Share This Article
Hər gün ekranlarda qarşımıza çıxan dəyişən rəqəmlər, aşağı-yuxarı hərəkət edən oxlar, bir gecədə milyoner olanların hekayələri, udanlar-uduzanlar… Fərqli ssenarilər ilə, yatırım deyəndə ağlımıza gələn – birja, yəni maliyyə bazarlarıdır. Fond birjaları səhm ticarətinin edildiyi, şirkət səhmlərinin alınıb, satıldığı bazardır. Bəs ən məşhur fond birjaları hansılardır?
Birjaların qitələrə görə təsnifi
Amerika birjaları
Dünyanın ən böyük ticarət həcminə sahib olan birjalar, Amerika birjaları hesab edilir. Bunların içində Nyu-York Fond Birjası (NYSE) və Nasdaq fond birjası önə çıxır. Çünki bu iki birja fondunda dünyanın ən böyük texnologiya şirkətlərinin səhmləri ticarət olunur. Bu özəllikləri ilə onlar dünya birja fondlarının nəbzini tuturlar. Başqa önəmli birjalardan Amerika birjası (AMEX) və Çikaqo fond birjasının (CHX) adlarını çəkə bilərik.
Avropa birjaları
Avropa qitəsində bir çox fond birjası var. 50-dən çox birja fondunun olduğu bu qitədə önə çıxan fond birjaları arasında London Birjası, Almaniya Frankfurt Birjası və Euronext-i göstərə bilərik. Euronext-i təşkil edən Paris, Brüsel, Lisbon və Amsterdam Birjaları da dünyanın önəmli fond birjaları arasındadır. Hətta Euronext, 2006-cı ildə Nyu-York Birjası ilə birləşəndən sonra dünyanın ən böyük fond birjası hesab olunur.
Asiya birjaları
Əmtəə sahəsində çox uğurlu olan Asiya birjaları, neft, əlvan metallar və kənd təsərrüfatı yatırım alətlərinə investisiyalar üçün ən doğru seçimlər arasındadır. Asiya birjaları çox olduqlarından, Orta Asiya, Şərqi Asiya, Cənubi Asiya və digər birjalar kimi təsnif edilir. Tokio Birjası, Hong Kong Birjası, Sinqapur Birjası, Şanxay Birjası bu qrupun ən əhəmiyyətli dinamikasını təşkil edir. Xüsusilə, Tokio Birjası Asiya Qitəsinin ən böyük və dünyanın üçüncü ən böyük birjasıdır. 2012 -ci ildə Osaka Birjası ilə birləşən Tokio Birjası, London birjası ilə beynəlxalq iş əməliyyatlarında əməkdaşlıq edir.