X

Uğurlu Treyderlərin ortaq cəhətləri

Uğurlu Treyderlərin ortaq cəhətləri

Maliyyə bazarlarında vəsaitlərini dəyərləndirərək gəlir əldə edən və bu uğurlarını müntəzəm olaraq təkrarlayan bazar iştirakçıları “UĞURLU” treyder adlandırmaq olar. Birja və ya FOREX-də gəlir əldə etməyi bacaranlar bir-birinə bənzəyirlər. Uğurlu bazar iştirakçılarının obrazlarında olan xüsusiyyətlər onların əslində ən böyük sirridir.

Hisslərini ikinci planda saxlaya bilirlər

Verəcəkləri qərarlarda, atılan addımlarda və ortaya çıxan nəticələrdə hisslərinə nəzarət edən treyderlərin hər biri uğur qazanırlar. Həyəcan, əsəb, qorxu, özünə həddindən çox güvənmək və yüksək eqo bazar iştirakçıları üçün qadağan olunmuş kəlmələrdir. Uçuruma aparan xəyallar qurmazlar, realist, səbrli və sakitdirlər. İcra etdikləri ticarət əməliyyatlarında uğur ya da uğursuz olduqlarına həddindən artıq reaksiya verməzlər. Əməliyyat icra edərkən isə konkret faktlara əsaslanaraq hərəkət edirlər. Ticarət zamanı bazara qarşı əsla inad göstərməzlər və lazım olduğu yerdə həqiqətləri qəbul etməyi bacarırlar.

Fərqində olmasalar belə intizamlıdırlar

Fərqində olmasalar ona görə deyirik ki, uğurlu bazar iştirakçıları “İntizamlı olmalıyam” – deyərək müəyyən bir plana tabe olmurlar. İntizamlı ticarət etmək, onların qanındadır. Araşdırmaları nəticəsində yaratdıqları strategiyaların üzərində çalışırlar, onları test edirlər və hərəkətə keçirlər. Yaratdıqları plandan heç təəccüblənmirlər. Mütəmadi olaraq bazarları, qrafikləri analiz edər və əməliyyatlarına nəzarət edərlər.

Ümumi mədəniyyətləri yüksəkdir, dövrə uyğunlaşmaqda çətinlik çəkməzlər

Uğurlu investorlar yeni fikirlərə açıq, ümumi mədəniyyəti yüksək insanlardır. Çünki araşdırmanı çox sevərlər və bəzən bir uşaq qədər maraq göstərərlər. Davamlı kəşf etmə duyğusunu canlı tutan bu investorlar, yeniliklərə də çox tez inteqrasiya ola bildikləri üçün hər inkişafdan xəbərdardırlar. Bu xüsusiyyətlər, onları maliyyə bazarının peşəkarı edər. Qarşısına çıxan investisiya alətlərini, ilk dəfə duyduğu terminləri axtarırlar və yaşanan hadisələr qarşısında əsla biganə qala bilməzlər. Öyrənməyə, texnologiyaya, məlumata hörmət edərlər. Buna görə maliyyə bazarlarını yaxşı oxuyurlar. Texniki və Fundamental təhlillərdə çox bacarıqlıdırlar.

Keçmiş səhvləri dərd etməzlər

Uğurlu investorlar qətiliklə kinli deyildirlər. Keçmişdə yaşadıqlarına təcrübə gözüylə baxarlar. Keçmişdəki uğurlarını düşünüb bugünkü hallarına üzüləcəklərinə, yeni strategiyalar inkişaf etdirərlər. Ya da daha əvvəl uğradıqları zərərləri düşünüb, bazarlardan küsməzlər. Yaşananlardan dərs almalarını bilirlər.

Çətin vəziyyətlərdən ustalıqla çıxarlar

İşlər yolunda gedərkən, yaşanılan hər hansı bir mənfiliyə qarşı həll təklifləri təqdim etmə mövzusunda bacarıqlıdırlar. Gözlənilməyən hadisələrə həddindən artıq reaksiyalar vermək yerinə, bu hadisələrdən zərər almadan necə xilas olacaqlarını sürətli şəkildə düşünürlər. Hərçənd onlar bu problemləri qismən gözləyərlər və yastıq altında hər zaman B planları var. Bu şəxsiyyət xüsusiyyəti ilə ətrafındakı insanlara da güvən verirlər.

Categories: Məqalələr
InvestAZ:
Related Post