Dünyada FOREX bazarı iştirakçıları tərəfindən ən çox istifadə olunan MetaTrader 4 və MetaTrader 5, ticarət terminalları hər biri öz xüsusiyyətlərinə görə seçilir. Hər iki ticarət terminalı həm peşəkar treyderlər, həm də yeni başlayan bazar iştirakçıları üçün nəzərdə tutulsa da, aralarında olan kiçik fərqlər peşəkar treyderlərin seçimlərinə böyük təsir edə bilir.
MetaTrader 4 ticarət terminalının üstünlükləri
Dünya miqyasında daha çox yayılan ticarət terminalıdır. Valyuta məzənnələri və valyuta cütlükləri ilə rahatlıqla ticarət edə biləcəyiniz bir interfeysə malikdir. “Hedging”, “Multi – Hedging” və FİFO kimi yatırım strategilarını dəstəkləyir. Məlumatların müxtəlif formada göstərilməsi ticarət terminalının ən çox bəyənilən üstünlüklərindən hesab olunur. Terminalda müxtəlif təyinatlı qrafiklərin olması treyderlər üçün olduqca böyük üstünlükdür.
Bununla yanaşı, MT4 ticarət terminalı, hazırda broker şirkətləri tərəfindən istifadə edilən və bazar iştirakçılarına ən çox təqdim olunan terminaldır. İstifadəsi və quraşdırılmasının asan olması, MQL adı verilən proqramlaşdırma dilini bilən mütəxəssislər arasında yayılmış olması və ən aşağı konfiqurasiyalı kompüterlərə belə quraşdırıla bilməsi proqramın ən çox dəstəklənən tərəfidir.
MetaTrader 5 ticarət terminalının üstünlükləri
Eyni şirkət tərəfindən təqdim olunan MT5, ticarət terminalı MT4 terminalının təkmilləşdirilmiş, bir neçə funksiya əlavə edilmiş və yeni interfeyslə təqdim olunmuş versiyadır.
İnterfeys üzrə olan dəyişikliklər, bir çox bazar iştirakçısının daha ilk görüşdə ən çox diqqətini çəkən xüsusiyyətlərdən olmuşdur. Bəzi yeni bazar iştirakçılarının bir qismi, ticarət terminalında olan funksionallıqların daha böyük və geniş olmasını dəstəkləsələr də, bəziləri bunun çox faydasız olduğunu düşünürlər.
MT5 ticarət terminalında birdən çox hesab açmaq rahatlığı
MT5 ticarət terminalında bir ticarət hesabından digərinə keçid etmək daha rahat və sürətlidir. Bir çox bazar iştirakçıları bu terminalda birdən çox hesabla heç bir çətinlik çəkmədən müxtəlif strategiyalar qurmaq üstünlüyünü xüsusi qiymətləndirirlər. Terminalda olan göstərici sayı da MT4 terminalına nisbətdə daha zənginləşdirilmiş, yeni analitik və qrafik göstəricilərlə təchiz edilmişdir.
MT5 ilə əmrlərdə Dəyişiklik
Bunlardan əlavə Metatrader 5 avtomatik ticarət əmrləri əmrləri və “market order” məsələsinə də yeniliklər gətirmişdir. Belə ki, bazar iştirakçıları bu ticarət terminalında əlavə olaraq, 2 “market order”, 6 gözləmə əmri və 2 dayanma əmri yerləşdirə bilərlər. Terminalın üstünlükləri sırasına əlavə edilmiş iqtisadi təqvim sayəsində bazar iştirakçıları bazarda baş verən prosesləri rahatlıqla izləyə, açıqlanması gözlənilən mühüm xəbərlərdən xəbərdar ola, həmin məlumatların bazara təsirini analiz edə bilərlər.