X

Məşhurlar birjaya necə təsir edir ?

Məhşur insanların hər hansısa şirkətə qarşı olan açıq və nümayişkar şəkildə pis və ya yaxşı münasibəti bazarda rezonans yarada bilir.

Məşhurlar sərmayə qoyduqları zaman, bu, həmin şirkətin səhmlərinin qiymətinin həddindən artıq yüklənməsinə və ya tam əksinə dəyər itirməsinə səbəb olur.

Bu illər ərzində məşhurların şirkətlərin qiymətinə birbaşa təsir etdiyinə dair çoxsaylı nümunələr var. Məşhurlar brend haqqında mənfi fikirlər söylədikdə, şirkətin birbaşa nəticədə milyardlarla pul itirdiyi hallar olur. Eynilə, məşhur sima bir firmaya sərmayə qoyanda və ya onu tərifləyəndə şirkətin səhmlərində böyük artım müşahidə olunur.

Tanınmış insanların səhmlərin qiymətinə təsir edən bəzi məşhur nümunələri:

1 – Cristiano Ronaldo və Coca-Cola 

2 – Elon Musk, Tesla və Twitter

3 – Dave Portnoy və SafeMoon

4 – Donald Trump və Boeing səhmləri

Cristiano Ronaldo və Coca-Cola 

14 iyun 2021-ci ildə UEFA Euro yarışması zamanı Kriştiano Ronaldo mətbuat konfransı zamanı turnirin sponsorları – Coca-Cola ilə bağlı hisslərini açıq şəkildə bildirdi. 90-cı illərdə bir Coca-Cola reklamında olmasına baxmayaraq, Ronaldo stolun üstündə olan iki şüşə Coca-Cola-nı özündən uzaqlaşdırdı və yerinə bir şüşə su götürdü.

Bu jest şirkətə böyük mənfi təsir göstərdi. Bazar saat 15:00-da (ET) açılanda Coca-Cola səhmləri 55,60 dollara satılırdı və 30 dəqiqə sonra “Kristiano anı” baş verəndə səhmlərin hər biri 52,22 dollara düşdü. Bu 1,6% azalma, Coca-Cola-nın bazar kapitalizasiyasından cəmi 4 milyard dollar itirməsinə səbəb oldu . Bu, 242 milyard dollardan 238 milyard dollara qədər eniş deməkdir.

Bir həftə sonra, iyunun 21-də Coca-Cola-nın səhmləri hələ də ucuzlaşmaqda idi və günü 53,97 dollarla başa vurdu. Həmin qiymətləndirmə zamanı şirkətin ümumi bazar dəyəri 234,38 milyard dollar təşkil edirdi.

Elon Musk, Tesla və Twitter 

Elon Musk bazarı hərəkətə gətirən fikirləri ilə kifayət qədər yaxşı tanınır. Buna görə də ən böyük təsirə malik olan hallara nəzər salacağıq.

Birincisi, Tesla. Musk, 2020-ci ilin may ayında səhm qiymətinin “çox yüksək” olduğunu tweet etdikdən sonra öz şirkətinin dəyərindən təxminən 14 milyard dollar sildi. Bu, Muskın Tesladakı payının 3 milyard dollar dəyər itirməsinə səbəb oldu.

Növbəti, Mask 2022-ci ilin may ayında Twitter şirkətini almaq niyyətini elan etməsindən cəmi bir ay sonra bu qərardan vaz keçdiyini söylədi.

Təəccüblü deyil ki, bu elan sosial media saytına dərin təsir göstərərək, Twitter səhmlərinin ticarət dəyərini 18% aşağı saldı.

Maskın maliyyə bazarlarına əhəmiyyətli təsiri səbəbindən onun Tweetlərinin tənzimlənməsi ilə bağlı çağırışlar da olub.

Dave Portnoy və SafeMoon

Barstool Sports-un qurucusu kimi tanınan Dave Portnoy, Covid-19 zamanı ən böyük idman tədbirlərinin ləğvindən sonra bir növ işsiz qaldı. Nəticədə o, idman mərclərini dayandırdı və “daily trading”ə başladı.

Portnoy indi özünü ‘Davey Day Trader Global’ adlandıraraq, ticarətlərini 2 milyondan çox Twitter izləyicisinə canlı yayımlayır. Onun pərəstişkarlarına etdiyi yeganə xəbərdarlıq: Mən peşəkar deyiləm, mənə inanmayın. Lakin bu, onların heç birinə Portnoyun səhm seçimlərinindən istifadə etməyə mane olmur. Portnoyun bəzi əməliyyatları, yəni kruizlər və aviaşirkətlərdəki mövqeləri sərfəli olsa da, ən çox diqqət çəkən internet mem aktivlərə və kriptovalyutalara münasibətidir. 

17 may 2021-ci il tarixində atdığı twitdə Portnoy kriptovalyuta bazarında “bir tərəf seçdiyini” və ən son mem aktivi olan SafeMoon-da 40.000 dollar alacağını söylədi. SafeMoon-un bazar dəyəri axşam saat 20:00-da 4,5 milyard dollara satılırdı, lakin Portnoyun 8:50 radələrində yazdığı twittdən sonra koinin dəyəri 20% artaraq kriptovalyutanın bazar dəyərini 5 milyard dollardan yuxarı qaldırdı. Bundan sonra bir ay ərzində SafeMoon-un dəyəri 22 iyun 2021-ci ildə 1,5 milyard dollara qədər azaldı.

Donald Trump və Boeing səhmləri

Bütün ABŞ prezidentlərinin birjaya təsiri olsa da, heç biri bunu Donald Trampın sevimli mediası olan Twitter vasitəsilə etməyib.

Trampın 2016-cı ilin dekabrında Boeing haqqında tweet atması və şirkətin yeni Air Force One komissiyası üçün xərclərinin “nəzarətdən kənar” olduğunu və sifarişi ləğv edəcəyini bildirməsi idi. Bu, Boeing səhmlərinin hər bir səhm üçün 2 dollar dəyər itirməsinə səbəb oldu və şirkətin bazar kapital dəyəri 1 milyard dollar azaldı.

Məşhurların etdiyi seçimlərə baxmalıyıq?

Deyv Portnoyun özünün dediyi kimi, o, mütəxəssis deyil, ona etibar etməyin. 

İlk öncə onu qeyd edək ki, məhşurların əhəmiyyətli səviyyədə kapitalı var. Onlar adətən daha çox maliyyə dəstəyinə malikdirlər, ona görə də böyük itkilər onların ümumi balansında, fərdi investorun hesab balansı ilə müqayisədə, daha kiçik bir itki yaradır. Məşhur bir investorla eyni strategiyadan istifadə etdiyiniz zaman, risk menecmentinizi düzgün hesablamağı unutmayın.

Categories: Məqalələr
InvestAZ:
Related Post