Share This Article
Qayçı… “Spread dərəcələri” – ni bənzətmə ilə izah etməyə çalışsaq, bunu ən yaxşı şəkildə ifadə edən söz şüphəsiz “qayçı” olar. Maliyyə bazarlarına aid bir çox elm sahəsində bu terminlə qarşılaşırıq. Forex platforması nöqteyi-nəzərdən buna izah verməyə çalışsaq, spread dərəcəsi – valyuta məzənnəsində alış və satış qiymətləri arasındakı qayçı, yəni qiymətlər arasındakı fərqdir. Bu fərq isə broker vasitəsilə edilən əməliyyatlara ödənən xərcdir
Hansı Spread Növləri Var?
Hər bir investor spread-in növlərini və onların işləmə funksiyalarını bilməlidir. Brokerlərin və ya portfel məsləhətçinizin bu barədə verdiyi məlumatlara diqqətli şəkildə yanaşmalısınz. Çünki, spread – in iki növü var. Sabit spread, qayçı aralığı (spread dərəcəsi) əvvəlcədən müəyyən olunmuş və dəyişməyən spread – lərdir. Dinamik spread, gün ərzində brokerlər tərəfindən hər hansı vaxta müəyyən edilən spread – dir. Əməliyyata başlamazdan əvvəl və ya platformaya daxil olarkən bunlara yenidən baxış keçirməyiniz, sizi gözlənilməz hadisələrə hazırlıqlı edir.
Spread Ödənişləri
Spread – in növləri də öz daxilndə iki yerə ayrılır. Bunlara da maksimum dərəcədə diqqət etmək lazımdır. Yenə də əlaqədar brokeriniz və ya peşəkar portfel məsləhətçinizdən bu barədə detallı şəkildə məlumat almalı və yatırımlarınızı bu məlumatlara əsasən etməlisiniz. Spread ödənişlərinin iki növü var. “Bir tərəfli” ödəniş, sadəcə əməliyyata başladığınız anda bu ödənişlə qarşılaşırsınız. “İki tərəfli” ödəmə, həm əməliyyatı başlatdığınız anda, həm də bağladığınız anda qarşılaşacağınız ödəniş formasıdır.
Spread-in Öhdəsindən Gəlmək
Gördüyünüz kimi, bu “qayçı” səbəbilə Forex bazarında ticarətə başladığınız andan etibarən “zərər”ə məruz qalırsınız. Amma investorların bunu səbəb göstərərək yatırımdan yayınmalarına ehtiyac yoxdur. Çünki, bu məsələni həll etmək üçün müəyyən qaydalar var.
İlk əvvəl, spread nisbətləri haqqında əsaslı məlumata sahib olmalısınız. Xüsusilə, uzunmüddətli yatırım zamanı məqsədinizin dəqiq və əlçatılan ola bilməsi üçün məlumatınız da dəqiq və əlçatılan olmalıdır. Bundan başqa, başlamaq istədiyiniz əməliyyatı tək tərəfli deyil, bir neçə üsuldan istifadə etməklə texniki cəhətdən analiz etmək və buna təsir edəcək iqtisadi təqvim məlumatlarını izləməklə şərh etməyiniz qarşınıza çıxacaq çətinlikləri ortadan qaldıracaq.
Spread nisbəti bir investor üçün maneə deyil. Bu, həm onun peşəkar bir investora çevrilməsi yolundakı keçməli olduğu bir mərhələ, həm də yatırım gəlirini daha da böyütməsi üçün istifadə edəcəyi bir üsuldur.