Ağıllı telefonların həyatımıza daxil olması ilə birlikdə, cib telefonlarına qarşı bağlılığımız fərqli bir ölçü qazandı. Gəncindən yaşlısına, hər kəsin əlində bir telefon var və kimisi davamlı foto çəkir, kimisi musiqi dinləyir, kimisi də bir sosial şəbəkədən digərinə keçir. Davamlı bu telefonlar əlimizdədir, səhər gözümüzü onunla açır, gecə onunla bağlayırıq.
Telefon, zərəri və ya faydası ilə həyatımızın mərkəzindədir. Onlar olmadan yaşaya bilməz hala gəldik deyə bilərik. Əslində bir çox işimizi dərhal idarə etmək üçün yararlı hala gəlir. Saniyələr içərisində elektron poçtunuzu və ya mobil banklara girərək bank hesablarınızı yoxlaya bilərsiniz. Yaxşı, bəs telefon ilə pul qazanmaq heç ağlınıza gəldimi? Smartfonlar əlimizdən düşməməsinə baxmayaraq, onu daha faydalı istifadə etmək və gəlir qazanmaq daha yaxşı olardı. Çünki, bir çoxumuz daha çox pul qazanmağın xəyalini qururuq. Mövzunu daha çox uzatmadan telefonla pul qazanmaq imkanınızın olduğunu söyləmək istəyirik və təkliflərimizə keçirik.
Youtube kanalı açmaq
Bildiyiniz kimi Youtube, hal-hazırda neçə-neçə gəncə zəngin olmaq imkanı yaratmışdır. Youtube kanallarında çəkdikləri videoları yükləyərək milyonlarla manat qazanan insanlar var. Hələ ki, ölkəmizdə bu qədər yüksək qazanc gətirən məşhur səhifələri görməsək də, bir neçə ildən sonra görə bilərik. Bu insanlardan biri də siz ola bilərsiniz. Əlbəttə ki, bunun üçün orijinal bir fikir tapmalı və bu mövzuya aid videolar çəkib kanala yükləməlisiniz. Daha sonra təqibçi sayını artırmalısınız. Bu qədər sadə, siz videonuzu çəkib yükləyəcəksiniz, istifadəçilər izlədikcə pul qazanacaqsınız.
Instagram hesabı yaratmaq
Bir neçə il əvvəl kiçik bir sosial şəbəkə olsa da, indi ən çox istifadəçisi və böyümə sürətinə sahib sosial şəbəkələrdən birinə çevrildi. Eyni zamanda olduqca yaxşı bir iş vasitəsi halına gəldi. Burada reklam və satış edərək pul qazana biləcəyiniz bir hesab yaradaraq, əlinizdən düşməyən telefonunuz ilə pul qazanmış olacaqsınız. Instagram-da bir az gəzdiyiniz zaman xaricdən gətirdiyi məhsulları və ya əl əməyini satan bir çox insanla qarşılaşacaqsınız. Bu kimi fürsətlər verən bir platformada siz niyə bu kəslər arasında yerinizi almayasınız?
Mobil tətbiqləri test etmək
Əgər ağıllı telefon asılılığınız həddindən artıq yüksəkdirsə və telefon, proqramlaşdırma sistemindən anlayırsınızsa, qazana biləcəyiniz digər iş mobil tətbiqləri sınamaqdır. Hər keçən gün inkişaf edən tətbiqlər təbii olaraq istifadəçi təcrübələri əsasında inkişaf etdirilir. Yəni istehsalçılar, şirkətlər tərəfindən hazırlanan yeni tətbiqlərin sizin testinizdən keçməsi lazımdır. Ölkəmizdə bu işi demək olar ki, şirkətin öz müvafiq əməkdaşı etsə də digər ölkələrdə bu işə tələb var və siz bəzi xarici iş saytlarından bu işləri taparaq faydalana bilərsiniz.
Mobil ticarət platformalarını yükləyib, hesab açmaq
Smartfonunuzdan istifadə edərək dünya maliyyə bazarlarına qoşula və 100-dən artıq yatırım alətini ala və ya sataraq qazanc əldə edə bilərsiniz. İnternetin olduğu istənilən yerdən öz ticarət hesabınıza daxil olaraq əməliyyatlar icra edərək ani qiymət dəyişikliklərindən faydala bilərsiniz. Birja deyildiyi zaman nəzərdə canlanan bütün çətin səhnələri unudun, bir klik ilə investisiya hesabınıza daxil olub analiz etdiyiniz məsulu alın və ya satın, bu qədər sadə! InvestAZ şirkətinin təqdim etdiyi mobil ticarət tətbiqlərini yükləmək üçün daxil ola bilərsiniz: YÜKLƏ