Site icon InvestAZ Blog

Yeni bazar iştirakçısı olduğunuzu isbat edən 6 göstərici

Yeni bazar iştirakçısı olduğunuzu isbat edən 6 göstərici

Yeni bazar iştirakçısı olduğunuzu isbat edən 6 göstərici

FOREX bazarında bir universitet proqramı olmasa da, bu sahədə özünüzü inkişaf etdirməyiniz üçün bir çox imkanlar təqdim edir. Bunun üçün bir çox lisenziyalı broker şirkətləri ödənişli və ödənişsiz əsaslar çərçivəsində başlanğıc səviyyəsindən peşəkar səviyyəyə kimi olan FOREX tədris kursları və bu bazarda təcrübənizi artırmaq üçün pulsuz təlim hesabları təklif edir.

FOREX bazarında uğurlu ola bilmək üçün insanın özünə yatırım etməsi, nöqsanlarının üstündən keçmədən bünövrəsini möhkəmləndirməli, yatırım edərkən daha çox diqqətli olmalı və bazarı dərindən incələməlidir. Əks halda ilin “naşı bazar iştirakçısı” adını üzərinizdə gəzdirməkdən başqa yolunuz yoxdur.

  1. Bəhanələr içində itmək

Ümumiyyətlə, “Bunu edə bilmərəm, bu, çox çətindir, vaxt ayıra bilmərəm, necə ticarət edildiyini bilmirəm” kimi sözlərdən daha çox istifadə edirsinizsə, o zaman FOREX dünyasında yenisiniz. Ancaq buradakı problem bilməməyinizdən deyil, hələ də necə öyrənəcəyinizdən irəli gəlir.

  1. Qavrama

Hər hansı bir peşəkar treyderin söylədiklərinə diqqət edin. İstifadə etdiyi sözlərdən, hansı sözü harada və necə xırdalamağından bu insanın naşı və ya peşəkar olub olmadığını anlayacaqsınız. Peşəkar treyder hər zaman özünə əmin olaraq danışır və bu sahəyə aid olan sualları cavablandırmaq da sərbəstdir.

  1. Yol verdiyi səhvlərə təslim olmaq

Təkrarən səhv edən, səhvlərini qəbul etməyən, Səhvinə yapışıb qalan, davamlı olaraq gördüyü işlərdən bəhs edən amma nəticələrindən bəhs etməyən, çəkinmədən risk edən bazar iştirakçılarının hələ də naşı olduqlarını görürük. Təcrübəli treyderlər isə hər zaman səhvlərini qəbul edərək nəticələrini analiz edir və növbəti atacağı addımları buna görə tənzimləyirlər.

  1. Tələsik ticarət etmək

FOREX, dinamik bir bazardır. Ancaq bu bazarda axına qoşulmaq deyil, inamlı addımlarla irəliləmək lazımdır. Naşı bazar iştirakçısı isə bu məlumatı istisna etməklə, kifayət qədər bilik və təcrübə sahibi olmadan təcili əməliyyatlar həyata keçirir. Bir peşəkar isə gözlənilməz risklərdən çox, gözlənilən risklər üzərindən investisiyalarına istiqamət verir.

  1. Dəyişkən fikirlər

Naşı bazar iştirakçıları dərhal imtina etməyə və ya bağlanması lazım olan mövqelərini daha da uzatmağa meyilli olurlar. Peşəkar bir bazar iştirakçısı isə qane olacağı nöqtəni öncədən müəyyən edə bilir və doğru bilinən yanlışlar üzərindən əməliyyatlar icra etmək əvəzinə strateji qaydalarına sadiq qalır.

  1. Həyəcan

Əgər Siz dəyişkən məlumatlar qarşısında həddindən çox həyəcan keçirib qərarlarınıza bu hisslə istiqamət verirsinizsə, Siz də hələ naşı bir bazar iştirakçısı hesab olunursunuz. Texniki analizləri doğru incələyə bilmirsinizsə, qısa müddətdə obyektiv qərar verməməklə, gəlirli fürsətləri qaçıra bilərsiniz.

Exit mobile version