Share This Article
FOREX bazarının günümüzün ən gəlirli investisiya vasitələrindən biri olması bazar iştirakçılarına dünyanın müxtəlif ölkələrinin valyutalarla ticarət etməyə imkan yaradır. Bu bazarda valyuta cütlüklərinin sayının çox olması gəlir imkanlarının sayını da artırır. Həftə sonları xaric 24 saat fasiləsiz ticarət edə biləcəyiniz FOREX bazarını səbrlə izləyib, doğru zamanda qərar verməklə, gəlir əldə edə bilərsiniz.
Valyutalarla Ticarət Etmək
Valyutalarla ticarət digər maliyyə alətlərinə nisbətən daha gəlirli lakin bir o qədər də risklidir. Qısa və uzunmüddətli ticarət zamanı bu maliyyə aləti yüksək gəlir gətirmək imkanına malikdir. Valyutalarla ticarət edən bazar iştirakçıları, valyutalara təsir edən faktorların çox olduğunu nəzərə alaraq diqqətli olmaqları tövsiyyə olunur. Valyutalarla ticarət edən bazar iştirakçıları aşağıda qeyd olunan bir sıra məsələlərə diqqət etməlidirlər:
Bazarın Analizini Etmək
Valyutalarla ticarət edərkən maliyyə bazarında baş verənləri yaxından izləmək lazımdır. Çünki bu bazarda Sizə gəlir gətirməyə yardımçı olacaq vasitə şans deyil, baş verən hadisələri doğru analiz edə bilmək bacarığınızdır. Ölkələrin valyuta məzənnələri, dünyada və ölkə daxilində baş verən iqtisadi, siyasi hadisələrin təsiri nəticəsində aşağı və ya yuxarı hərəkət edir. Valyuta cütlüklərində baş verə biləcək hər hansı bir dəyişikliyi öncədən proqnoz edib, bu dəyişikliklərdən gəlir əldə etmək üçün ticarət etdiyiniz valyuta cütlüyünə təsir edə biləcək hadisələri doğru analiz etməlisiniz.
Mənfəət / Zərərin qarşısının alınması
Maliyyə bazarlarında risklərinizi minimuma endirmək və ticarət zamanı daha az zərər etmək üçün MT4 ticarət terminalının xüsusi ticarət əmrlərindən istifadə edə bilərsiniz. Stop Loss / Take Profit adlanan bu ticarət əmrləri bazarda yarana biləcək sürətli eniş yüksəlişlər zamanı Sizə yardımçı ola bilərlər.
İki istiqamətli Ticarət
Pul vahidlərinin ölkələrdəki inkişaf edən hadisələrdən təsirlənməsindən əlavə valyuta bazarları həddindən artıq dinamik bazardır. Bu dinamiklik isə bazar iştirakçılarına qiymətlərin həm enməsindən, həm də yüksəlməsindən gəlir əldə etməyə imkan yaradır.
İki istiqamətli əməliyyat ilə bir pul vahidinin dəyər qazanması kimi, digərinin dəyər itirməsini öncədən proqnoz etmək də bazar iştirakçısına gəlir gətirə bilər. Yəni, valyuta cütlüyü dəyər qazanarkən alış istiqamətində, dəyər itirərkən də satış istiqamətində hərəkət edərək gəlir əldə etmək mümkündür.
Likvidlik
Maliyyə bazarında likvidlik, yəni valyutaların sürətli dinamikası qısa müddətdə yüksək gəlir əldə etməyə imkan yaradır. FOREX-in likvid bir birja olması onu digər maliyyə bazarlarından fərqləndirir. Dünyanın istənilən yerində 5 gün 24 saat ticarət etməyə imkan verən maliyyə bazarında hər zaman alıcı və satıcı tapmaq mümkündür. Bazarda likvidliyin yüksək olması ilə yanaşı, ticarət olunan maliyyə alətləri arasında alış satış qiymətləri də fərqlidir. Maliyyə alətinin spred nisbətinə baxaraq həmin alət üzrə likvidlik haqqında məlumat ala bilərsiniz.