Site icon InvestAZ Blog

Qara Cümə aktuallığını itirir?

Texnologiyalar və onlayn alış-veriş vərdişləri inkişaf etdikcə ilin ən böyük alış-veriş günü hesab edilən – Qara Cüməni Kiber Bazar ertəsi əvəz etməyə başlayıb. Onilliklər ərzində Qara Cümə “bazarlıq” üçün mükəmməl gün olmuşdur. Lakin son bir neçə ildə Kiber Bazar ertəsi ABŞ-da ən böyük illik alış-veriş tədbirini öz üzərinə götürüb.

Kiber Bazar ertəsi nədir?

Kiber Bazar ertəsi Qara Cümədən üç gün sonra, bazar ertəsi gəlir və onlayn ticarətdə endirimlərə aiddir. Ümumiyyətlə, həmin gün texnologiya ilə bağlı məhsullara daha çox endirim edilir.Bu il Kiber Bazar ertəsi 29 Noyabrda olacaqdır.

Kiber Bazar ertəsinin Qara Cüməni kölgədə qoyduğunu 2020-ci ilin onlayn pərakəndə satışlarının göstəricisindən – 10,8 milyard dollar – bütün zamanların, ən yüksək səviyyəsinə yüksəlməsindən görmək olar. 

Bu günlər birjada necə əks olunur?

Birjanın Qara Cümə və Kiber Bazar ertəsi gününə reaksiyası, bu iki gün ərzində olan xalis gəlir ilə Kiber Bazar ertəsi sonrası ilin qalan hissəsinin performansı arasında güclü tərs korrelyasiya görünür.

S&P 500 indeksinə nəzər yetirdikdə görürük ki, bu iki super ticarət günlərində göstərici, gözləntilərin əksinə 1% azalır, lakin Kiber Bazar ertəsi günündən sonra il sonunadək bu indeks 7,4 % artır.

Qısacası, əgər siz marketdə volatilliyin göstəricisi və birjanın gələcək vəziyyətinin analizi üçün bu iki alış-veriş gününə istinad etməyi düşünürsünüzsə, bu qərarınızı yenidən gözdən keçirmənizdə fayda var.

Exit mobile version