Bir sıra analitiklər birjadan daha çox qazandıqları halda, uğurlu investorlar gəlirlərini artırmaq üçün psixoloji faktorlardan istifadə edirlər. Bu bloq məqalədə yatırım zehninizi inkişaf etdirməyinizə, sağlam düşünməyinizə və uğurlu bir yatırımçı kimi düşünməyə başlamağa kömək ola biləcək bəzi ip uclarını sizlərlə paylaşacağıq.
Həyəcanlı haldaykən qərar verməyin
Həyəcan, məntiqsiz qərarlar verməyinizə səbəb olan bir duyğu halıdır. Həyəcanlı haldaykən satmamağınız lazım olan bir maliyyə alətini sata bilər və ya tam tərsi satılması lazım olduğu bir zamanda ala bilərsiniz. Əlbəttə ki, əsas instinktimiz olan həyəcanı bəzi hallarda aradan qaldırmaq mümkün deyil, ancaq ticarət zamanı maksimum təmkinli davranmaq vacibdir.
Ehtiyatda olan bir mövqe müəyyən edin
İnvestorlar həmişə ehtiyat mövqedə olmalıdırlar. Zərər olduğu halda qısa zamanda mövqeyi dəyişdirmək üçün əlavə üsulun olması vəziyyəti pozitiv yöndə dəyişdirməyə yardımçı olacaq. Zəruri hallarda ehtiyat mövqeləri təyin etməlisiniz. Məsələn, yanacağın qiymətində artım gözlənilirsə və bir avtomobil şirkətində səhmləriniz varsa, yerli neft şirkətindən səhmlər almaqla riskinizi qorumağı düşünə bilərsiniz. Yenə buradakı vacib şey, hazırkı vəziyyətinizdən başqa bir nüsxənin olması və ya riskinizi azaltmaqdır.
Analiz etmək qabiliyyətinizi inkişaf etdirin
Ən müvəffəqiyyətli yatırımçı pullarını illik hesabatlarda olan bir sıra rəqəmlərdən deyil, mətbuat-açıqlamaları və s. xəbərlərin investisiya alətinə təsirindən qazanırlar.
Məsələn, 2002-ci ilin əvvəlində Ciena Corp şirkətinin (Nasdaq: CIEN) baş direktoru Gary Smith investor konfransında telekommunikasiya şirkətləri ilə bağlı mövzusunda “çətin” sözünü dəfələrlə işlətdi. Smith-in başqa bir nikbin şərhinə baxmayaraq, bu sözü tez-tez istifadə etdiyi və sözü istifadə edərkən səs tonunun fərqini hiss edənlər bu konfrasdan bir neçə ay sonra reallaşan səhmlərdə 50% məcburi satışdan çəkinməyi bacardılar.
Bu hallarda əsas məsələ detektiv kimi düşünmək və müəyyən şərtlər üzərindən fərziyyə etmək və ya ümumiyyətlə analiz edilməyən digər faktorları görə bilməkdir.
Axına qarşı nə zaman üzəcəyinizi bilin
Bəzən axına qarşı üzmək sizi qazandıra bilər. Ancaq bir çox hallarda investorlar axına qarşı üzməyi seçməməlidir. Başqa sözlə, səhmlərin qiyməti düşürsə, qiymətlərin yenidən yüksəlməsini gözləmək daha yaxşıdır.
Səbir etməyin vacib bir xüsusiyyət olduğunu sayırıqsa, CMGI (Nasdaq: CMGI) və JDS Uniphase (Nasdaq: JDSU) kimi şirkətlərdə nə baş verdiyini düşünün. Bir neçə il əvvəl bir sıra müxaliflər bu səhmlərdəki eniş meylini dəyişdirməyə çalışdılar, bəzi mübahisələr, kütlələrin satdığı səhmlərin qiymətlərinin 100 dollardan tək ədədli rəqəmlərə düşdüyünü bildirdi. Həqiqət budur ki, yalnız səbr edən və bu səhmləri gözləyənlər pul qazana bildilər.
Fürsətlərdən istifadə edin
Səbr və ətraflı analiz əhəmiyyətlidir. Analitik müddətiniz tamamlandıqdan sonra dərhal hərəkətə keçin! Ancaq çox tələsik davranmaq sizə səhv addım atdıra bilər, burada diqqətli olun.
Gözlərinə işıq tutulmuş “dovşanlar” kimi olmayın, bir araşdırma müddətiniz olsun və buna sadiq qalın. Başqa sözlə, bütün maliyyə əməliyyatlarını yoxlayın, oxuyun. Bunun ardından bir ehtiyat planınız olduqdan sonra hərəkətə keçin.
Son olaraq
Bu, bəzi insanlara kömək ola bilər, ancaq bir yatırımçının fikirlərini təyin etmə və öz duyğularını idarə edə bilmə qabiliyyəti hər şeydən daha çox əhəmiyyətlidir.