Share This Article
Kiçik bir daxil ilə başlayan vəsait idarə etmə macəramız, indi bank hesabları, maliyyə bazarları və müxtəlif investisiya alətləri ilə birlikdə davam edir. Bu hekayədə dəyişməyən bir hissə varsa, o da biz insanların təbii instinklərlə vəsait toplamağa çalışması və bununla da gələcəklərini sığortalamalarıdır. Uşaq yaşlarından vəsait toplamaq vərdişini adət halına çevirən insanların dəyişkən iqtisadi vəziyyətlərdə maliyyə tarazlıqlarını daha asan qoruduqlarının hamımız şahidi olmuşuq. Bəs bu vərdişi uşaqlarımıza necə ötürə bilərik?
Uşaqlar pul yığmağı sevirlər
Əslində diqqətlə baxsaq uşaqların vəsait toplamaq vərdişinin arxasında sonsuz bir arzuların olduğunu görərik. Gəlinciklər, oyuncaq avtomobillər, oyun kartları…bax burada bizim öhdəmizə düşən iş onların vəsait toplama vərdişlərini uğurlu bir maliyyə alətinə çevirə biləcəklərini və vəsait toplayaraq arzularına rahatlıqla çata biləcəklərini anlatmaqdır. Necə? Təbii ki, onların başa düşəcəyi bir dildə izah etməklə.
Ailəvi oynanılan oyunlar
Qutu oyunları, ailələrin öz uşaqları ilə birlikdə əyləncəli bir vaxt keçirmələri üçün mükəmməl bir vasitədir. İlkin vəsaitin idarə edilməsi vərdişlərini inkişaf etdirən Monopoliya tipli oyunlar isə həm rəqabət mühitində mübarizə aparmağı, həm də vəsait toplama vərdişini təkmilləşdirilməsi baxımından faydalıdır.
Həyəcana qalib gəlib soyuqqanlılıqla qərar verənlər, özlərinə hədəf müəyyən edən və bu hədəfə doğru addım-addım irəliləyib vəsaitlərini bu istiqamətdə istifadə edənlər bu oyunu qazananlar olur. Uşağınızla birlikdə oynayarkən bütün bunları bir-bir izah edin. Vəsaitərini əlində tutmasının vacibliyini, daha böyük gəlir gətirməsi üçün onları saxlamasını göstərin. Oyun oynamaq və qazanmaq həvəsi ilə aşıb daşan övladınız Sizin hər dediyinizə qulaq asacaqdır. Real həyatın kiçik bir modeli olan bu qutu oyunları, gündəlik həyatda da övladınıza vəsait toplamağa yardımçı olacağını müşahidə edəcəksiniz.
Tək başına oynalınan kompüter oyunları
Texnologiyaların bizi əhatə etdiyi bir dövrdə telefonları, planşetləri uşaqların əlindən almaq olduqca çətindir. Çox kiçik yaşlarından başlayaraq texnologiyalarla tanış olan uşaqlarımıza içində olduqları bu rəqəmsal mühitdən doğru faydalanmalarını təmin etmək də mümkündür. Uşaqlarınızın vəsaitlərin idarə olunması, vəsaitlərin saxlanılması kimi oyunlara maraq göstərməsini təmin etməklə onlarda vəsait toplamaq vərdişini inkişaf etdirmiş olacaqsınız. “Financial Soccer”, “Money Metropolis”, “Slim City” kimi həyat simulyasiya oyunları, həyatın kiçik bir surətini təqdim edərək uşaqlarınıza vəsait toplamağın üstünlüklərini göstərəcək, dərhal sərf etmək yerinə əlində olan nağd vəsaiti necə ağıllı bir investisiyaya çevirməsi mövzusunda dünya görüşlərini genişləndirəcəkdir.