Share This Article
Yatırım qərarı, əsla təsadüfən verilmiş qərarlar deyil. Tam əksinə, bilik və təcrübəyə əsaslanaraq verilmiş məntiqli qərarlardır. FOREX bazarında doğru yatırım qərarlarının verilməsi və təqib edilməsinin başında makroiqtisadi məlumatlar durur. Bəs makroiqtisadi göstəriciləri hansılardır? Makroiqtisadi göstəricilər, bir ölkənin maliyyə gücünü əks etdirən göstəricilərdir. Bu göstəricilər bazarda mövcud olan tələb və təklifi anlamağımız üçün lazımi məlumatladır və maliyyə alətlərində baş verən qiymət dəyişiklikləri bu tələb və təklif əsasında formalaşır.
Makroiqtisadi göstəricilər hansılardır?
Ölkələr arası siyasi münasibətlər, mərkəzi bankların apardığı pul siyasəti, dövlət adamlarının müsahibələri və onların yaratdığı gözləntilər, siyasi qeyr-sabitlik, böhranlar, müharibələr, təbii fəlakətlər, büdcə kəsrləri, inflyasiya göstəriciləri, ümumi daxili məhsul kimi statistikaların açıqlanması kimi məlumatların hamısı makroiqtisadi göstəricilərdir. Maliyyə bazarında makroiqtisadi məlumatlar əsasında bazarları gündəlik olaraq izləmək deyil, bazarda yarana biləcək dəyişiklikləri öncədən təxmin etmək lazımdır. Belə ki, bazarlardakı qiymətlər sadəcə mövcud vəziyyət görə deyil, qısa, orta və uzun müddətli gözləntilər əsasında formalaşır.
Fərqli istiqamətdə qiymət hərəkətləri
Makroiqtisadi göstəricilər dəyərləndirərkən, tək istiqamətli analiz etməməlisiniz. Çünki makroiqtisadi göstəricilərin dəyişməsinə səbəb olan hadisələr, FOREX bazarındakı bütün maliyyə alətlərinin qiymətlərinin dəyişməsi eyni istiqamətdə və nisbətdə baş verməyəcəkdir. Nümunə: böyük bir regional müharibə, makroiqtisadi göstəricilərin pozulmasına baxmayaraq, qızılın qiyməti qalxa bilər. Qısası, tək istiqamətli texniki analizlərə əsasən düzgün investisiya qərarı vermək yetərli deyil.
Bazara doğru anlamaq
Bir məhsulun qiymətini müəyyən edən faktor, o məhsulun bazara təklif edilmiş miqdarı və ona olan tələbdir. FOREX bazarında da vəziyyət eyni ilə buna bənzəyir. Bu səbəbdən maliyyə alətlərinin özəlliklərini və bazardakı tendensiyaları təqib etmək kifayət etmir. Bazarın bu tendensiyalara necə və hansı şəkildə reaksiya verəcəyini tələb və ya təklifdə hansı dəyişikliklərin olacağını doğru təxmin etmək lazımdır. Burada da təcrübə faktoru önəmli rol oyanır. Xüsusilə tələb, hər zaman mövcud tendensiyalarla uyğun dəyişiklik göstərməyə bilər. Bazarda olduqca subyektiv və kütlə psixologiyası ilə əlaqəli təsirləri də nəzərə alınmalıdır.
Yatırım qərarını vermək
FOREX bazarında texniki analizlər vasitəsilə maliyyə alətlərində bəlli bir zaman periodunda gözlənilən qiymət dəyişikliyini müəyyən etməyə çalışmaq lazımdır. Eniş trendinin müəyyən olunduğu halda satış və daha aşağı qiymətdən alış əməliyyatı icra olunur. Yüksəliş trendi müəyyən olunduqda isə cari qiymət üzərindən alış istiqamətində əməliyyat icra olunur. Qiymət dəyişiklikliyinin izlənildiyi bu trendləri diqqəti bir şəkildə təqib etməyinizə və doğru qərarlar verməyiniz yardımçı olur.