Share This Article
Yatırım məbləğiniz, yatırım müddəti və üzərinizə götürəcəyiniz risk səviyyəsi…Maliyyə alətini seçməzdən əvvəl bu 3 faktoru nəzərə almağınız lazımdır. Maliyyə bazarlarının müxtəlif dalğalanmaları arasında, təcrübənizə və gəlir gözləntilərinizə ən uyğun gələn maliyyə alətini seçməyiniz, yatırım dünyasında atacağınız ilk addımdır. Fərdi sərmayələrinizə istiqamət verərkən, investisiya anlayışınıza ən uyğun gələn maliyyə alətini müəyyənləşdirmək üçün hər zaman aktivlərin idarə edilməsi sahəsi üzrə mütəxəssislərin köməyindən istifadə edə bilərsiniz.
Forex (FX)
Digər maliyyə bazarları ilə müqayisədə FOREX bazarı bir çox üstün cəhətlərə malikdir. Kredit çiyni vasitəsilə ticarət imkanı, spekulyativ əməliyyatların olmaması, həftənin 5 günü 24 saat ticarət etmək imkanı kimi üstünlüklər FOREX bazarını, bazar iştirakçıları üçün cəlbedici edir. Bu bazarda ticarət olunanlar sırasına isə valyuta cütlükləri, əmtəələr, fərq müqavilələri, səhmlər və birja indeksləri daxildir. FOREX yüksək gəlir gətirən maliyyə alətləri qrupuna daxil edilir.
Əmtəələr (CMDTs)
Əmtəələr, qiymətli qızıl, gümüş kimi metallar, mis, polad kimi sənaye metalları, buğda, qarğıdalı kimi kənd təsərrüfatı məhsulları, neft qaz kimi enerji məhsullarını əhatə etməsi ilə yanaşı, taxta məhsulları, qida məhsulları, kimyəvi maddələr, xammallar kimi bir çox maliyyə alətlərini özündə birləşdirir. Ticarət məhsulları kimi qəbul edilən əmtəələrə uzunmüddətli yatırım etməklə böyük gəlir əldə bilərsiniz. Valyutalara inamın azaldığı bir nöqtələrdə risklərinizi azaldaraq əmtəələrlə ticarət edə bilərsiniz.
Fyuçerslər (FUTRs)
Mütəşəkkil birjalarda və müddətli əməliyyatlar bazarında ticarət olunan bu müqavilələr yüksək likvidliyə malikdir. Kredit çiyni dəstəyindən əlavə aşağı xərclərlə əməliyyatlar icra etməyinizi təmin edən fyuçerslər risklərdən qorunmaq istəyən bazar iştirakçıları üçün münasib maliyyə alətidir.
Birja Fondları (ETFs)
Birjada ticarət olunan fondlardan formalaşır. Orta risk və gəlir səviyyəsinə malik olduğu üçün birja fondlarında riskinizi paylaşdıraraq yatırım edə bilərsiniz.
Fondlar (FUNDs)
İnvestisiya fondlarında əldə etdiyiniz fondun daxilindəki payınız nə qədərdirsə, o qədər sahib ola bilərsiniz. Yatırım fondlarının ən böyük üstünlüklərindən biri də əldə olunan gəlirin rahat bir şəkildə nağd vəsaitə çevirə bilməkdir. Yatırım portfelinizin çeşidləndirilməsi üçün də münasib maliyyə alətidir.
Səhmlər (STCKs)
Səhmlər, orta risk qrupuuna daxil olmaqla, bir şirkətin sahiblik və idarəolunmasında iştirak hüququ təmin edən yüksək likvidliyə malik qiymətli kağızlardır. Səhmlərin digər üstün cəhəti isə mübadilə olunması və asanlıqla nağd vəsaitə çevirə bilinməsidir.
Notlar (NOTEs)
Notlar aşağı risk qrupuna daxil olan qiymətli kağızdır. Bu qiymətli kağızlarda likvidliyi yüksək olduğu üçün bazar iştirakçıları bu maliyyə alətinə qısamüddətli yatırımlar edirlər. Notlar, müddətin sonunu gözləmədən, mənfəət əldə edilməsi və vergi güzəşti kimi bir çox üstünlükləri özündə birləşdirir.
İstiqrazlar (BONDs)
İstiqrazlar uzun müddətli maliyyə aləti kimi investisiya portfelinin effektiv idarə olunmasında istifadə olunur. Müddətin sonunu gözləmədən də istiqraz qiymətlərinin dəyişməsindən gəlir əldə etmək mümkündür.