X

Yatırım da idman kimidir, bir idmançı kimi düşünün

Yatırım da idman kimidir, bir idmançı kimi düşünün.

Özünüzü bir idmançı kimi təsəvvür edin. Düşündüyünüz tək şey nəticə… 

Bəs bu nəticələr üçün nə etmək lazımdır? Hansı üsullardan istifadə edilməlidir? Suallara cavab verməzdən əvvəl gəlin bu mövzu fonunda uğur qazanmış idmançılarla tanış olaq və onların uğur hekayələrindən ilham almağa çalışaq. 

Dünya səviyyyəsində uğur qazanmış Azərbaycan idmançıları

Olimpiya medalı qazanmış ilk azərbaycanlı Rəşid Məmmədbəyov 1952-ci ildə güləş üzrə Yay Olimpiya oyunlarının gümüş mükafatçısı olaraq adını tarixə yazdırmışdır. Rəşid Məmmədbəyov sərbəst güləşi Azərbaycanda ilk yayanlardan biri olub.

Sambo üzrə ilk azərbaycanlı dünya çempionu

Ceyhun Məmmədov 1988-ci ildə SSRİ, 1992-ci ildə isə Azərbaycan millisinin tərkibində dünyada rəqib tanımayıb. Ümumilikdə isə 6 qat Avropa, 7 qat dünya çempionudur.

Karate üzrə ilk azərbaycanlı dünya çempionu

Rafael Ağayev 4 qat dünya və 9 qat Avropa çempionudur. Rafael həmçinin ilk Avropa Oyunlarının və İslam Həmrəylik Oyunlarının qalibidir.

200 metr məsafəyə qaçış üzrə ilk azərbaycanlı dünya çempionu

Azərbaycan əsilli atlet Ramil Quliyev Türkiyə atletika tarixində ilk qızıl medal qazanan atlet olaraq adını tarixə yazdırdı. Londonda keçirilən Dünya Atletika çempionatında 200 metr məsafəni 20.09 saniyəyə qaçaraq birinci yerə layiq görülüb. Ramil Quliyev həmçinin, 2017-ci il tarixində Türkiyənin məşhur jurnalı tərəfindən “İlin idmançısı” adına layiq görüldü. Bununla yanaşı, atletimiz uzun illərdən sonra ilk dəfə ağdərili dünya çempionu kimi adını tarixə yazdırdı.

Bəs idman və yatırımın ortaq nöqtələri nədir?

ÖYRƏNMƏK

İdmanda olduğu kimi yatırımda da ilk öncə öyrənmək lazımdır. Peşəkar yatırımçı olmaq üçün daim nəzəri və praktiki biliklərinizi artırmaq, dünyanın tanınmış treyderlərinin həyat və uğur yollarını araşdırmaq tövsiyə edilir.

TƏCRÜBƏ

İdmançını güclü və peşəkar etdiyi kimi yatırımçının da uğur qazanmağında yardımçı olan əsas üsullardan biri təcrübədir. Təcrübə zamanı edilən hər bir xəta, yatırım zamanı sizin üçün uğurun açarı ola bilər. Onun üçün daim təcrübə toplayın, çünki yatırımda təcrübənin sərhəddi yoxdur.

ÖZÜNLƏ MÜBARİZƏ

Yorğunluq, nəticəsizlik və səbrsizlik. Bunlar həm idmançı həm yatırımçı üçün çətin məqamlardır və onları geri çəkilməyə vadar edən amillərdəndir. Bunun üçün ilk növbədə özünüzlə mübarizə aparmalısınız. İradəli olmağınız sizi uğura aparan vasitə olacaq.

UĞUR

İdmançı, yatırımçı, hər kəs nəticə, uğur qazanmaq üçün çalışmaqdadır. Bir yatırımçının uğuru onun qazandığı məbləğ deyil əldə etdiyi təcrübə və peşəkarlıqdır. Ona görə istənilən istiqamətdə uğur əldə etmək üçün daim çalışın və böyük hədəfə fokuslanın. O zaman bu hədəf sizi peşəkar etməyə sövq edəcək. Peşəkar olun ki, uğur qazanmaq peşəniz olsun.

InvestAZ:
Related Post