MT4 ticarət terminalına girər girməz qarşınıza qrafiklərin, göstəricilərin, valyuta cütlüklərinin hərəkətini müşahidə edəcəksiniz. Bu günə kimi ən azı bir dəfə də olsun, istər-istəməz iqtisadi proqramlara baxmış və ya televizorun bir küncündə artıb-azalan valyutalara diqqət yetirmisiniz. Sadə bir insan üçün bu məlumatların haradan əldə edildiyi, nəyə əsasən enib qalxdığı sual doğurur.
Deyirlər “FED-in toplantısı olacaq”…
Təbii ki, bu kimi məlumatlar heç kimə ayrıca olaraq bildirilmir. FED-in nə zaman toplanacağı, gələcək planları hər biri iqtisadi təqvimə görə müəyyən olunur. Ancaq uğurlu bir bazar iştirakçısı, valyuta bazarında baş verə biləcəkləri öncədən proqnoz etməli və vəziyyəti daim nəzarətdə saxlamalıdır.
Buradakı əsas nöqtə açıqlanacaq xəbərlərin və onların nəticələrinin, texniki və fundamental analizlərin haradan təqib edilməsidir.
İqtisadi təqvim
Hər bir təqvimin olduğu kimi iqtisadi təqvimində bir başlanğıc nöqtəsi var (e.ə. 500 il). Pulun icad edildiyi vaxtdan bu günə kimi baş verən hadisələrin (müharibələr, təbiət hadisələri, köşlər) pula qismən və ya birbaşa olaraq təsiri müşahidə olunmaqdadır.
Günümüzdə valyutalara təsir edəcək hadisələrin (böyük 20-liyə daxil olan ölkələrin nə zaman toplaşacağını, FED-in nə zaman hansı məlumatı açıqlayacağı, Avropa Mərkəzi Bankının iclas protokollarının açıqlanacağını) bir çoxunun reallaşacağı dəqiqəsinə qədər bilirik.
İqtisadi məlumatları haradan təqib etməli
Lisenziyalı broker şirkətləri üçün iqtisadi təqvimin əhəmiyyət daşıyır. Ticarət terminalına daxil olduğunuz zaman iqtisadi təqvimə hər an giriş edə bilərsiniz. Hətta bəzi şirkətlər bazar iştirakçıların bazar haqqında fikirlərinin formalaşmasına dəstək olmaq məqsədi ilə video bülletenlərdə hazırlayırlar.
Əsas məqsəd: Strategiyanızı formalaşdırarkən əlinizdə kifayət qədər məlumatın olmasına diqqət edin. Bu təqvim tarixlərini daima təqib etmək və açıq olan əməliyyatlarınızdan hansına necə təsir edə biləcəyini doğru təhlil etməyiniz, bazarda gəlir əldə etməyinizə kömək edəcək. FOREX maliyyə bazarında baş verə biləcək dalğalanmaları əvvəlcədən müəyyən edərək ticarət strategiyası qurmağınız, gəlirlərinizi iki qat artıracaq.