Share This Article
Kriptovalyuta birjaları, bir növ rəqəmsal aktivi bazar dəyərinə əsaslanaraq digərinə dəyişə biləcəyiniz onlayn platformalardır. Kriptovalyuta birjaları rəqəmsal və fiat valyutalar qarşılığında kriptovalyuta ticarətini asanlaşdırır, alıcı ilə satıcı arasında vasitəçi rolunu oynayaraq əməliyyat qarşılığında komissiya haqqı alırlar. Kriptovalyuta birjalarını kriptovalyuta cüzdanları və ya cüzdan brokerlikləri ilə qarışdırmaq olmaz.
Kriptovalyuta birjaları və cüzdanı arasındakı fərq
Kriptovalyuta cüzdanı, investorun bütün kriptovalyutalarını saxlamasına imkan verən bir platformadır. Lakin, kriptovalyuta birjaları, Bitkoin və digər rəqəmsal valyuta alıb/sata biləcəyiniz və ya fiat valyutasını rəqəmsal valyutaya çevirə biləcəyiniz bir veb sayt və ya xidmət platformasıdır.
Əsas Kriptovalyuta birja növləri
Birbaşa Ticarət Platforması
Bu tip platforma, satıcı və alıcı arasında P2P ticarətini təklif edir. P2P üçüncü şəxsə ehtiyac olmadan, tərəflərin bir araya gəlməsinə şərait yaradan sistemdir. Başqa sözlə desək, alıcı və satıcı birja platforması vasitəsi ilə deyil, birbaşa əməliyyatlarını həyata keçirirlər. Bu ticarət növündə sabit bazar qiyməti yoxdur. Satıcılar adətən özləri qiymət təyin edirlər.
Ənənəvi Kriptovalyuta Birjası
Bunlar ənənəvi birjaya bənzəyir. Alıcı və satıcı ticarətlərini cari kriptovalyutaların bazar qiymətlərinə uyğun olaraq aparırlar. Burada birja vasitəçi rolunu oynayır.
Kriptovalyuta brokerləri
Bu növ birjalar, ümumiyyətlə yalnız onlayn rejimdə işləyir. Bir bankda və ya hava limanında valyuta mübadiləsinə bənzəyir. Kriptovalyuta brokeri müştərilərinə təyin etdiyi qiymətə kriptovalyutalarla ticarət etməyə şərait yaradır. Bu qiymət bazar qiyməti üstəgəl premium qiymətə bərabərdir. Bu cür mübadilə, əslində kriptovalyutalar dünyasına ilk dəfə girən insanlar üçün idealdır. Ancaq onlar birjalarla müqayisədə marjinal olaraq daha yüksək qiymətlərlə üzləşməyə hazır olmalıdırlar.
Kriptovalyuta Fondları
Burada mütəxəssislər kriptovalyuta aktivləri portfelini idarə edirlər. Bu Fondlar cəmiyyət üzvlərinə fond vasitəsilə kriptovalyutalar almağa və saxlamağa imkan verir. Bu xidmətlə siz Kriptovalyutalara birbaşa satın almadan investisiya edə bilərsiniz. Ayrıca, bu xidmətlə, kriptovalyutaların saxlanılmasından narahat olmaq lazım deyil.
Nəzərinizə çatdırırıq ki, InvestAZ – da bir hesab açıb, kriptovalyutaların qiymət dəyişikliyindən gəlir əldə etmək məqsədi ilə yatırımlar həyata keçirə bilərsiniz.