Share This Article
Maliyyə bazarlarında ticarət edərkən təcrübəsiz treyderlər tamah və qorxu ilə idarə olunur, ya da çox yüksək mənfəət gözləntiləri yaranır və bu emosiyalar onları idarə etməyə başlayır. Belə emosiyalara qapılıb lazımi araşdırmanı apara bilmir, səhvlərə yol verirlər.
Doktor “Alexander Elder”, “Mənim ticarət otağıma gəl” (Come into My Trading Room) kitabında çox haqlı olaraq qeyd edib ki, “səhv etmək normal haldır”. Səhv etmirsənsə, öyrənmirsən. Amma bu səhvləri təkrarlamaq yolverilməzdir. Unutmayaq ki, hətta peşəkar treyderlər də bir çox ticarət səhvlərinə yol verə bilir. Onların son uğurunun sirri səhvlərindən dərs almaq və gələcəkdə onlara yol verməməkdir.
Biz sizə bu bloq yazısında birja ticarəti zamanı ən çox edilən beş səhv haqqında məlumat verəcəyik.
1. Təcrübə toplamadan ticarətə başlamaq və plansız hərəkət etmək.
Ticarətdə uğur qazanmaq üçün həyata keçirmək istədiyiniz hər bir ticarət əmri intizamlı olmalı, öncədən düşünülməli və impulsiv olmamalıdır. Bir investor olaraq, duyğularınızla hərəkət etməkdən çəkinməli, fundamental və statistik təhlil aparmalısınız. Yaxşı gəlir əldə etmək üçün özünüzə izləmə strategiyası yaratmalı və hər dəfə eyni şeyi izləməli və pulunuzu sistematik şəkildə müxtəlif yatırım alətlərinə ayırmalısınız. Bu, ilk başda çətin görünsə də, təcrübə ilə dəqiqlik əldə edəcək və prosesləri yavaş-yavaş vərdiş halına gətirə biləcəksiniz.
İnvestorlar üçün ticarət edərkən düzgün giriş və çıxış nöqtələrinin təyini ilə planlı şəkildə hərəkət etmək üçün yatırım etiyiniz invesitisiya alətinin(səhm, istiqraz, valyuta, kripto, fyuçers və s.) texniki cədvəlini və ya onun makro-iqtisadi göstəricilərini təhlil etmək, həm yüksək, həm də aşağı qiymət hədəflərini təyin edib, riskin müəyyənləşdirilməsi və ticarətin hansı nöqtədə investora qarşı olacağını müəyyən etmək vacibdir.
2. Çətin və aydın olmayan modeldə ticarət və itkiləri vaxtında dayandırmamaq
Bu səhv çox treyderin yol verdiyi səhvdir və onlar səhvlərini etiraf etməkdən bir çox halda imtina edirlər. Ticarətdən zamanından tez çıxdığınızı və ya müəyyən bir treyddə çox uzun müddət qaldığınızı özünüzə etiraf etməyi bacarmalısınız. Unutmayın ki, ticarətə girdikdə “stop-loss” təyin etmək sizi treyder kimi böyük itkilərdən qoruyacaq.
Ən parlaq investorlar da bəzən müxtəlif növ qrafik və qrafiklərdə əks olunan müxtəlif nümunələri başa düşə bilmirlər. Ticarətdə uğur qazanmaq üçün investor müəyyən qərar qəbul etməzdən əvvəl çox çalışmalı və araşdırma aparmalı olduğunu açıq şəkildə bilməlidir. Başqası sizə bunu tövsiyə etdi deyə pulunuzu hər hansı bir alətə yatırmayın. Öz yatırım strategiyanızı başqalarının fikirləri üzərində qurmayın. Özünüzün bazar təhlilini aparmağınız, sizə məsələrə daha dərindən baxmağa kömək edəcəkdir.
3. Emosiyalara məğlub olmaq
Maliyyə bazarları “öküzlər” və “ayılar” arasında əbədi döyüşdür. İnvestor yüksəliş və enişlərdən başqa, öz ağlı, emosiyaları və tamahı ilə də mübarizə aparmalıdır. Treyderləri psixoloji ticarət səhvlərinə sövq edən də budur. Tamah hissi sizi çox işləməyə və öyrənməyə sövq edirsə, bu yaxşılığa doğrudur, qorxu isə sizi ziyanlı ticarətlə məşğul olmaqdan yayındırırsa, yaxşıdır. Bununla belə, qərar hərtərəfli təhlildən sonra verilməli və emosiyalarınız daim nəzarətiniz altında olmalıdır. Beyniniz emosiyalarınızı deyil, ticarətinizi idarə etməlidir.
Nəticə
Treydinqdə qazananlar haqqında eşitmək adi haldır, lakin nadir hallarda itirənlər haqqında eşidəcəksiniz. Nəticədə, inkişaf etməkdə olan treyderlər uğurlu ticarətin az bilik tələb etdiyini düşünməyə başlayırlar və qazanmağın yalnız şans işi olduğunu düşünürlər. InvestAZ olaraq biz həmişə ticarətə yeni addımlayanlara maliyyə bazarlarını dərindən öyrənməyin vacibliyini bildirir, daha çox düzgün qərarlar qəbul etmək üçün bunun önəmindən bəhs edirik. Yaratdığımız tədris proqramları da məhz bu yolda sizə dəstək olmaq üçündür.
Öyrənmək üçün daha çox araşdırma edin və təcrübə qazanın. Emosiyalarınızın ticarət biliklərinizi alt-üst etməsinə imkan verməyin. Özünüzlə dürüst olun; Sizin maliyyə gələcəyiniz məhz bundan asılıdır. Elə indi nizam-intizam rejiminizi qurmağa başlayın