X

“Santa Claus Rally”-si varmı?

“Santa Claus Rally” əfsanəsi, əgər varsa, Miladdan bir həftə əvvəl baş verir.

Bu adətən kiçik diapazonlarla səhm qiymətlərinin (üfüqi şəkildə) ziqzaqvari dəyişməsi ilə xarakterizə olunur. Miladdan əvvəlki həftə, Milad bayramlarından əvvəl əməliyyatlarını bağlamaq istəyən institusional iştirakçıların il sonu mövqe düzəlişlərinin əksəriyyətini əhatə edir. Miladdan sonrakı həftə adətən daha aşağı həcmlə müşayiət olunur və bu, institusional iştirakçıların ilin sonuna qədər bazardan kənarda olduğunu göstərir.

Santa Claus effektinin səbəbləri

Bu illər ərzində bir çox analitiklər “Santa Claus” oyununun arxasında duran səbəblər barədə mülahizələr aparmağa çalışıblar. “Rally”-nin  təklif olunan səbəbləri arasında fərdi treyderlərin həddindən artıq optimist proqnozlara sadiq qalması və bazarı tərk etməyə meylli olan institusional İştirakçılar ilə ümumi bayram əhval-ruhiyyəsi daxildir.

Səbəbindən asılı olmayaraq, Miladdan əvvəl və sonra hər hansı müsbət gəlir maliyyə mediası tərəfindən “Santa Claus Rally”-si kimi dəyərləndirilir.

“Santa Claus Rally”-si arxasında nə dayanır?

Ən böyük izah, bir neçə gün ərzində birjada müsbət bayram əhval-ruhiyyəsinin yayılması məsələsi ola bilər. Hedcinq fondları, iri korporasiyalar və s. kimi institusional iştirakçıların əksəriyyəti Miladdan bir həftə əvvəl il sonu mövqelərini tənzimləyir və strategiya qurmaq üçün yeni ilə baxmağa başlayırlar. Portfelin yenidən balanslaşdırılması və vergi itkilərinin toplanması kimi səbəblər də bazara təsir edə bilər.

Treyderlər “Santa Claus Rally” söhbətlərindən ehtiyatlı olmalı və cari bazar mühitinə diqqət yetirməlidirlər.

“Santa Claus”-un hədiyyələri vaxtında çatdırmasını gözləsək də, onun birjada həmişə etibarlı gəlirlər gətirəcəyini gözləyə bilmərik.

Categories: Məqalələr
InvestAZ:
Related Post