Hər birimiz yeni ildən qarşımıza daha yeni və böyük məqsədlər qoyur, onlara çatmağa çalışırıq. Lakin bu yolda vaxtın azlığı hər birimiz üçün ən böyük mübarizələrdən birinə çevrilir. Məhsuldarlığınızı artırmaq üçün bu 5 sadə addımı yoxlayın.
Bir neçə tapşırığı eyni anda etməyi dayandırın.
Neyrologiyaya görə, bir neçə tapşırığı eyni anda yerinə yetirmək insan təbiəti üçün çətindir. Özünüzə görüləcək işlər siyahısı hazırlayın və bir anda yalnız 1 tapşırığın yerinə yetirilməsinə diqqət yetirin. Zaman keçdikcə siz bütün görüləcək işlər siyahısını daha tez tamamlayacaqsınız.
Özünüzə fasilə verin.
İşləri görərkən 10 dəqiqədən 20 dəqiqəyə qədər kiçik fasilələr etməyə çalışın. Bunun effektivliyinizi artırdığı elmi şəkildə sübut edilmişdir.
Özünüzə kiçik hədəflər qoyun.
Böyük məqsədlərə çatmaq üçün qarşınıza kiçik hədəflər qoyun. Bu, daha böyük layihələr qorxusunu aradan qaldıracaq və sizə gündəlik həyatda daha produktiv olmağa kömək edəcək.
Prioritetləşdirmə əsasdır.
Ən yaxşı işlədiyiniz vaxtı müşahidə edin və o zaman ən çətin tapşırıqların öhdəsindən gəlməyə çalışın.
“İki dəqiqə qaydasını” həyata keçirin.
Sahibkar Stiv Olenskinin fikrincə, 2 dəqiqədən az zaman tələb edən işləri tapıb, onları dərhal yerinə yetirsəniz, vaxtınıza qənaət edə bilərsiniz.
Həyatınızda bu məsləhətlərdən hər hansı birini istifadə edirsiniz? Şərhlərdə bizimlə paylaşın.