Share This Article
Tesla, ABŞ-ın Texas ştatında yaradılan elektrik avtomobillər istehsal edən şirkətdir. Tesla dünyanın ən dəyərli şirkətlərindən biridir və təxminən 1 trilyon dollarlıq bazar kapitalına malikdir. “Tesla”nın istehsalatı tək elektrik avtomobillərlə məhdudlaşmır, alternativ enerji yaradan günəş panelləri, enerji saxlama batareyaları da istehsal edir. “Tesla Energy” həm də batareya enerji saxlama sistemlərinin ən böyük qlobal təchizatçılarından biridir.
Çoxumuz “Tesla”-nı Elon Musk-a görə tanıyırıq. Musk həm Forbes jurnalına görə həm də Bloomberg Billionaires Index məlumatlarına görə dünyanın ən varlı adamıdır. Elon Musk Tesla şirkətində “mümkün qədər tez bir zamanda kütləvi bazara cəlbedici elektrik avtomobillər gətirərək davamlı nəqliyyatın meydana gəlməsini sürətləndirmək” missiyası ilə işə başladı. Bu missiya “Tesla”nın uğurlu biznes modelinin əsasını təşkil edir.
Bir çox maliyyə analitikləri və investorlar Teslanı avtomobil şirkəti deyil, texnologiya şirkəti kimi görürlər. Ən azı, 2013-cü ildən başlayaraq bir il ərzində 300%-dən çox bahalaşan səhm qiymətinin artımını belə əsaslandırırlar. Bundan əlavə, Tesla-nın satış və xidmət üzərində nəzarəti özündə ehtiva edən unikal biznes modeli onun səhmlərinin ilkin kütləvi satışa çıxarıldıqdan sonra yüksəlməsinin səbəblərindən biridir.
Tesla səhmlərinə necə yatırım etməli?
Səhmlərə yatırım bütün dövrlərdə aktual və karlı olmuşdur. Ölkəmizdə maliyyə və investisiya istiqamətində fəaliyyətini inkişaf etdirən InvestAZ investisiya şirkəti artıq dünyanın bir çox məşhur şirkət səhmlərini investorlara təqdim etməkdədir. Həmçinin, Tesla səhmlərinə də yatırım imkanı təqdim edən şirkət, bu yöndə investorlara dəstək olmağa hazırdır. Günü gündən dəyəri artan Tesla səhmləri ilə Siz də qazana bilərsiniz.