ƏN ÇOX SORUŞULAN SUALLAR
InvestAZ ilə bağlı maraqlandığınız suallara bu bölmə vasitəsilə cavab ala bilərsiniz.
Şirkətimizlə bağlı ətraflı məlumatı saytımızın "HAQQIMIZDA" bölməsindən və ya video vasitəsilə əldə edə bilərsiniz. İzləmək üçün: LINK
Ünvanımız : Xətai rayonu, Fəzail Bayramov küçəsi 28F InvestAZ Plaza
Forex sözü “Foreign Exchange” sözlərinin qısaldılmasından yaranıb. Foreks valyutaların beynəlxalq alqı-satqı bazarıdır. Valyuta bazarlarında ticarətlə yanaşı, əmtəə bazarlarında qiymətli metallar, enerji, qida məhsulları, həmçinin, birja indeksləri və Fərq müqavilələri-CFD kimi alətlərdə də əməliyyat edə bilərsiniz.
Daha ətraflı məlumat üçün videonu izləyə bilərsiniz. İZLƏ
Foreks, Dünya Maliyyə Bazarlarında ticarətə həm yeni başlayan, həm də bu sahədə peşəkar iştirakçılar üçün münasib birjadır. Ənənəvi maliyyə bazarları ilə müqayisədə Foreks bir sıra üstünlüklərə malikdir. Xüsusilə də yüksək qazanc imkanı bu birjanın ən xarakterik xüsusiyyətidir. Zaman və məkan məhdudiyyətinin olmaması, 5 gün 24 saat əməliyyat imkanı, Foreksdə ticarət edən yatırımçılara böyük üstünlük yaradır.
Foreks Sizin maliyyə bazarları ilə bağlı düşüncələrinizi dəyişə biləcək üstünlük və imkanlara sahibdir.
Foreksə hər kəs qatıla bilər.
Peşəsindən və ixtisasından asılı olmayaraq hər kəs bu birjada tam sərbəst ticarət edə bilər. Əsas olan qərarınızı qətiləşdirməyinizdir. İstər maliyyə bazarları üzrə mütəxəssis, istərsə də sadə vətəndaş olun, Foreksə Siz də sərbəst qatılaraq sərmayənizi effektiv idarə edə bilərsiniz.
Sadə və rahat iştirak imkanı.
Ənənəvi birjalarda bürokratik əngəllər uzun zaman itkilərinə səbəb olur. Foreksdə isə zaman və məkan məhdudiyyəti olmadan ticarət qərarlarınızı hər saniyə gerçəkləşdirə bilərsiniz. Bu da Sizə qısa zamanda yüksək qazanc imkanı yaratmaqla yanaşı, zaman itkiləri nəticəsində zərər risklərinizi də aradan qaldırmağa imkan yaradacaqdır.
Bütün iştirakçılar bərabərhüquqludur.
İstər böyük, istərsə də kiçik sərmayə ilə bu birjaya qatılan bütün iştiraklar üçün ticarət şərtləri eynidir. Hər kəs, dünyanın hər bir yerində eyni qiymətlə ala və eyni qiymətlə sata bilər. Gündəlik 5.5 trilyondan artıq dövriyyə həcmi ilə dünyanın ən böyük maliyyə bazarı olması səbəbindən Foreksdə kapital zənginliyindən asılı olmayaraq heç bir iştirakçı süni manipulyasiya edə bilməz.
Ticarət alətləri olduqca zəngindir.
Foreks ənənəvi olaraq valyutalarla ticarətin həyata keçirildiyi beynəlxalq birja olmasına baxmayaraq hazırda investisiya şirkətləri müştərilərinə olduqca fərqli ticarət alətləri də təqdim etməkdədirlər. Foreksə qatılaraq müxtəlif ölkələrin milli valyutaları ilə yanaşı, neft, qızıl, gümüş, birja indeksləri və beynəlxalq şirkətlərin səhmləri ilə də ticarət edə bilərsiniz.
Foreks aktiv birjadır.
Foreksdə alıcı və ya satıcı axtarmağa ehtiyac yoxdur. Almaq istədiyiniz ticarət alətlərinin hər zaman bir satıcısı, satmaq istədiklərinizin isə hər zaman bir alıcısı vardır.
Gəlirinizin həcmi, Sizin ticarət strategiyanızın effektivliyindən, valyuta kurslarının dəyişmə tendensiyasını doğru proqnoz etməyinizdən və əlbəttə ki, yatırım etdiyiniz vəsaitin həcmindən asılıdır.
Ticarət Hesabı açmaq üçün minimum sərmayə həcmi 100 ABŞ dollarıdır. Hesaba əlavə sərmayə yatırımlarına isə heç bir minimal məbləğ məhdudiyyəti yoxdur.
Bunun üçün sadəcə internet şəbəkəsinə bağlı kompüter və ya ya ticarət platformasını dəstəkləyən mobil telefonunuzun olması kifayətdir. Foreksə ixtisasından və peşəsindən asılı olmayaraq hər bir şəxs olduqca sadə şəkildə qatılaraq müxtəlif maliyyə alətləri ilə sərbəst ticarət edə bilər.
Hesab açmaq üçün saytımızın Hesab açılışı bölməsindən istifadə edə, ofisimizə yaxınlaşa və ya *1234 nömrəsi ilə əlaqə saxlayaraq Real və ya Təlim hesabına sahib ola bilərsiniz.
Kredit çiyni (leverage): ticarət əməliyyatını həcm ifadəsində mümkün həddədək artırılmasıdır. Kredit çiyni (kredit dəstəyi ) Foreks bazarında kiçik yatırımlarla daha böyük ticarət əməliyyatlarını icra etməyimizə şərait yaradır. Yəni Siz 1000 dollarla ticarət etdiyiniz halda investisiya şirkəti sizə 30.000 dollarlıq əməliyyat icra etməyə şərait yaradacaq. Kredit dəstəyi ilə bağlı daha ətraflı məlumatı video vasitəsilə əldə edə bilərsiniz. İZLƏ
InvestAZ-ın təqdim etdiyi MT4 (MetaTrader 4) yatrım dünyasının ən çox istifadə etdiyi Foreks ticarət platformasıdır. Burada hər bir şəxs dünya birjalarına sərbəst qoşularaq müxtəlif maliyyə alətləri ilə ticarətdən real gəlir qazana bilər. Platforma həmçinin, yüzlərcə texniki indikatorlar vasitəsiylə tekniki analizlər edərək ticarət hesabınızı effektiv idarə etməyə şərait yaradır. Platformanın istifadə təlimatı üçün bu səhifəyə daxil ola bilərsiniz. DAXİL OL
Valyuta bazarında hər hansı bir valyuta qiymətindəki ən kiçik dəyişikliyə verilən vahidin addır. Pip dəyəri hər cütlüyə görə dəyişir. Pip dəyəri məsələn; EUR / USD, GBP / USD və USD / CHF üçün 0.0001 və USD / JPY üçün 0.01 - dir.
Qrafik, qiymət istiqamətləri və həcm göstəricilərinin köməyi ilə bazar məlumatlarının analiz edilib, gələcəkdə ola biləcək bazar hərəkətlərinin təxmin edilməsi əməliyyatıdır.
Daha ətraflı olaraq VİDEONU İZLƏ
Maliyyə bazarlarının gələcək hərəkətliliyinin təxmin edilməsi məqsədi ilə iqtisadi və siyasi məlumatların analizidir.
Fundamental analiz bunları əhatə edir:
Beynəlxalq maliyyə bazarlarının vəziyyəti;
Mərkəzi bankların tətbiq etdiyi valyuta siyasəti;
Mövcud qiymət tendensiyaları;
Makroiqtisadi göstəricilərin valyutalara təsiri.
Daha ətraflı olaraq VİDEONU İZLƏ
Açıq olan əməliyyatı əvvəldən təyin olunmuş bir qiymətdən bağlayıb mənfəət əldə edə bilmək məqsədi ilə verilən əmrdir.
Zərəri mümkün qədər aşağı salmaq məqsədi ilə açıq olan əməliyyatı müəyyən bir qiymətdən bağlamaq üçün verilən əmrdir.
Maliyyə bazarlarında alış və satış arasındakı fərq spred adlanır. Məsələn, EUR/USD valyuta cütündə alış qiymətinin 1.0591, satış qiymətinin isə 1.0593 olduğunu fərz edək. Bu zaman EUR/USD valyuta cütünün spredi 2 pip-dir.
Daha ətraflı məlumat almaq üçün videonu izləyə bilərsiniz. VİDEO
Ödənişsiz Başlanğıc Təlimə qatılaraq Maliyyə Bazarlarının geniş imkanları haqqında ətraflı məlumat ala bilərsiniz. InvestAZ şirkətinin Beynəlxalq Maliyyə Bazarları üzrə təqdim etdiyi xidmətlərlə əyani tanış olaraq sərmayə artımınız üçün fərqli gəlir imkanlarını kəşf edə bilərsiniz. Təlimə yazılmaq üçün qeydiyyatdan keçin.
SWAP - hərfi mənada tərcüməsi “mübadilə, dəyişmək” mənalarını ifadə edir. Swap qiymətləri gecəlik işləyir, eyni gün içəriisndə bağlanılmayan və bir başqa günə köçürülən əməliyyatlarda keçərlidir. Swap, Mərkəz Banklar tərəfindən açıqlanan rəsmi faizlər əsas götürülərək tətbiq edilir.
Daha ətraflı məlumatı video vasitəsilə əldə edə bilərsiniz. İzləmək üçün tıklayın
InvestAZ, investorların maliyyə bazarlarında peşəkarlaşmaları məqsədilə, real bazar şərtlərinə uyğun Best InvestOR Foreks yarışmasını təşkil edir. 3000 USD virtual pul ilə yarışmağa qatılan iştirakçılar, 1 ay müddətində sərmayələrini maksimum səviyyəyə çıxartmağa çalışır. Müddətin sonunda ilk 3 yeri qazananlara hədiyyə verilir.
1-ci yer: 2000 USD real hesab
2-ci yer: 1000 USD real hesab
3-cw yer: 500 USD real hesab
İştirak etmək üçün : https://www.investaz.az/forex-yarismasi
İnvestisiya şirkəti tərəfindən müştəriyə yönəlmiş bir əməliyyatın performansının təmini üçün edilən əlavə vəsait tələbidir.
Artım (buğa) tendensiyası (bull market) : Qiymətlərin artması ilə xarakterizə olunan bazardır.
Eniş (ayı) tendensiyası (bear market) : Qiymətlərin aşağı düşməsi ilə müşahidə olunan bazardır.
Əsas valyuta (base currency) : Əsas valyuta – Valyuta cütündə ön mövqedə dayanan valyutadır. Valyuta cütünün qiyməti əsas valyutanın ikinci mövqedəki valyutada ifadə olunmuş qiymətini əks etdirir. Məsələn; USD/CHF 1,6215 kotirovkası Forex bazarında hər bir ABŞ dollarının 1.6215 İsveçrə frankına bərabər olduğunu göstərir. ABŞ dolları – Forex bazarında iştirak edən əsas valyutadır, bununla əlaqədar olaraq əksər valyuta cütlərində əsas valyuta kimi çıxış edir. Başqa sözlə, kotirovkalar ABŞ dollarının valyuta cütünün ikinci mövqeyindəki valyutada ifadə olunmuş qiymətini göstərir. Bu qanunauyğunluqdan sadəcə 3 kənarlaşma mövcuddur – Britaniya funt Sterlinqi (GBP), Avstraliya dolları (AUD) və Avro (EUR).
Əks valyuta (counter currency): valyuta cütündə ikinci mövqedə yerləşən valyutadır.
Kross-valyuta cütləri və ya kross-kurslar (cross currency pairs or cross rate): ABŞ dollarının iştirak etmədiyi xarici valyuta cütü üzrə kotirovkadır. Məsələn; EUR/GBP.
Təlim hesablarda ticarət virtual şəkildə həyata keçirildiyindən bu hesablarda mənfəət və zərərlər də virtualdır. İstədiyiniz həcmdə virtual vəsaitlə açacağınız təlim hesablar Sizə real birja şərtlərində risk etmədən ticarət edə bilərsiniz.
Devalvasiya (devaluation): mübadilə dəyərinin azaldılması məqsədilə valyutanın süni şəkildə ucuzlaşdırılmasıdır. Bu tədbir bir qayda olaraq dövlət maliyyə orqanları tərəfindən həyata keçirilir.
İstehlak mallarının qiymətlərindəki artım səbəbi ilə alış gücünün azalmasına səbəb verən bazar göstəricisidir.
İlk növbədə Müştəri ilə İnvestisiya Şirkəti arasında İnvestisiya Xidmətlərinin Göstərilməsi Haqqında Müqavilə bağlanılır və İnvestisiya Şirkəti tərəfindən Müştəriyə Depozitar sistemdə depo hesab açılır, Müştəri qiymətli kağızı almaq üçün İnvestisiya Şirkətinə Müştəri Sifarişi formasını təqdim edir. Əqd birjada icra olunduqda Müştəri qiymətli kağızın dəyəri həcmində müvafiq məbləği İnvestisiya Şirkətinin Hesablaşma Agentində olan müvafiq hesabına köçürür. Vəsait müvafiq hesabda olduqdan sonra İnvestisiya Şirkəti əqdi keçirir və müvafiq qiymətli kağızları Müştəri üçün alır. Əqd birjadankənar icra olunduqda isə Müştəri müvafiq vəsaiti satıcı tərəfin bank hesabına köçürür və bankdan təqdim olunan ödəniş tapşırığını İnvestisiya Şirkətinə təqdim edir. Sonuncu isə əqdi icra edir.
Əgər Müştəri ilə İnvestisiya şirkəti arasında İnvestisiya Xidmətlərinin Göstərilməsi haqqında Müqavilə bağlanıbsa və İnvestisiya Şirkətinin Müştərinin depo hesabına sərəncamı varsa, bu zaman Müştəri İnvestisiya Şirkətinə qiymətli kağızları satmaq barədə Müştəri Sifarişi formasını təqdim edir. Əgər Müştəri yenidirsə, bu zaman Müştəri ilə İnvestisiya şirkəti arasında İnvestisiya Xidmətlərinin Göstərilməsi haqqında Müqavilə bağlanılır və onun depo hesabına sərəncam verilir. Müştəri tərəfindən təqdim olunan Müştəri Sifarişi forması əsasında İnvestisiya Şirkəti qiymətli kağızları Müştərinin xeyrinə satır. Əqd birjada bağlandıqda əqdin icrası nəticəsində daxil olan pul vəsaiti Müştərinin İnvestisiya Şirkətinə təqdim etdiyi müvafiq bank hesabına köçürülür. Əqd birjadankənar icra olunduqda isə alıcı tərəf müvafiq vəsaiti Müştərinin bank hesabına köçürür.
Müştəri üçün Depozitar sistemdə açılmış və Müştərinin qiymətli kağızlarına olan hüquqlarına dair qeydləri əks etdirən hesabdır.
Fiziki şəxs olan Müştəri aşağıdakı sənədləri İnvestisiya Şirkətinə təqdim etməlidir:
1) Şəxsiyyət Vəsiqəsi (Xarici vətəndaş olduqda xarici pasport)
2) Etibarnamənin notarial təsdiq olunmuş surəti (etibarnamə ilə təmsil olunduqda)
3) Etibar edilən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (etibarnamə ilə təmsil olunduqda)
Hüquqi şəxs olan Müştəri aşağıdakı sənədləri İnvestisiya Şirkətinə təqdim etməlidir:
1) Nizamnamənin notarial təsdiq olunmuş surəti
2) Hüquqi Şəxsin Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamənin notarial təsdiq olunmuş surəti
3) Dövlət Reyestrindən Çıxarışın notarial təsdiq olunmuş surəti
4) Hüquqi şəxsin rəhbər şəxsinin təyin olunması haqqında əmr və ya protokolun daxili təsdiq olunmuş surəti
5) Hüquqi şəxsin rəhbər şəxsinin şəxsiyyətini təsdiq edən sənədin surəti
6) Etibarnamənin notarial təsdiq olunmuş surəti (etibarnamə ilə təmsil olunduqda)
7) Etibar edilən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (etibarnamə ilə təmsil olunduqda)
8) Hüquqi şəxsin bank rekvizitləri haqqında arayış (daxili təsdiq olunmuş və ya bank tərəfindən təsdiq olunmuş şəkildə)
Birjada ticarət zamanı qiymətli kağızlar birjada təklif olunan qiymətlərlə və ya birjanın müəyyən etdiyi qiymət dəhlizi daxilində ticarət olunur. İnvestisiya Şirkəti təklif olunan qiymətlər arasında ən yaxşı qiymətlə Müştəri üçün qiymətli kağızı alır və ya satır.Birjadankənar ticarət zamanı isə Müştəri əvvəlcədən razılaşdırılmış qiymət və əvvəldən müəyyən olunmuş tərəflə qiymətli kağızı ala və ya sata bilər. Bu zaman digər bazar iştirakçıları Müştərinin sifarişini görə bilmir və alqı-satqı qiyməti birjadakı qiymətlərə təsir etmir.