Fəlsəfəsində təbiəti əsas götürən InvestAZ, investorları qarışıqlıqdan yaxa qurtarmağa səsləyir. İnvestisiyalarına nəzarət edə biləcəyiniz bir azadlıq verir. Təcrübələrinizi yaşıllığa çevirə biləcək bir mühit yaradır.
İnvestisiya, həyat boyu davam edəcək bir prosesdir. İnvestisiya eyni zamanda müntəzəm fəaliyyətlə qazanıla biləcək bir qabiliyyətdir. Lakin nizam nizamsızlığı özü ilə gətirər və hər nizamsızlığın içində də yeni bir nizam yaranar. Bu səbəbdən "nizam, nizamsızlıqdan doğular" fəlsəfəsi, əslində bu xaos halı ilə təsadüfi davranış formalarını təmsil etməkdədir.
Yeni mərhələdə uzlaşma özünü göstərər və daxildən qaynaqlanan yol ilə təxmin edilməyən bir istiqamətə doğru inkişaf edər. Məhz bu Xaosu yenidən yaradar.
Xaos, əslində böyük xəyalların başladığı yerdir. Xaosun Kosmosa çevrilməsi, təyin edilmiş aralıqlar içərisindəki dinamikanın yenidən formalaşdırılmasıdır. Ancaq xaos halı, iç içə keçmiş bu nizamsızlıqdan doğan nizam formasının dövr halına çevrilməsindən ibarətdir. Zaman keçdikcə bu bütöv formada olmağa çalışan bir davranış formasına çevriləcəkdir. Bu davranış forması isə investorların uzun müddət qazanc yarada biləcəkləri bir dövrün meydana gəlməsini təmin edəcəkdir.
Təbiətdən ilhamlanan yatırım fəlsəfəsində pul idarəçiliyi, nizamın və nizamsızlığın içərisindəki nizamı eyni ilə Fibonaççi ədəd sıralanmasında meydana çıxan tsiklik qayda içərisində investor tərəfindən xaos mühitinə yönəltməkdir. Nizamın içərisindəki nizama və nizamsızlığın içərisindəki nizama baxır, "investor"-un lazımi anda, lazım olduğu yerdə, doğru qərar verməsini təmin edirik. Riski, mənfəəti, gəlirə aparan fürsəti və itkiyə aparan riski yaxşı tanıyırıq. InvestAZ ailəsi olaraq bir sənət hesab etdiyimiz yatırımı Sizin simanızda bütün investorlara təqdim edirik.