X

Stop əmrini düzgün istifadə etmək

Stop əmrini düzgün istifadə etmək

Stop-Loss, yəni xalq arasındakı “dur əmri” ya da “zərəri dayandır” … Qısaca, bir satış əməliyyatında, anlıq qiymətin üstündə təyin olunan qiymət səviyyəsinə çatıldığında mövqenin avtomatik bağlanmasını təmin edən əmrdir. Bir alış əməliyyatında isə tam tərs bir məntiq icra edilir, anlıq qiymətin altında təyin olunan bir qiymət səviyyəsinin yazılması, əməliyyatın avtomatik bağlanmasını təmin edir. Bu tətbiq, birja- forex kimi qazanma ehtimalının yanında, doğru addımlar atılmadığı təqdirdə, itirmə riskinin də olduğu aktiv investisiya növlərinin mövqeyindədir. Bir investorun mütləq bilməsi lazım olan başlanğıc investisiya terminlərindən bəlkə də ən əhəmiyyətlisidir. Yaxşı, Stop-Loss-u doğru istifadə etmək investora nə qazandırar?

Stop-Loss investorun böyük miqdarda zərər etməsini qabaqlamaq məqsədiylə istifadə edilir. Yəni bu əmr, investisiya strategiyanıza görə risk etmək istədiyiniz məbləğə limit qoymanıza imkan verir. Dur əmri, investorun nizamlı mənfəət əldə etmələrinə, davamlı bir axışı qarşılamaq üçün böyük köməkçi olur. Dur əmrini istifadə investor, girdiyi riski əvvəlcədən hesablamış olur. İnvestor, qarşılaşa biləcək zərəri analiz edə, idarəli risk alma yoluna yönələ bilər.. Yəni stop-loss risklərinizi ölçmənizi və addımlarınızı daha etibarlı atmanızı təmin edər.

Daha sağlam addımlar atın

Dur əmri əlbəttə ki, zərər etmənizi qarşılamaq üçündür, lakin, bu əmri təyin etdiyiniz səviyyə çox əhəmiyyətlidir. Sərmayənizin hamısını istifadə etməmək, kapitalı riskə atmamaq üçün dur əmrinin, giriş qiymətinə çox yaxın mövqedə verilməsi məsləhət olunmur. Bazarda reallaşacaq böyük miqdarda fərziyyələr, giriş qiymətinizə yaxın səviyyədəki dur əmri ilə əməliyyatınız xeyrinizə olmayaraq bağlana bilər. Digər əhəmiyyətli nöqtə dur əmrində, pip miqdarını anlamaq üçün əməliyyat etdiyiniz valyuta cütünü yaxşı tanımalısınız. Unutmayın, ardıcıl və ağıllı dur əmri və ya risk səviyyələri investisiya dünyasında yüksək zərərlərdən etməyinizə mane olacaq və daha möhkəm addımlar atmanızı təmin edəcək.

 

Categories: Məqalələr
InvestAZ:
Related Post