X

Sizə gəlir gətirəcək 9 fərqli yatırım növü

Bir çox insan hal – hazırda sahib olduğu işlərdən razı qala bilmir və yüksək gəlir qazanmaq yollarını axtarır. Hər birimizin xəyalları və bu xəyallara çatmaq üçün planlarımız var.

Təbii ki, bütün bunlara hal – hazırdakı qazancınızdan daha çox gəlir qazanaraq nail ola bilərsiniz. Hər zaman arzuladığınız şeyləri etmək və xəyallarınıza bir addım daha yaxınlaşmaq xoşbəxtliyimizin ən böyük səbəblərindən biridir. Ancaq hələki əlinizdə olan tək gəlir mənbəyiniz gündəlik işinizdir. Ancaq yatırım edərək gəlir qazana biləcəyimiz qızıl bir dövrdə yaşayırıq. Əslində ətrafımızda xırda başlanğıclar üçün bir çox fürsət var, ancaq biz onları hər zaman ertələyirik. Bununla yanaşı təhsilinizə, bacarıqlarınıza, sağlamlığınıza və ümümiyyətlə özünüzə yatırım etmək də önəmlidir.

Çox insan sürətli və asan pul qazanmaq yollarını axtarır. Buna görə də gündəlik işinizdən əlavə gəlir qazana biləcəyiniz mənbələri sizin üçün araşdırdıq:

Qiymətli metallara yatırım edin

Qloballaşan dünyamızda qiymətli metallar (qızıl, gümüş, platin və paladium) çox mübahisəli həm də çox rəğbət qazanmış yatırım alətidir. Bəzi insanlar bu yatırım alətinə üstünlük verirlər digərləri isə səhv seçim olduğunu düşünürlər. Hər iki düşüncədə də biraz həqiqət payı var. Qiymətli metalların dəyərinin enib – qalxması dolların enib – qalxması ilə bağlı olduğu üçün qiymətlərin müəyyən edilməsi asan deyildir. Ancaq qiymət dəyişmələrini düzgün analiz etməyi bacarsanız bu sizə maksimum gəlir fürsəti yaradacaqdır.

Forex ilə gəlirlərinizi artırın

Forex bazarları dünyanın ən böyük bazarlarından biridir. Hər gün trilyonlarla dollar Forex bazarında dövriyyəyə buraxılır və bu iqtisadiyyat üçün çox vacibdir. Forex bazarlarına yatırım edərək birjalardakı dəyişmələrdən qazanc əldə edə bilərsiniz. Forex – ə başlamadan öncə təlim hesabı açaraq tecrübə qazanmağınız vacibdir. Çünki təlim hesabında alqı – satqı əməliyyatlarının necə işlədiyini risk almadan yoxlaya bilərsiniz. Burada əsas məqsəd vəsaitinizi aldığınız qiymətdən daha yüksək qiymətə satmaqdır. Əgər Forex haqqında daha çox məlumat almaq istəyirsinizsə pulsuz seminarlara qatıla bilərsiniz. Bu həm də sizin doğru yatırım alətini seçməyinizə kömək edəcək.

Fyuçers ilə qazanmağa başlayın

Fyuçers – Alıcı və ya satıcısına müəyyən edilmiş tarixdə baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq öhdəliyini verən yatırım alətidir.
Fyuçers müqavilələrinin baza aktivi kimi müxtəlif növ əmtəələr: enerji daşıyıcıları, qiymətli metallar və kənd təsərrüfatı məhsulları çıxış edir.
Investisiyaların dəyərini qorumaq və ya irəlidə meydana gələcək qiymət dəyişmələri üzərinə əməliyyat etmək istəyən investorlar, geniş məhsul spektri, iki istiqamətli əməliyyat imkanı ilə aşağı təminatlarda investisiyaya başlaya bilərlər.

Daşınmaz əmlaka yatırım edin

Daşınmaz əmlak qiymətləri davamlı şəkildə qalxır və enir. Əgər ətrafınızda olan daşınmaz əmlak fürsətlərinə yatırım edə bilmirsinizsə o zaman dünyanın dörd bir yanındaki fürsətləri dəyərləndirə bilərsiniz. Çünki bir çox ölkədə xarici vətəndaşların daşınmaz əmlak yatırımı etmələri üçün imkanlar yaradılır. İndi aldığınız daşınmaz əmlaklar bir neçə il ərzində getdikcə dəyərlənərək aldığınızdan daha yüksək gəlir qazanmağınıza səbəb olacaq. İnkişaf etməkdə olan ölkələrdə daşınmaz əmlaka yatırım etsəniz daha yüksək gəlir qazanmaq imkanınız olacaq. Çünki bu ölkələrdə daşınmaz əmlak qiymətləri daha ucuzdur.

Fondlara yatırım edin

Əlavə gəlir mənbəyi kimi fondlara yatırım etmək ən məntiqli addımlardan biri ola bilər. Bu yatırım növündə ümumi yatırım məbləğinin kiçik bir qismi ilə investisiya edərək gələcəkdə bu yatırım miqdarına görə uyğun gəlir qazana bilərsiniz. Önəmli amillərdən biri isə kütləvi fondlara yatırım etmək böyük şirkətlərdən yüksək miqdarda gəlir qazanmağınıza səbəb olacaqdır. Bu yatırım növündə bir neçə fərqli şirkətə müəyyən miqdarda yatırım etdiyiniz üçün onların hər birindən əlavə gəlir qazana bilərsiniz.

Yerli səhmləri fiziki olaraq alıb – satın

Səhm sahibinə səhmi buraxan şirkətin gəlirinin bir hissəsini almaq və şirkətin idarə olunmasında iştirak etmək hüququ verən investisiya qiymətli kağızıdır. Ümumiyyətlə böyük şirkətlərdən səhm alıb – satmaq daha etibarlıdır. Çünki onlar hər zaman gəlirlərini artırmaq üçün çalışırlar və şirkətin gəlirləri artdıqca sizin gəlirləriniz də avtomatik olaraq artacaqdır. Yerli səhmlər haqqında daha ətraflı məlumat almaq və hal – hazırda aktiv olan şirkət səhmlərinin qiymətlərini buradan öyrənə bilərsiniz.

Xırda şirkətlərdə yatırımcı olun

Əvvəlki maddədə səhmlərə yatırımdan danışdıq, burada isə kiçik bir biznesə edəbiləcəyiniz yatırımdan danışacağıq. Bundan əlavə daşınmaz əmlaka yatırımda bəhs etdiyimiz kimi burada da investisiya edəcəyiniz şirkətin harada olacağı önəmli deyil. Hətta inkişaf etməkdə olan ölkələrdə az miqdarda edəcəyiniz yatırım bir neçə biznesin eyni zamanda fəaliyyətinə kömək edə bilər. Bu isə onların zaman keçdikcə artan qazancından sizin də qazanmağınıza səbəb olacaqdır. Gizli tərəfdaş olmağın ən vacib faydası idarəetmə ilə bağlı işlərə qarışmaq məcburiyyətinizin olmamasıdır. Ancaq yenə də şirkətin fəaliyyətindən xəbəriniz olsa daha düzgün qərarlar verə biləcəksiniz.

Startup şirkətlərə yatırım edin

Bu yatırım növü digərlərindən biraz fərqlidir. Çünki burada yatırımcılar yatırım edəcəkləri şirkətləri ətraflı şəkildə araşdıraraq daha sonra qərar verə bilirlər. “Startup” şirkətlərə yatırım etməyin ən önəmli xüsusiyyətlərindən biri müəyyən bir problemin həlli üçün qurulmuş yeni şirkətlərə kömək edərək həm də onların fəaliyyətlərini davam etdirməkdir. Burada risk ehtimali yüksəkdir, çünki bu işdə qazanmaq da itirmək də çox asandır.

İstiqrazlara yatırım edin

İstiqraz sahibinə əvvəlcədən müəyyən edilmiş dövrlərlə faiz gəlirini və müddətin sonunda əsas məbləği almaq hüququ verən investisiya qiymətli kağızıdır. İstiqrazlardan daha çox şirkətlər, böyük qurumlar istifadə edirlər. Onları istiqraz ilə borc verən böyük qurumların kreditorları olaraq da adlandırmaq mümkündür. əgər bir şirkətin öz fəaliyyətini davam etdirməsi üçün borca ehtiyacı olarsa onlar banklara üz tutmaqdansa bu tip borc vermə gücünə sahib olan böyük yatırımcılara üz tuturlar.

Yatırım edərək vəsaitlərinizi dəyərləndirmək istəyirsinizsə yuxarıda bəhs edilən yollardan özünüzə uyğun olanı seçə bilərsiniz.

Categories: Məqalələr
InvestAZ:
Related Post