Site icon InvestAZ Blog

Riskdən qorunmağın yolları

FOREX bazarında ticarət etməyə qərar vermisinizsə və risklərdən necə qorunacağınız haqqında düşünürsünüzsə, ilk öncə bilməlisiniz ki, bu sahədə özünüzlə mübarizə aparmalısınız. FOREX bazarı bir çox insan və təşkilatlar tərəfindən “yüksək risk” kateqoriyasına aid edilir. Yüksək risk səviyyəsinin səbəbi də digər investisiya vasitələrindəki kimi hərəkətsiz və ya sabit gəlir gətirməsi deyil, gündəlik qiymət dəyişiklikləri ilə bağlı, dinamik və yüksək gəlir gətirən bir sistemə malik olmasıdır. Kredit çiyni dəstəyi ilə ticarət imkanı bir anda yüksək gəlir gətirməklə yanaşı, həm də böyük risk daşıyıcısıdır.

Nə qədər risk etməlisiniz?

Risk səviyyəsinin müəyyən olunması bazar iştirakçısının risk götürmə qabiliyyətinə bağlı məsələdir. Əgər Siz riskinizi cilovlaya bilirsinizsə, demək ki, riskdən ən yaxşı şəkildə sığortalanmısınız. Burada vacib olan hədəflərinizi dəqiq şəkildə müəyyən etmək, bazarda baş verən prosesləri doğru analiz etmək və doğru zamanda doğru əməliyyat açmaqdır. Bütün bunları nəzərə alaraq, ticarət etdiyiniz təqdirdə, riskinizi minimuma endirmiş olacaqsınız.

Ancaq FOREX bazarında ticarətə yeni qoşulan və bu dinamik sistemin dərhal bir hissəsi olmaq istəyən təcrübəsiz bazar iştirakçıları üçün riskdən qorunmağın yollarını öyrənmək, bəzən kiçik bir uşağın sobaya yalnız barmağının ucu ilə toxunacağını görüb, onu dayandırmaq və ya təcrübə keçirməsinə icazə vermək kimi təhlükəli bir vəziyyət yaradır.

Özünü müdafiə münasibəti.

Bazar iştirakçısının gündəlik həyatında riayət etdiyi nizam intizam qaydaları, FOREX bazarında rahatlıqla tətbiq oluna bilər. Tibb haqqında məlumatları və ya daha çox xalq təbabətini incələdikdə, müdafiənin müalicədən öncə gəldiyini və bunun vacib amil olduğunu görürük. FOREX bazarına yeni qatılan bazar iştirakçıları da eyni vəziyyətlə üzləşir. Bazar iştirakçısı başlanğıcda edə biləcəyi yanlışlıqları düzəldə bilməyəcəyini anladığı kimi, müalicəsinin də uzun çəkəcəyini də anlayır. FOREX bazarında ticarət edən insanlar anlamalıdırlar ki, ticarət terminalında baş verən dəyişikliklər sürətlə baş verir və bu dəyişikliklərə təsir edən amillər dünyada baş verən iqtisadi və siyasi proseslərdir.

Finans dışındaki disiplinlerde işleyişte olan kurallar, forex piyasasına da rahatlıkla uygulanabilir. Örneğin koruyucu yaklaşım. Sağlık bilimlerinde ve daha çok halk sağlığına baktığımızda önceliğin koruma olduğunu görürüz. Çünkü koruma, tedaviden önce gelir. Buradan hareketle yeni başlayanlar için koruyucu bir yaklaşım sergilemeye çalışmanın önemini algılayabiliriz. Çünkü Forex piyasasında başlangıçta yapılacak büyük hataların telafisi olmayabileceği gibi, tedavisi de çok uzun sürebilir. Giriş yaptığınız platformun bütün bir dünya genelinde yapılan işlemlerden anlık olarak etkilendiğini unutmamalısınız.

Səbrli olun.

Kredit çiyni dəstəyindən istifadə edərkən hər zaman ən üst səviyyədən bazara giriş etməkdən çəkinməli, eyni zamanda da portfeliniz diversifikasiyasını həyata keçirməlisiniz. Əməliyyat icra etmədən əvvəl bir-birini gücləndirən və ya zəiflədən indeksləri yaxşı bilməli və əməliyyat açarkən bunları nəzərə almalısınız.

İlkin olaraq avtomatik ticarət əmrlərindən əlavə mexaniki (özünüz) əmrlər açmalı, bazar dinamikliyinə hakim olana qədər belə davam etməlisiniz. Unutmayın ki, banka getdiyiniz və ya internet üzərindən müəyyən müddətli depozit hesabı açaraq vəsaitlərinizi ora köçürdüyünüz zaman bank həmin hesabda olan vəsaitlərin bir qismini FOREX bazarına yatıraraq, Sizə il sonu verəcəyi faizdən qat-qat çox qazanır. İndi özünüz qərar verin, bu prosesə kənardan baxmaq xoşunuza gəlir yoxsa bu prosesdə iştirak etmək?

Exit mobile version