Foreksdə dünya sərmayəçiləri eyni imkanlar altında əməliyyat edir və burada investisiya vasitələrinin real qiymətləri üzərindən əməliyyatlar reallaşır. Bu baxımdan, investora daha təhlükəsiz investisiya etməsinə imkan yaranır.
Bu özəlliklər əsasında dünyada fiziki olaraq edilən qızıl sərmayələri sürətlə Foreks əməliyyatları ilə əvəz olundu. Ən çox seçilən əmtəələrdən biri olan qızıl, Foreks bazarının ən məşhur investisiya vasitələrindən biridir. İnternetdən pul qazanmağın ən qazanclı alternativi olan Foreksdə qızıla yatırım, investorlara fiziki olaraq sahib olma zəruriliyi olmadan, internetdən sürətli əməliyyat etmə imkanı verməkdədir.
Qazanmaq üçün analiz etmək vacibdir
Foreks bazarında investisiya strategiyanızı təyin etməyə kömək edən fundamental və texniki analiz, digər investisiya alətləri kimi qızıl bazarına da tətbiq olunur. Qiymətlərin yüksəlməsindən və ya düşməsindən mənfəət əldə edə biləcəyiniz bu platformada analizlərə görə qızıl qiymətləri yüksələrkən alış, düşərkən satış istiqamətində əmr verə bilərsiniz. Analizlərin doğru təsbit edilməsi vəziyyətində gəlir əldə edə bilərsiniz.
Qızıl qiymətlərinə təsir edən amilləri diqqətdə saxlayın
Qızıl yatırımında uğurlu olmaq üçün qızıl haqqında ətraflı məlumata sahib olmalısınız. Yəni, qızıl qiymətlərində yaşanan dalğalanmaların səbəblərini bilmək, bunları əvvəldən təxmin etmək və ya baş verəcək dəyişikliklərə uyğun əməliyyatlar etmək sizə uğur gətirən amillərdəndir. Ölkələrdə meydana gələn iqtisadi və siyasi hadisələr, valyuta qiymətlərində nizamsız dalğalanmalara səbəb olur. Belə olan halda qızıla olan tələb artdığı üçün qızıl qiymətləri yüksəlməyə başlayır. Başqa sözlə, qızılın qiymətinə ölkələrdəki iqtisadi və siyasi dəyişikliklər və makroiqtisadi hadisələr təsir göstərir. Məsələn; Qızıl bazarlarında əməliyyatlar ABŞ dolları ilə edilir. Onun üçün ABŞ dollarındakı dəyişikliklər birbaşa qızılın qiymətinə təsir edir. Bu səbəblə də qızıl ilə əməliyyat edən investorlara dollar ilə əlaqəli dəyişiklikləri izləməyi tövsiyə olunur.
Yatırımınızda ticarət müddətinə laqeyd yanaşmayın
Qızıla yatırım etmək qərarına gəldiyinizdə ticarətinizin ödəmə müddətini də təyin etməlisiniz. Uzunmüddətli dövrdə investisiyalarınızı həyata keçirmək istəyirsinizsə, mütəxəssislərin rəyləri, fundamental təhlillər işinizi asanlaşdıracaqdır. Lakin qısa müddətdə ticarət etmək istəyirsinizsə, saatlıq və gündəlik analizlər etməyinizdə fayda var. Qısa müddətli əməliyyatlarda davamlı olaraq bazardakı hərəkətliliyi təqib etməlisiniz.