Share This Article
Bazarlar, alıcı və satıcıların alış-veriş üçün bir araya gəlməsini təmin edən bir mühit olaraq səciyyələndirilir. Spot bazar isə məhsulun son qiymətə ani olaraq alınması və satılmasıdır.
Spot bazar pul, qızıl və əmtəə məhsulu kimi investisiya alətlərinin anında çatdırılması prinsipi ilə fəaliyyət göstərən və məhsulun bazar qiymətləri ilə satılan bazardır. Spot bazarlarda aparılan əməliyyatlara spot əməliyyatlar deyilir. Spot əməliyyatları həyata keçirərkən, alıcı və satıcı yalnız əllərində olan aktivdən istifadə edə bilərlər.
Spot Market nədir?
Spot bazar maliyyə dəyəri olan aktivlərin bazar qiymətinə ani alqı-satqısının həyata keçirildiyi bazar mühitidir. Spot bazarda alqı-satqı əməliyyatları əməliyyat tarixində müəyyən edilmiş qiymətdən sonra maksimum iki iş günü sonra həyata keçirilir. Spot bazara nağd pul bazarı da deyilir. Spot bazar nümunələri kimi; İstənilən fond bazarında birja ticarətini, bankdan və ya valyutadəyişmə məntəqəsindən xarici valyutanın alışı və dəyişdirilməsini və ya zərgərdən qızıl alqı-satqısını dəyərləndirə bilərik.
Mərkəzi orqanla aparılan spot bazar əməliyyatında komissiya alınır. Bu proses müəyyən qanunlarla tənzimlənir. Kriptovalyuta dünyasında baş verən spot bazar əməliyyatında əməliyyatlar blokçeynlə qeyd olunur və bu əməliyyatlar anonim olmasına baxmayaraq məxfiləşdirilmir.
Spot bazar əməliyyatları nədir?
Bazarda ən çox yayılmış spot bazar əməliyyatları arasında xarici valyuta ilə aparılan əməliyyatlar və kriptovalyuta əməliyyatları göstərilə bilər.
Müasir maliyyə dünyasında, eləcə də həm FOREX (FX), həm də kripto pul dünyasında eyni məna daşıyan spot bazarda qiymətlər məhsulun/maliyyə alətinin cari dəyərinə görə qiymətləndirilir. Eyni zamanda FX və kripto pulların alqı-satqısının aparıldığı platformalarda verilən sifarişlər icra edilərkən qiymətlər anında dəyişə bilər və verilən sifarişə uyğun olaraq əməliyyat qiyməti də dəyişə bilər.
Valyuta bazarlarında həyata keçirilən əməliyyatlarda pulun fiziki olaraq alqı-satqısı və ya dəyişdirilməsi əvəzinə müəyyən hesabların uzlaşdırılması yolu ilə əməliyyatlar həyata keçirilir. Buna görə əməliyyat tarixi və çatdırılma tarixi bir-birindən fərqli ola bilər, lakin bu tarixlər arasındakı fərq maksimum iki iş günü ola bilər.
Xarici valyuta ilə aparılan spot əməliyyatlarda söhbət müxtəlif regionlarda və ölkələrdə yaşamaqdan getdiyi üçün ödəniş tapşırıqlarının yerləşdirilməsi və icrası üçün müəyyən vaxt tələb olunur.
İnvestAZ İnvestisiya Şirkəti Sizin spot bazarlarla ticarətinizi təşkil edir. Siz maliyyə bazarlarında ani qiymət dəyişikliyi ilə sürətli alqı-satqı əməliyyatları həyata keçrirək, öz yatırımlarınızı idarə edə bilərsiniz.