Kriptovalyutalara investisiya etmək istəyirsiniz? Bu vəziyyətdə, bazarda irəliləmək və düzgün investisiya planlarını həyata keçirmək üçün bu maliyyə alətlərinin qiymətlərinə nə təsir etdiyini çox yaxşı bilməlisiniz.
Bitcoin və Ethereum kimi kriptovalyutaların qiymətlərində qeyri-sabitlik olduqca məşhurdur. Hətta bir neçə gündə 40 faiz dəyişiklik olması belə mümkündür. “Altcoin”-lərdə bu nisbət daha çox da ola bilir. Bəs bu dalğalanmalara səbəb olan nədir, kriptovalyutaların qiymətləri niyə bu cür enir və ya niyə bahalaşır?
Qaydalar / Tənzimləmələr
Hər hansı bir investisiya alətində olduğu kimi, qanunlar kriptovalyutaların inkişafı və istifadəsi ilə bağlı rəqabətdədir. Bu sahəni hədəf alan müxtəlif hüquqi məsələlərdə müəyyən fasilələrlə müxtəlif hadisələr baş verir. Kriptovalyutalar, valyutalar kimi tanınmalımı, yoxsa qəbul edilməlimi, sərt tənzimləmək və ya tamamilə qadağan edilməklə bağlı tez-tez yeni xəbərlər izləyirik.
Tənzimləmə ilə bağlı qərarlar dərhal qiymətlərə təsirini göstərir. Məsələn, Yaponiya 2017-ci ilin aprelində Bitkoini leqallaşdıracağını elan edəndə Bitkoinin qiyməti bir gündə 30 faiz artaraq 1130 dollara çatdı.
Tənzimləmə ilə bağlı mənfi xəbərlər isə ani olaraq qiymətləri aşağı sala bilər. Mənfi xəbərlər, xüsusilə böyük bazardan, Çin bazarında, qiymətlərə mənfi təsir göstərir.
2018-ci ilin fevral ayında Çinin kriptovalyutalar ilə əlaqəli saytları bloklaması Bitcoin-də 15 faiz, Ether-də 20 faiz dəyərsizləşməyə səbəb oldu.
Kriptovalyutalar tənzimləmələrin təsir etdiyi yeganə investisiya aləti deyil. Səhmlər də hökumətin qərarlarından təsirlənə bilər.
Spekulyasiyalar
Spekulyativ investorlar, kriptovalyutalardan pul qazanmaq arzusu ilə sürətli əməliyyatlar edərək bazara mənfi təsir göstərə və qısa müddətli dalğalanmalara səbəb ola bilərlər.
Treyderlər, xüsusən “balinalar” haqqında danışırlar, bunlar müəyyən bir kriptovalyutada spekulyativ ticarət edən və bazarlara mənfi təsir göstərən treyderlərdir.
Kiber hücumlar
Bitcoin-nin ilk illərindən bu günə qədər kiber hücumları həmişə kriptovalyutalar üçün böyük bir problem olmuşdur. Sistemdə, birjalarda və ya cüzdanlarda baş verən hər hansı bir haker hücumu bazarda ciddi qiymət dəyişmələrinə səbəb olub.
Kriptovalyuta texnologiyası daha mürəkkəb hala gəlsə də, hakerlər hələ də yaxşı işlər görə bilər, buna görə də bu xoşagəlməz halların davam etməsi ehtimalı var. Beləliklə, kiberhücumlar təəssüf ki, həmişə kriptovalyuta qiymətlərini aşağı salmaq imkanına malikdir.
Yeni kriptovalyuta növləri
Kriptovalyutalar bazarında, xüsusən də son iki ildə yeni kriptovalyutalar dövriyyəyə çıxarıldı və satışa davam edir. Bazarda olan kriptovalyuta sayı artıq 2000-dən bir qədər çoxdur. Pul bir kriptovalyutadan digərinə axdığı üçün qiymətlərə mənfi təsir göstərir.
Böyük itkilərin qarşısını almaq üçün yeni kriptovalyutalara investisiya qoymamışdan öncə ətraflı araşdırma aparmalısınız. Çünki bazarın qısa tarixi onsuz da uğursuz ICO hekayələri ilə doludur.
Tələb və təklif
Kripto pul qiymətlərinə təsir edən amillər arasında tələb və təklif də var. İstənilən mal və ya xidmətin qiymətinə təsir edən tələb və təklif, kriptovalyutalar bazarına da vacib təsir göstərir.
Bir çox kriptovalyutalara məhdud sayda tələb var. Müəyyən bir kriptovalyutaya aşağı və ya məhdud bir təklif ilə tələbin artması onun qiymətini daha da yüksəldə bilir. Əksinə, təklifin yüksək olduğu, lakin tələbin zəif olduğu bir vəziyyətdə qiymət enişi olur.
Ayrıca, yeni kriptovalyutanın meydana çıxması bazarda mövcud təklif və tələb balansını dəyişdirə bilər.
Bütün bunları ümumiləşdirsək deyə bilərik ki, xüsusi qaydalar və tənzimləmələr, spekulyasiyalar, kiberhücumlar, yeni kriptovalyutaların yaranması və tələb-təklif kriptovalyutaların kəskin qiymət dəyişikliyinə səbəb olan əsas amillər arasındadır.