Share This Article
FOREX, bilik və təcrübəyə söykənən bir maliyyə bazarıdır. FOREX, əməliyyatlarınızda hər zaman dəqiq məlumatlara və məntiqinizə arxalanmağınızı tələb edən bir maliyyə bazarıdır. Bu bazarın uğurlu iştirakçıları təkcə maliyyə alətlərinə deyil, özlərinə də yatırım edənlər arasından çıxır.
FOREX tədris kurslarına yazılmağa qərar vermisinizsə, deməli ən önəmli addımı artıq atmısınız. Tənqid?! Bəli, tənqid etmək. Həm psixoloji, həm də texniki baxımdan öz zəif nöqtələrini müəyyən edərək təkmilləşdirmə yolunu seçənlər, FOREX bazarında daima uğur qazanalar olurlar.
Pulsuz FOREX Seminarı
FOREX haqqında ilk dəfə eşidirsinizsə, sərbəst vəsaitlərinizi dəyərləndirməyin yeni yollarını axtarırsınızsa, müvəffəqiyyətli bir investor olmaq istəyirsinizsə, 1 saatlıq pulsuz forex seminarında iştirak edin, vəsaitlərinizi dəyərləndirməyin yollarını kəşf edin.
Universal Treyder Kursu
Özünüzü təcrübəsiz bazar iştirakçısı kimi hiss edirsinizsə və FOREX bazarı haqqında məlumatlara sahib olmaq istəyirsinizsə o zaman Universal Treyder tədris kursuna qatılın. Tədris kursuna qatılaraq Siz bazarının əsas dinamikalarına dair mühüm məlumatları ən qısa zamanda öyrənməklə, real birja ticarətinə peşəkarcasına yiyələnə bilərsiniz.
Fundamental Analiz Kursu
Təcrübəli və ya yeni başlayan bazar iştirakçısı olmağınızdan asılı olmayaraq, fundamental analiz tədris kursuna qatılaraq, maliyyə bazarına təsir edən iqtisadi və siyasi faktorların hansı üsullarla araşdırılmasını öyrənə bilərsiniz.
Texniki Analiz Kursu
Maliyyə bazarında yarana biləcək dalğalanmaları doğru təxmin etmək, o cümlədən bazardakı qiymət dəyişikliyini qrafiklər və texniki indikatorlarla təhlil etməyin müxtəlif yollarını Texniki Analiz tədris kursu vasitəsilə öyrənə bilərsiniz
Ticarət Praktikası Kursu
Ticarət Praktikası kursu Maliyyə bazarının nəzəriyyəsini öyrənib, lakin praktikada çətinlik çəkən yeni başlayan başlayan bazar iştirakçıları üçün nəzərdə tutulub. Bu kursa qatılanlar analitik üsulların praktiki tətbiqini öyrənərək, proqnoz etmək bacarığınız formalaşdıra bilərsiniz.
InvestOR Kursu
Müəyyən müddətdir yatırım edir və bu istiqamətdə biliklərinizi təkmilləşdirərək fərqli maliyyə alətlərinin ticarət prinsiplərini öyrənmək istəyirsinizsə, InvestOR tədris kursunda qatılmağınızı tövsiyyə edirik.
Kapitallaşma Kursu
Kapitallaşma Tədris Kursunun məqsədi Azərbaycandakı şirkətlərə kütləvi emissiyanın (IPO) üstünlüklərini, onlara qatacağı dəyəri və korporativləşmədə rolunu izah etmək, habelə İnvestAZ şirkətinin vasitəsi ilə bu şirkətlərə kross-listinq imkanı tanıyaraq həm Azərbaycanda, həm də xaricdən kapitalı cəlb etməyin yollarını izah etməkdir. Kurs iştirakçıları Elliot Dalğa Nəzəriyyəsi və Bill Vilyamsın indikatorları ilə ticarət strategiyalarının qısa təqdimatı ilə də tanış olacaqlar.
Elliot Dalğa Nəzəriyyəsi
Əməliyyatların açılış və bağlanış nöqtələrini müəyyən etmək üçün ən önəmli amillərdən biri də trendlərin başlanğıc və bitmə nöqtələrini doğru şəkildə müəyyən etməkdir. Eliot Dalğa Nəzəriyyəsi kursuna yazılmaqla, təcrübəli bazar iştirakçıları yatırım strategiyalarına doğru istiqamət verə bilərlərlər.
Xaos Nəzəriyyəsi
Xaos Nəzəriyyəsi kursu sayəsində ticarət fəaliyyətinizdəki tərəddüdlərdən, qorxu hissindən və yanlış qənaətlərdən azad ola bilərsiniz. Məhz bu kurs Sizə Maliyyə Bazarlarında yeni bir dünya açacaq və qiymət dəyişiklikləri Sizə nə etmək lazım olduğunu özləri söyləyəcəkdir.