FOREX bazarı, gündəlik təxminən 4 trilyon dollarlıq ticarət ilə dünyanın ən böyük həcmli bazarıdır. Müxtəlif şirkətlərin və dövlətlərin qiymətli kağızlarının ticarətini təşkil edən fond bazarlarından fərqli olaraq, FOREX bazarı mərkəzləşdirilməmişdir. Bazarı qatlar şəklində təsəvvür etsək, ən önəmli iştirakçılar ən yuxarı qatdadır və burada vacibiyyət yuxarıdan aşağıya doğru azalaraq gedir. Bazar çox böyük olduğu üçün hər…
