X

Öz gücümə necə milyoner ola bilərəm?

Kim milyoner olmaq istəməz ki? Hamı varlı olmağa can atır, lakin çox az adam həqiqətən də qeyri-adi sərvət toplamağa qadirdir. Biz milyoner olmağı çox vaxt şansa bağlayırıq. Lakin miras və ya ilkin investisiya olmadan belə çoxlu pul qazanmış insanların sayı az deyil.

Heç bir miras olmadan sıfırdan öz gücünə milyoner olmaq tamamilə mümkündür. İnsanların öz səyləri ilə böyük nailiyyətlər əldə etdiklərinə dair çoxlu real həyat nümunələri var. Bütün bu insanların ortaq cəhətləri – əzmkarlıq, fədakarlıq və yalnız öz məqsədlərinə çatmaq üçün çox çalışmaqdır. 

Pul qazanmağın yüzlərlə yolu var, ancaq milyoner ola bilmək üçün bir neçə əsas qaydaya əməl etməlisiniz. Müvəffəqiyyətin çoxunun pulla heç bir əlaqəsi yoxdur və öz gücünə milyoner olmaq üçün özünüzdə yaratmalı olduğunuz bəzi xüsusiyyətlər aşağıdakılardır:

Diqqətli və nizam-intizamlı olun

Diqqəti pula yönəltməkdənsə, uğur əldə etmək üçün məqsədlərinizə yönəldin və sərvət avtomatik olaraq ardınca gələcək. Nə istədiyinizi bilirsinizsə, ona nail olmaq üçün səy göstərməli və vacib olmayan məsələlərin sizi yayındırmasına icazə verməməlisiniz. Xərclərinizi azalda və ya hətta gəlirinizi artırmağın yollarını axtara bilərsiniz, lakin milyoner olmaq üçün hədəfinizə sadiq qalmalısınız.

Bacarıqlarınızı işə salın və arzularınızı həyata keçirin

Olduğunuz yerdə sizə layiqincə dəyər verilmədiyini hiss edir və ya ürəyinizdən öz biznesinizi qurmaq arzusu keçirsə, çox güman həmin yerdə çox qala bilməyəcəksiniz. Uğur qazanmaq üçün istəklərinizi nəzərə almalısınız, marağında olduğunuz və sevərək yerinə yetirdiyiniz işlə məşğul olmalısınız. Öz məqsədləriniz və arzularınız olmalıdır və onları həyata keçirmək üçün hərəkətə keçməlisiniz. Milyoner olmağa çalışanların ambisiyaları var və onları həyata keçirmək üçün risk almağa hazırdırlar. 

Qarşınıza hər zaman uzunmüddətli və qısamüddətli hədəflər qoyub, onları yekunlaşdırmaq üçün vaxt təyin etməlisiniz. Bu proses sizə daha aydın olaraq nə istədyinizi və o hədəfə necə çatacağınızı göstərəcək. İstəklərinizdə dəqiq olun, hazırki həyatınızda nələri görmək istəmədiyinizi və gələcəkdə nələrə sahib olmaq istədiyinizi düzgün bəlirləyin. Bir çox insan sadəcə komfortlu həyat arzusuna fokuslanarkən, öz gücünə milyoner olanlar bütün imkanları özlərinin yarada biləcəklərinə inanırlar. 

Həyata daha böyük pəncərədən baxın

Özünüzü daha böyük, daha həvəsləndirici hədəfə yönəldin, bunun üçün motivasiyanızı əksiltməyin və özünüzü hər zaman nailiyyətlərinizə görə mükafatlandırmaqdan çəkinməyin. Hədəfinizi daha böyük, ilkin mərhələdə əlçatmaz hesab etdiyiniz şəkildə təyin etsəniz, imkanlarınızı maksimum şəkildə istifadə etməyə özünüz-özünüzü məcbur edəcəksiniz. Əgər bir biznes sahibisinizsə bazarın tələbi və texnologiyalar ilə ayaqlaşmaq üçün biznesinizi hər zaman yenidən kəşf etməyə səy göstərin. 

Risk etməyi və uğursuzluqlarınızı qəbullanmağı bacarın

Risk etmədən və qorxuya qalib gəlmədən heç vaxt milyoner ola bilməzsən. Risk faktoruna qərar verərkən özünüzdən “ən pis senari nə ola bilər?” deyə soruşun. Hər iki ayağınızla riskə atlamazdan əvvəl itkiləri gəlirə qarşı qiymətləndirin. Əgər baş verə biləcək ən pis vəziyyətdən belə çıxa biləcəksinizsə və bu risk sizi hədəflərinizə yaxınlaşdıracaqsa, o zaman bunun üçün həmin riskə gedin.  

Diqqətinizi xərcləməkdən yayındırıb, investisiya haqda düşünün

Cüzdanınıza daxil olan pul, xərclədiyinizdən azdırsa, böyük bir sərvət haqda necə düşünə bilərsiniz?! Bu milyoner olmaq istəyən insanların diqqət yetirməli olduğu mövzudur. Zəngin insanlar lazımsız şeylərə pul xərcləmir, fürsət olduqca investisiya etməyə fokuslanırlar. Həvəsinizi tətmin etmək üçün deyil, zərurəti daha yüksək olan şeylərə pul xərcləməyi özünüzdə vərdiş halına gətirməlisiniz. Məənfəətinizin neçə faizini xərcləyəcəyinizi, neçə faizini yatırım edəcəyinizi düşünməli, öncədən planlamalısınız. 

Uğurlu və zəngin olmaq üçün bir yola başlamağa böyük sərvətə ehtiyac yoxdur. Milyoner olmağın və zəngin insana çevrilməyin yeganə yolu çox çalışmaq, risk etmək və qarşınıza çıxan fürsətlərdən maksimum yararlanmaq bacarığıdır.

Categories: Məqalələr
InvestAZ:
Related Post