Maliyyə bazarları, xüsusilə də FOREX bazarı bir çox bazar iştirakçılarının vəsaitlərini dəyərləndirmək üçün seçdiyi gəlirli yollardan biridir. Yatırım məbləğinizin böyük və ya kiçik olmasından asılı olmayaraq ticarət edə biləcəyiniz FOREX bazarı, Sizə zamanla vəsaitlərinizi dəyərləndirmək üçün gəlirli bir investisiya modeli ola bilər. Bu günə kimi yüksək gəlir imkanı əldə edən bir çox bazar iştirakçıları haqqında eşitmisiniz. Bəs bu uğura nail olan bazar iştirakçılarının sirri nədir?
-
Hisslərinə Hakim olmaq
Həyəcan, təlaş, qorxu, əsəb, tələskənlik kimi xüsusiyyətlərin heç birinə uğurlu bazar iştirakçısının dəftərində rast gələ bilməzsiniz. Əksinə olaraq uğurlu bazar iştirakçıları sakit və təmkinli şəkildə ticarət edərlər. Uğurlu bazar iştirakçıları maliyyə bazarında hisslərə qapanmanın yersiz olduğunu dərk edir, aqressiv və ya tələsik davranışların mümkün itgilərə yol açacağını anlayır və xəyalları bir kənara qoyaraq dəqiq faktlara əsaslanmış şəkildə araşdırma və analizlər edərək, əməliyyatlar icra edirlər. Belə olduğu halda bazarda yaranan gəlir fürsətlərini daha aydın şəkildə görürlər.
-
Maliyyə bazarının əsas xüsusiyyətlərinə yiyələnmək
Hansı sadədə çalışmağınızdan, hansı maliyyə aləti ilə ticarət etməyinizdən asılı olmayaraq, uğura aparan yolda addımlamaq istəyirsinizsə, olduğunuz mühiti yaxşı tanımağınız lazımdır. Uğurlu bazar iştirakçıları da, ümumi termin və prinsiplərə hakim olmaları ilə bərabər, sistemin necə işləməsi barədə də məlumatlara əsaslanırlar. Bunu sınaqdan keçirməyin ən yaxşı üsulu təlim hesabında təcrübə keçməkdir.
-
İntizamlı əməliyyatlar vermək
FOREX bazarının dinamikliyi bazar iştirakçısı üçün həyəcanlı görünsə də, gəlir əldə etmək istəyən bazar iştirakçıları nizam intizamlarına ciddi nəzarət etmələrini müşahidə etmək olar. Uğurlu bazar iştirakçısı bazara daxil olduğu ilk vaxtdan plan üzrə hərəkət edir, planını sınaqdan keçirdikdən sonra əməliyyat icra etməyə başlayır. Heç bir halda natamam məlumatlar, göstəricilər və hisslərə qapılaraq ticarət etməzlər. Qrafiklər incələməklə yanaşı, strategiyalarının uğurlu olub olmayacağını sınaqdan keçirərlər.
-
Ətraflı məlumatlara əsasən hərəkət etmək
Uğurlu bazar iştirakçısının bazarda ticarət əməliyyatları icra etmədən əvvəl analiz etməsi lazım olan bir çox məlumatlar ki, onların arasında etibarlı mənbələrdən əldə edilən analizlər, ölkələrarası və beynəlxalq göstəricilərdir. Uğurlu bazar iştirakçısı intizamlı ticarət etməsi, səbrli və hadisələrə real baxması sayəsində bütün məlumatları təhlil edərək strategiyasını formalaşdırır.
-
Çeşidləndirilmiş bir portfelə sahib olmaq
Uğurlu bazar iştirakçıları ən çox məlumata sahib olduqları istiqamətə yönəlirlər. Əgər neft sektoru ilə bağlı sahədə işləyirsə, seçim edəcəyi əmtəə də məhz o istiqamətdə olur. Təkcə neftlə ticarət etməklə kifayətlənməmək, riskini azaltmaq və gəlirini artırmaq üçün alternativ sahələrə də yatırım edir.