X

Yatırım etmək qorxusunu dəf edin

İnvestisiyanın riskli bir sahə olduğu fikri bir çox insanlara bu sahədən uzaq durmağa vadar edir. Bir tərəfdən investisiya edərək sərvət sahibi olanların uğur hekayələrini oxuyub həmin sahəyə can atmaq istəyi, digər tərəfdən isə itirmək qorxusu ilə barışa bilmirsinizsə, o zaman Sizə kiçik bir tövsiyyələrimiz olacaq. Maliyyə bazarı haqqında kifayət qədər məlumat toplamaq, sahə üzrə tədris proqramlarına qatılmaq, təlim hesabında təcrübə keçmək, ticarət psixologiyası ilə tanış olmaqla, bazarda mövcud olan risklərdən yan keçə bilərsiniz.

Bazarı izləyin

Maliyyə bazarlarında uğur əldə etmək əsla şansa bağlı deyildir. Bazarda uğur qazanmaq bilik və təcrübənin nəticəsidir. Maliyyə bazarlarını daha sıx izləyərək daha dərindən öyrənməyə çalışın. Bazarda baş verən dalğalanmalara təsir edən faktorları, onların qiymətlərə təsirini, önəmli şəxslərin və mərkəzi bankların çıxışlarını izləməyiniz, bazarda baş verə biləcəkləri təxmin etmək bacarığınızı inkişaf etdirəcəkdir. Bazar haqqında məlumatlı olmağınız, təcrübənizi artırır və digər bazar iştirakçıları ilə müqayisədə Sizi bir addıma qabağa aparır. Bütün bu bacarıqlarınıza bir də aktivlərin və risklərin idarə edilməsi kimi keyfiyyətləri əlavə etsəniz, asanlıqla bazarın hakimi ola bilərsiniz. Unutmayın ki, qorxu hissi bilməməzlikdən yaranır. Özünüzə davamlı olaraq yatırım etsəniz, qorxu hissi yalnız tədbirli olmağa çağıran impulsa çevriləcək.

Tədris proqramlarına qatılın

İnvestisiya mövzusunda biliklərinizi təkmilləşdirmək istəyirsinizsə, müxtəlif tədris proqramlarına qatılın. Lisenziya əsasında fəaliyyət göstərən broker şirkətlərinin təqdim etdiyi tədris proqramları, beynəlxalq maliyyə bazarlarının incəliklərini öyrənməkdə Sizə yardımçı ola bilər. Elektron FOREX kitabları, məqalələr, videolar vasitəsilə daima özünüzü inkişaf etdirin, hətta onlayn seminarlar və bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərlə görüşərək məsləhətlər alın.

Təlim hesabı açın

Kifayət qədər nəzəri biliklərə sahib olmusunuzsa, deməli onları sınaqdan keçirməyin tam zamanıdır. Lisenziya əsasında fəaliyyət göstərən broker şirkətlərinin təqdim etdiyi PULSUZ Təlim hesabı ilə FOREX maliyyə bazarı ilə bağlı nəzəri biliklərinizi sınaqdan keçirə bilərsiniz. Təlim hesabı vasitəsilə real birja şərtləri daxilində virtual pul ilə ticarət edəcəksiniz. Heç nəyi itirməyəcəyiniz bu təlim hesabında, daha çox təcrübə qazanacaqsınız.

Risk idarəçiliyi

Maliyyə bazarını riskləri ilə birgə sevin. Ancaq fərdi olaraq idarə etdiyiniz risklərlə. Aktivlərin idarə edilməsi strategiyası olan risk idarəçiliyi ilə ən pis vəziyyətdə yarana biləcək zərərlərinizi nəzarətdə saxlayın. Vəsaitlərinizi mənfəətə çevrilməsi üçün itirməyin vacib olduğu bazarlarda zərərinizi sınırlarsanız, zərbənizi imtina etməyinizə köməkçi kimi kapitalınız daim əlinizdə qalır. Beləliklə, bazarı deyil, ancaq öz kapitalınızı nəzarət edin. Beləliklə, bazarı deyil, öz yatırımlarınıza nəzarət edə bilərsiniz.

Artıq bazardasınız

FOREX bazarında baş verən qiymət dalğalanmaları dünyada gedən iqtisadi, siyasi proseslərin nəticəsində yarandığından dünya gündəmini təqib etməyiniz lazımdır. Ölkələrarası münasibətlər, hərbi, sosial və siyasi proseslər qiymətlərin dalğalanmasında çox təsirlidir. Bu səbəbdən bir qulağınız dünyada baş verən proseslərdə olsun.

Categories: Yatırım
InvestAZ:
Related Post