Site icon InvestAZ Blog

Neft qiymətləri niyə və nə zaman yüksəlir?

Neft qiymətləri niyə və nə zaman yüksəlir?

Neft qiymətləri niyə və nə zaman yüksəlir?

Bu sual təkcə FOREX bazarında iştirak edənləri deyil, evində nəqliyyat vasitəsi olan hər bir kəsi maraqlandıran sualdır. Hər səhər xəbərlərdə “neftin qiyməti qalxdı, neft istehsal edən ölkələr hasilatı azaltdılar” kimi cümlələri eşidirsiniz. Bəs neft qiymətləri  üçün artma və ya azalma proseslərini necə proqnoz etmək olar?

Neft, Benzin, Qaz, Plastik

Yeraltı sərvət olan neftin işlənməyən zərrəsi yoxdur. Yerin hansı qatında olmasından asılı olmayaraq insan hər zaman təbiətin bəxş etdiyi bu sərvəti əldə etməyə çalışır. Xam neft kimi çıxarılmağa başlanılan neft, sonradan benzin, müxtəlif sənayə məhsulları formasına gətirilərək bazara çıxarılır. Pərakəndə satışlarında baş verən qiymət dəyişikliklərinin ən əsas amili isə xam neftdir.

Xam Neft Qiymətlərinə təsir edən faktorlar

Xam neftin qiymətlərinə təsir edən əsas faktorlar bunlardır: Dünyada enerjiyə olan tələbatın artması, neft istehsalçılarının istehsal gücü, neft əldə olunan sahələrdə siyasi və sosial dəyişikliklər, müharibələr və təbii fəlakətlərdir.

Bölgədən asıllılıq

Enerjiyə olan tələb gündən günə artdıqca, xam neft ehtiyatları azalır. Amma bun baxmayaraq hər gün yeni neft quyuları tapılır və qazma işləri aparılır. Enerjiyə olan tələbat neft istehsalçılarını güclərini artırmağa məcbur edir. Bütün bunlarla yanaşı, neft ilə zəngin olan torpaqlarında sayı məhdudur. Bu ərazilərdə yaranan hər hansı bir qeyri-sabitlik birbaşa olaraq neft qiymətlərinə təsir edir.

Nəql olunma yollarının Önəmi

İstehsal gücünün artması ilə bərabər nəql şəbəkəsinin ardıcıl və səmərəli olması da bu sektor üçün önəmli faktordur. Ancaq neft olan ərazilərdə və ya paylama şəbəkəsinin üzərində yerləşən yollarda terror, piratlıq kimi hadisələrin baş verməsi satış qiymətlərinin artmasına birbaşa təsir göstərir.

Beynəlxalq iqtisadi proseslərin də xam neft qiymətləri üzərində təzyiqi sıxdır. Çünki bazarda fəaliyyət göstərən böyük və zəngin fondlar bəzi vaxtlarda yeyinti və neft kimi məhsulların qiymətini təyin etmək də çox əhəmiyyətli addımlar atır. Bunun nəticəsi olaraq da qiymətdə spekulyativ dəyişikliklər yaranır.

Exit mobile version