Share This Article
Gəlirinizin bir qismini xərcləməyib , investisiyaya istiqamətləndirməyə qərar verdiniz. Əsas məqsədiniz, investisiyanı zərərə uğramadan, qısa müddətdə nəğdə çevirməkdir. Araşdırmalar etdiniz və sonunda investisiya vasitəsini seçdiz. Lakin qulaqlarınızda bu suallar səslənməyə başladı. Risk etməliyikmi? Bəs əgər bütün pulumu itirsəm? Nə qədər riski gözə almalıyam? İndi doğru zamandırmı? Edilən sərmayələrdə riski idarə edə bilərəmmi?
Forex, birja və digər investisiya vasitələrinin, təqdim etdiyi üstünlüklərin yanında, risk ünsürünün ortaya çıxan əməliyyatlarda olduğu danılmaz bir reallıqdır.. Bütün bunların yalnız şans ilə əlaqəsinin olmadığını bilmək, mövzu haqqında normal səviyyədə təhsil almağın əhəmiyyətini anlamaq, təcrübə qazanmağın və bazarın işləmə mexanizmini taparaq doğru əməliyyatlar edilməsinin zəruriliyi, ağılımızdan çıxmaması lazım olan əhəmiyyətli nöqtələrdir.
Nəzəri olaraq bunları bilsək və bu görüşlərlə eyni fikirdə olsaq da investorun qərar alma mexanizmini maneə törədən çox əhəmiyyətli bir faktor vardır, qorxu! Yaxşı onunla bacarmaq mümkündürmü?
İnvestor qorxularını nəzarət altına almalıdır.
Qorxu, müvəffəqiyyətli bir əməliyyat başlanğıcına mane ola bilən təhlükəli bir təsirdir. Mövzu haqqında təcrübə qazandıqdan sonra, doğru zamanda, doğru addımı atmağım maneə törətməməsi üçün sərmayəçi olaraq qorxularınızı nəzarət altında saxlamaq lazımdır. Çünki ancaq qorxularınızı, investisiya strategiyanızı yaxasını buraxmasını təmin etdikdən sonra uğur qazana bilərsiniz.
İnvestisiya planınızı yaradın və bu plandan əmin olun
Investorun şüurlu bir şəkildə əməliyyat etməsi üçün investisiya planı meydana gətirməsi olduqca əhəmiyyətlidir. İnvestisiya bazarlarında gəlir əldə etmək üçün bir plana sahib olmaq lazım olduğunu davamlı ağılınızda tutmalısınız. Təyin etdiyiniz strategiyalar, qazanmaq istədiyiniz miqdar, qiymət səviyyələrinizi daim bu planın içində saxlamaq lazımdır. Əgər bir plan daxilində hərəkət etmədizsə və ya planınızın yetərli olduğunu düşünmürsüzsə, mövzuyla əlaqədar aldığınız təhsili və təcrübələri artıra bilər, planınız daxilində demo hesabınızla əməliyyat edə bilərsiniz. Bu yolla investisiya planınızdaki axsaqlıqları görə bilər ya da planınızın nə qədər etibarlı olduğunu özünüzə sübut etmiş olarsınız. Beləcə, özünüzə güvənərək əməliyyatlarınızı başlada bilərsiniz. Əgər investisiya planınıza güvənirsinizsə, bu plana sadiq qalmalı və xəyali düşüncələrinizi tətbiq etməməlisiniz.
Səhvləriniz təcrübəniz olsun
Bir bazar oyunçusu, itirdiyi zaman özünə olan güvəni əsla zədələnməməlidir. Uzunmüddətli uğura sahib olmaq üçün, edilən səhvlərin və zərərlərin təcrübə olaraq geri dönəcəyini bilməlisiniz. Beləcə itirmə qorxunuzu məğlub edərək, planınızda var olan axsaqlıqlardan dərs ala bilmək və hisslərlə əməliyyat etmək yerinə şüurlu, təcrübə ilə sabit olan müvəffəqiyyətli investisiyalar yelkəni aça bilmək lazımdır.