Site icon InvestAZ Blog

Qrafiklər bizə nə göstərir?

Qrafiklər bizə nə göstərir?

Qrafiklər bizə nə göstərir?

Bəzən qiymətlərin bir-birinə görə vəziyyətlərini, zaman içində göstərdikləri dəyişiklikləri, müəyyən vəziyyətlərdə göstərdikləri trendləri oxumağın ən asan yolu onu qrafik olaraq göstərməkdir. Əgər düzgün oxumağı bilirsinizsə, qrafiklər Sizə təsəvvür etdiyinizdən də çox məlumat göstərəcək. Bəli, bir vaxtlar riyaziyyat dərslərində gördüyümüz və x, y oxlarının z oxuna görə aldığı qiymətləri bir-birinə birləşdirəndə ortaya çıxan o əyrilər də var bu işin içində. Ancaq özünüzü çox da yormağa ehtiyac qalmayacaq çünki, ticarət edəcəyiniz terminalın daxilində bunlar daha asanlaşdırılmış formada hazırlanmışdır.

Qrafiklər harada yerləşir?

Bütün Sizə lazım olan qrafiklər ticarət edəcəyiniz Meta Trader 4 ticarət terminalının daxilində ycəmlənmişdir. Ticarət terminalı vasitəsilə əməliyyat həyata keçirməyə qərar verdiyiniz anda qarşınıza bir sıra vizuallaşdırma variantı gələcəkdir. Bu variantlar içindən istədiyiniz xətti, parça, yapon şamı qrafiklərindən birini seçə bilərsiniz.

Zaman periodları

Ticarət terminalında müşahidə etdiyiniz qrafiklər əslində böyük bir məlumat xəzinəsidir. Günlərlə toplu rəqəmlərə baxıb bir nəticə çıxara bilməyəcəyiniz halda, bu qrafiklərin bir neçəsini seçərək bir neçə dəqiqəyə bazarda baş verən vəziyyəti təhlil edə bilərsiniz. Bazarı analiz etmək üçün aylıq, həftəlik, saatlıq və dəqiqəlik olaraq seçməklə analiz biləcəyiniz bu qrafiklər Sizə televiya, qəzet və internet vasitəsilə əldə edə bilməyəcəyiniz məlumatları verəcəkdir. Məsələn: Dondurma istehsal edən bir şirkərin səhmlərini almaq üçün ən uyğun həftənin, hətta günün bahar mövsümünün hansı həftəsi və ya gününə təsadüf etdiyini göstərə bilər. Bu qrafikləri sadəcə olaraq diqqətli bir şəkildə incələməyiniz və verilən məlumatları doğru analiz etməyiniz lazımdır.

Qrafiklər vaxtınıza qənaət edə bilər

Doğru qrafiklərə baxsanız həm vaxtınızı yaxşı nizamlaya həm də vaxtınıza qənaət etmiş olarsınız. Fürsətin ayaq səslərini hamıdan əvvəl eşidə və ona görə əməliyyat icra edə bilərsiniz. Həmçinin bunun əksi də ola bilər; Yəni fırtınanın olacağını əvvəlcədən müəyyən edib, zərərinizə ola biləcək əməliyyatları anında bağlaya bilərsiniz. Hətta bir az daha peşəkarlaşdıqdan sonra özünüzə etimad göstərsəniz avtomatik əmr və sərəncamlarla tamamilə avtomatik surətdə gəlir əldə edə bilərsiniz. Qrafiklərin güclü dünyası, hər iki halda da vaxtınıza və gəlir əldə etməyinizi təmin edir.

 

Exit mobile version