InvestAZ Blog

Yeni başlanğıclar üçün vəsait toplamağın yolları

Yeni başlanğıclar üçün vəsait toplamağın yolları

Sabit kiçik gəlir əvəzinə investisiya etmək və bu sərmayələri böyük qazanca çevirmək istəyirsinizsə ilk olaraq vəsait toplamaq lazımdır. Yaşadığımız dünyada bunun nə qədər çətin olduğunu bilirik. Amma bu imkansız da deyil. Hətta bəzi üsullarla bu daha asan da ola bilər. Bəs, bu üsulları necə yaradaq? İşinizi asanlaşdıracaq məsləhətləri oxuyun.

İlk olaraq mövcud borclarınızı bağlayın

Borcunuz olduğu təqdirdə daim üzərinizdə bir yük hiss edəcək və rahat olmayacaqsınız. Gələcəyinizə sərmayə qoymaq sizə çətin gələcək. Beləliklə, borclarınız xəyallarınızı təxirə salacaq. Borclarınızı mümkün qədər tez ödəyin, pul yığmağa başlayın. Bir müddət pul toplamaq borclarınızı qaytarmaqdan dolayı mümkün olmaya bilər. Lakin vacib ödənişlərinizi etdikdən sonra tamamilə yeni bir düşüncə ilə addım atacaqsınız.

Özünüzə real hədəflər müəyyən edin

Vəsaitlərinizlə bağlı hədəflərinizin real olmasına diqqət edin. Özünüzə sərt hədəflər qoymağınız, daha tez geri çəkilməyinizə səbəb ola bilər. Büdcə və ehtiyaclarınızı müqayisə edib ona görə bir plan hazırlayın. Beləliklə, hədəfləri mütəmadi olaraq genişləndirməklə daha yaxşı bir planınız olacaq.

Özünüzə uyğun pul toplamaq üsulu tapın

Pul yığmağa qərar verdikdən sonra pulu hansı üsulla toplayacağınızı bilirsinizmi? Bunun cavabını özünüzə mütləq müəyyən etməlisiniz. Bir misalla açıqlayacaq olsaq, bəziləri pulunu bank hesablarında qiymətləndirir, bəzisi maliyyə bazarlarına sərmayə qoyur, bəziləri də “yastıq altı” üsulunuı tətbiq edir. Pul yığma metodlarına ən uyğun olanı seçmək üçün maraqlarınızı qiymətləndirməlisiniz. Alternativ yollar həmişə mövcuddur. Tək etməyiniz lazım olan pul yığma üsulları arasında sizin üçün ən doğru olanını seçməkdir.

Vəsaitlərinizi qazanca çevirin

Bizim mentalitetimizdə pul yığmaq həmişə çətin günləri düşünməklə həyata keçirilmişdir. Yeni nəsil insanların bir çoxunda isə bu anlayış bu günlərdən daha gözəl günlər görmək üçün hədəflənir. Artıq pul yığmaq daha yaxşı bir evdə yaşamaq, daha yaxşı bir avtomobil sürmək və ya daha çox səyahət etmək üçün edilir. İnsanların öz vəsaitlərini düzgün sərf etməsi hər zaman çətin olmuşdur. Bunu daha effektiv etməyin ən uyğun yolu isə əmanətləri investisiyaya qoymaqdır. Saxladığınız vəsaitlər bir müddətdən sonra dəyər itirə bilər. İnvestisiya bazarları isə hər zaman hərəkətlidir və vəsaitlərinizi qazanca çevirmək üçün ən uyğun üsullardan biridir.

Exit mobile version