Gələcəyinizə yatırım etmək və bunu ən qısa müddətdə həyata keçirmək mümkündür. Ümumiyyətlə, qısa müddət ərzində yüksək gəlir əldə etmək bazar iştirakçılarına xəyal kimi görünsə də, bilik və təcrübə sayəsində bunu reallığa çevirmək olar.
Fond birjaları və FOREX maliyyə bazarı özü özlüyündə fərqli bir dinamikliyə malikdirlər. Bir maliyyə bazarında tətbiq etdiyiniz strategiya, digər maliyyə bazarında eyni nəticəni verə bilməz. Məhz buna görə də hər iki maliyyə bazarını yaxşı tanımalı və vəsaitlərinizi dəyərləndirmədən əvvəl hədəfləriniz üçün ən uyğun bazarı seçib, hansı istiqamətdə strategiya quracağınızı müəyyən etməlisiniz. Qısa müddət ərzində gəlir əldə etmək mümkün olsa da, risklidir.
Məqalələr
Burada yer alan məqalələr ilə tanış olaraq investisiya biliklərinizi təkmilləşdirə, məqalələrdə olan tövsiyələr ilə özünüzü inkişaf etdirə bilərsiniz.
FOREX, heç zaman işini şansa buraxanların uğur qazandığı bir maliyyə bazarı olmamışdır. Əksinə, beynəlxalq maliyyə bazarına nə qədər dərindən yiyələnib, dəyişiklikləri yaxından təqib edib, iqtisadi məlumatların necə nəticələnəcəyini analiz edib, bazarın riskli və gəlirli nöqtələrini müəyyən edə bilsəniz,bir o qədər gəlir əldə edə bilərsiniz. FOREX maliyyə bazarında uğura aparan yol Təlim hesabında təcrübə keçməkdən başlayır.
Səhmlərin qiymətləri hər şirkət üçün fərqlilik göstərən bir çox elementin bir araya gəlməsi ilə müəyyən edilir. Ancaq hələ də "səhmlərin qiymətləri necə müəyyən olunur" sualına cavab tapmamışıq. Səhmlərin ticarətində baş verən eniş və yüksəlişləri doğru şəkildə analiz edə bilmək üçün ilk öncə tələb və təklifin tarazlılığına baxmaq lazımdır.
Hər hansı bir sahəyə investisiya etməzdən əvvəl hər birimizin ağlında bir hədəf olur. Bu hədəfin ən kobud forması "mənfəət əldə etmək" olsa da, buna bir az açıqlama gətirməyimiz lazımdır. Hansı müddətə, nə qədər gəlir əldə etmək istədiyinizi ortaya qoyub, maliyyə alətləri barədə ətraflı məlumata sahibi olduqdan və üzərinizə düşəcək risk səviyyəsini müəyyən etdikdən sonra, vəsaitlərinizə istiqamət verməyiniz məqsədəuyğundur. Qısası, portfel idarəçiliyinə keçmədən əvvəl vəsaitlərinizi, yatırım məbləğinizi, yatırım müddətini və risk səviyyəsindən ibarət olan 3 əsas amili nəzərdə tutmağınız lazımdır.
Fərqli sahə və fəaliyyət göstərən müxtəlif şirkətlər sayəsində səhmlər bir çox investorlar üçün hələdə gəlir maliyyə aləti olmağa davam edir. Xalqa açıq olan şirkətlərin satışa çıxardığı qiymətli kağız olan səhmlər, investisiya portfelinizi genişləndirmək üçün ən yaxşı seçimdir. Gəlirdən pay almağınızı təmin etməklə yanaşı, səsvermə hüququ və idarəetmədə iştirak etmək kimi xüsusiyyətləri də olan qiymətli kağızların alqı-satqısını həyata keçirərək yatırımlarınızı asanlıqla qiymətləndirə bilərsiniz. Necə?
Kiçik bir daxil ilə başlayan vəsait idarə etmə macəramız, indi bank hesabları, maliyyə bazarları və müxtəlif investisiya alətləri ilə birlikdə davam edir. Bu hekayədə dəyişməyən bir hissə varsa, o da biz insanların təbii instinklərlə vəsait toplamağa çalışması və bununla da gələcəklərini sığortalamalarıdır. Uşaq yaşlarından vəsait toplamaq vərdişini adət halına çevirən insanların dəyişkən iqtisadi vəziyyətlərdə maliyyə tarazlıqlarını daha asan qoruduqlarının hamımız şahidi olmuşuq. Bəs bu vərdişi uşaqlarımıza necə ötürə bilərik?
Öz işinizi qurmaq üçün Sizə lazım olan bir tək Kapitaldır. Sahib olduğunuz vəsaitlərinizi doğru bir şəkildə istiqamətləndirib, bu vəsaitlərdən gəlir əldə etməyi bacarmısınızsa, deməli öz işinizi qurmağa nail olmusunuz. Burada önəmli olan hansı istiqamətdə yatırım edəcəyinizi bilmək və vəsaitlərinizi doğru istiqamətləndirərək minimum səy göstərməklə maksimum gəlir əldə etməkdir. Öz işinizin sahibi ola biləcəyiniz yerlərdən biri də məhz FOREX Maliyyə bazarıdır. Bu necə olur?
Vəsaitlərinizi dəyərləndirmək üçün FOREX bazarına üstünlük verən bazar iştirakçıları digər maliyyə bazarları ilə müqayisədə daha çox üstünlüyə malik olduqlarının fərqindədirlər. Həftənin 5 günü 24 saat açıq olması, bütün əməliyyatların internet vasitəsilə həyata keçirilməsi və yüksək kredit çiyni dəstəyi ilə ticarət imkanının olması bir çox bazar iştirakçılarını bu bazarın daimi sakininə çevirmişdir. Çünki aşağı yatırım məbləği olan hər kəs FOREX maliyyə bazarında ticarət edərək yüksək gəlir əldə etmək imkanlarından faydalana bilir. Bunun üçün maliyyə bazarında baş verənləri izləmək, təhlil etmək və təcrübə toplamaq lazımdır. Bəs dünyanın ən böyük maliyyə bazarında necə bir ticarət strategiyası seçilməlidir sualını verirsinizsə, o zaman Sizə yol göstərəcək müxtəlif FOREX strategiyalarını təqdim edirik:
Bu sual təkcə FOREX bazarında iştirak edənləri deyil, evində nəqliyyat vasitəsi olan hər bir kəsi maraqlandıran sualdır. Hər səhər xəbərlərdə “neftin qiyməti qalxdı, neft istehsal edən ölkələr hasilatı azaltdılar” kimi cümlələri eşidirsiniz. Bəs neft qiymətləri üçün artma və ya azalma proseslərini necə proqnoz etmək olar?