Səhmlərin qiymətləri hər şirkət üçün fərqlilik göstərən bir çox elementin bir araya gəlməsi ilə müəyyən edilir. Ancaq hələ də “səhmlərin qiymətləri necə müəyyən olunur” sualına cavab tapmamışıq. Səhmlərin ticarətində baş verən eniş və yüksəlişləri doğru şəkildə analiz edə bilmək üçün ilk öncə tələb və təklifin tarazlılığına baxmaq lazımdır.
Tələb və Təklif Balansı
Səhm ticarətində səhmlərin qiymətlərinə qarşı olan təklifin yüksək olması, qiymətlərin artmasına, tələbin aşağı olması isə qiymətlərin enməsinə səbəb olur. Səhm sahibi olan şirkətin bazardakı çəkisinin artması həmin şirkətin səhmlərinə olan tələbi artırır və nəticədə məhdud sayda olan səhmləri almaq istəyənlərin sayı çoxaldığı üçün qiymətlər də artmağa başlayır. Müxtəlif səbəblərdən alınan səhmlərin kütləvi şəkildə satışa çıxarılması, həmin səhmlərin dəyərinin düşməsinə səbəb olur. Bu zaman belə bir sual yaranır: Səhmlərə olan tələb və təklifi hansı amillər formalaşdırır? Bunu makro və mikro səbəblər olaraq iki əsas qrupa bölmək olar.
Səhmlərin qiymətinə təsir edən Mikro səbəblər
Mikro dedikdə, sahənin cəlbediciliyi, şirkətin idarə edilməsi, fəaliyyət mexanizmi, şirkətin məhsullarının artması və ya enməsi, şirkətin icra etdiyi layihələr, gələcək planları, uğurları, rəqabət gücü, texnoloji infrastrukturu kimi bir çox faktorlar səhmlərin qiymətlərinə təsir edə bilər. Şirkət haqqında yayımlanan müsbət və ya mənfi xarakterli xəbərlər və siqnallar da istehlakçıların psixologiyası və satış göstəriciləri də qiymətlərə əhəmiyyətli dərəcədə təsir edən amillər daxildir.
Səhmlərin qiymətinə təsir edən Makro Səbəblər
Makro səbəblər dedikdə isə ölkə və ya dünya iqtisadiyyatının istiqaməti, ölkədə faiz dərəcələrinin artması və ya azalması, iqtisadiyyatı inkişaf etməsi və ya əksinə geriləməsi kimi faktorlar nəzərdə tutulur. Bu da şirkətin performansına və insanların həmin şirkətin səhmlərinə olan tələbinə təsir edir. Daha ətraflı nəzər yetirsək neft qiymətləri, işsizlik nisbətləri, yüksək borc nisbətləri, əhalinin böyümə sürəti, beynəlxalq bazarlardakı vəziyyət kimi faktorlar da makro səbəblər sırasına daxil etmək olar.
Səhmlərin qiymətlərinə təsir edən makro faktorlardan ən önəmlisi siyasətdir. Bir vanna təsəvvür edin. Vannanı tıxacı olmadan Siz onu su ilə dolura bilməzsiniz. Bu tıxac eyni ilə siyasətdəki tənzimləmə mexanizmi kimidir. Siyasi stabillik nə qədər yaxşı olarsa, faiz dərəcələri də bir o qədər aşağı olacaq və bazar dəyər qazanmağa başlayacaq.
Bəzən edilən spekulyativ açıqlamalar da səhmlərinin dəyər itirməsinə səbəb olur. Bazarlarla əlaqəli mənfi bir xəbərin yayılması, şirkətin vəziyyətinin yaxşı olmasından asılı olmayaraq da, onun səhminin dəyərini aşağı sala bilər. Tələb və təklif məsələsi səhmin uzunmüddətli dəyərini müəyyən etsə də bazarlardakı gündəlik dalğalanmalar və siqnallar da vəziyyətə öz təsirini göstərir.