Site icon InvestAZ Blog

Yay aylarında səhmlər üzərindən qazanc

Yayda gündəlik ticarət fəaliyyətinizdə əməl etməli olduğunuz bir neçə vacib qaydaya nəzər salaq.

Yay aylarında ticarət edən şəxslər birja katalizatorlarına diqqət yetirməlidirlər. Səhm katalizatoru, bir səhmin qiymətində və həcminin artmasına və ya azalmasına səbəb olan hər hansı hadisə və ya xəbərə aiddir.

Qazanclı yay ticarət mövsümü üçün izləməli olduğunuz bir neçə səhm katalizatoru:

Şirkətin qazancı – Bir çox şirkət yayda rüblük maliyyə nəticələrini elan edir. Bu qazanclar əhəmiyyətli bazar hərəkətlərinə səbəb olur.

Ümumiyyətlə, səhm qiymətləri gözləntiləri üstələyən (və əksinə) qazanc hesabatlarına cavab olaraq yüksəlir.

İdarəetmə dəyişiklikləri – Şirkət direktorlar şurasında və ya idarə heyətində dəyişiklik elan etdikdə səhm də yüksək dəyişkənliyə məruz qala bilər. Məsələn, aşağı performans göstərən CEO-nun gedişi elan olunarsa, səhm daha yüksək sıçrayış edə bilər.

Birləşmə və satınalmalar – Birləşmə və satınalma sövdələşmələri birjada çox rastlanan göstəricidir və ilin istənilən vaxtında elan edilə bilər. Bu cür sövdələşmələr elan edildikdə, onlar birjada dəyişkənliyə səbəb olur.

Sosial media – Sosial media da fond bazarını idarə edə bilər. Yaxşı bir nümunə, pərakəndə treyderlərin 2021-ci ildə Reddit və digər sosial media saytlarında toplaşaraq GameStop (GME) və AMC (AMC) kimi səhmləri rekord həddə çatdırmasıdır.

Yay aylarında diqqət etməli olduğunuz digər amillər:

Eyni anda bir neçə səhm ilə ticarət etməyin: Bu, xüsusilə əməliyyatın açıq qalma müddəti bir neçə saniyə və ya bir neçə dəqiqə olan əməliyyatlar aiddir. Eyni anda çox məhsul almağa çalışmayın.

Gün ərzinə 5 əməliyyatdan çox əməliyyat açmayın: Statistikaya görə, gündə beş əməliyyatdan çox əməliyyat açdığınız zaman daha çox pul itirmək ehtimalınız var. 

Bazar öncəsi sessiya zamanı ticarət etməyin: Ticarət gününə hazırlaşmaq üçün ən yaxşı vaxt açılışdan əvvəldir. Bazar öncəsi seanslar adətən zəif likvidliyə malikdir.

Bir treyder kimi sizin işiniz daim dəyişən dəyişkənlik, likvidlik və qiymət hərəkəti mühitinə uyğunlaşmaqdır.

Fond bazarı yay aylarında aşağı həcm və bəzən aşağı volatillik yaşamağa meyllidir. Lakin, yayda likvidlik və dəyişkənlik adətən aşağı olsa da, qazanclı ticarət etməkdə sizə kömək edə biləcək çoxlu imkanlar yaranır.

Yayda ticarət edərkən, likvidlik daha yavaş olduğu üçün daha seçici olmalısınız və birja katalizatorlarına diqqət yetirməlisiniz. Daha da əhəmiyyətlisi, qiymət hərəkəti və texniki təhlil prinsiplərinin həmişə aktual olduğunu unutmayın.

İnvestAZ İnvestisiya Şirkəti olaraq sizə dəstək olmaq üçün professional komandamız ilə daima yanınızdayıq. Dünya maliyyə bazarlarında yaranan qiymət dəyişməsindən faydalanmaq üçün bizə müraciət edin, yarana biləcək bütün suallarınızı cavabladıqdan sonra bazarlar ilə bağlı analitik fikirlərimizi sizinlə paylaşaq.

Exit mobile version