı osilyatorlar və indikatorlarla da işləyirdim, məsələn, RSİ, Stochastic, MACD, Moving Average, Volume və b.

6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

Əksər traderlərin elədiyi kimi fundamental və texniki analizlərin kombinasiyasından istifadə edirəm. Dəstək və dirənc zonalarının qırılması və həmin qırılmanın xəbərlərin açıqlanması ilə təsdiqi tapması nəticəsində əməliyyatları açırdım.

7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

Bəli belə hallar olub. Yarışın axırına az qalmış bir sıra əməliyyatları tələsib tez bağlamışdım onda fikirləşdim ki hələki kifayət qədər bilik və bacarığım yoxdu bəlkə də bu sahə mənlik deyil bəlkə də.

8. Cavid bəy, yarışmaya başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi ?

Belə bir aforizm var: “ General olmaq istəməyən əsgərdən əsgər olmaz” . Mən də bu yarışa qalib olmaq arzusu ilə qoşulmuşdum, hətta 1-ci yer istəyirdim. Bəli ,ehtimal edirdim ki , qaliblərdən biri olacam.

9. Konkursda əldə etdiyiniz nəticə Sizi qane edirmi?

Mən həmişə hər nəticələrimə şükür edirəm. Amma bu qane olduğum mənasına gəlmir. Hər zaman daha da irəliyə can atıram. Xeyr, qane etmir ,çünki daha da yüksək nəticə əldə edə bilərdim.

10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

Hər zaman daha çox öyrənməyə çalışın. Warren Buffet belə bir məhşur cümləsi var nə qədər öyrənsən bir o qədər qazanarsan. Bir də ki bu elə sahədir ki burda praktika çox vacibdir. Ən azı 2-3 ay praktika edin.

11. Konkursda hansı yenilikləri görmək istərdiniz?

Hələki hər şey çox gözəldir. Gələcəkdə yalnız qaliblərdən ibarət olan və ya keçmiş yarışlarda iştirak etmiş müəyyən nömrəli yerə qədər olan yarışçılardan ibarət daha böyük məbləğli yarış keçirilsə, fikrimcə çox qəşəng olar.
Sıra İştirakçı Kapital InvestCafe

Diskvalifikasiya olunan iştirakçılar

Sıra İştirakçı Kapital
© 2024 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2024