Kripto valyutaların diqqətini cəlb etdiyi rəsmi qurumların sayınən getdikcə artması və bununla bağlı araşdırma nəticələri fonunda açıqlamaları sahənin populyarlıq səviyyəsinin artmasından xəbər verir. Bu isə öz növbəsində investorlar arasında marağı artırmaqla yanaşı, sahə ilə bağlı fundamental biliklərin təkminləşdirilməsini tələb edir. Bu gün isə kripto valyuta ifadəsində kripto sözünün mənası ilə bağlı araşdırma aparacağıq.
İlk öncə qeyd etmək lazımdır ki, “kriptoqrafik” sözünün mənası latın dilində gizli və alman dilində yazmaq sözlərinin birləşməsindən yaranan “gizli yazılış” deməkdir və informasiyaların kodlanması elmidir. Bu elmin əsas predmeti informasiya təhlükəsizliyi, informasiya sistemlərinin konsepsiyası, ifadəsi və quraşdırılmasıdır, Bu zaman əsas hədəf informasiyanın icazəsiz oxunmasının və manipulyasiyanın qarşısını almaqdır.
Bu elm sahəsinin istifadəsi 19-ci illərin sonları sürətlənməyə başlamışdır. Bununla yanaşı, “Kripto analiz” termini kriptoqrafik prosesin sındırılması metodlarını öyrənir. Bütün bu işləri görən sahə “Kriptologiya” adlanır. Kriptoqrafikdə istifadə olunan dilin öyrənilməsi metodları isə “Kripto linqvistika” hesab edilir.
Kripto qrafik ilə steqano qrafik arasında fərq sonuncuda yazışma kanalının gizli qalmasıdır. Kripto qrafikdə artıq məlum olduğu kimi yazının özü oxuna bilinmir, mənası başa düşülmür.
Sahənin 4 əsas məqsədi vardır:
- Daxil olma təhlükəsizliyi;
- Dəyişdirilmə təhlükəsizliyi;
- Saxtalaşdırma təhlükəsizliyi;
- Məsuliyyət təhlükəsizliyi.
Kriptologiyanın tarixi
Kriptologiyanın yaranma tarixinin öyrənilməsi, sahəni başa düşmək üçün önəmli rol oynayır. Kriptologiya bir elm kimi 1970-ci illərdən sonra Vitfild Diffi (Vaşinqton), Martin Hellman (Nyu-York) və tələbəsi Ralf Merklinin (ABŞ) öz araşdırmalarını (ing.: “Public-Key-Kryptograpie”) açıq yayımlamaları ilə əsası qoyuldu. Buna kimi kripto qrafiyə və kripto analizlərin nəticələri hökümət və hərbi təşkilatlar tərəfindən gizli saxlanılırdı.
1976-cı ildə Vitfild Diffi, Martin Hellman və tələbəsi Ralf Merkl, təhlükəli kanallarda açar mübadiləsi sahəsində ilk işləri olan, “Delfi-Hellman Protokolu”-nu (ing.: “Diffie–Hellman key exchange”, “DH”) yaradırlar. Bu dövrlərdə kriptologiya ilə məşğul olmaq qeyri-adi sayılırdı. Belə ki, “Public-Key-Kryptograpie” nümayişi Amerika höküməti ilə mübahisələrə səbəb olmuşdur. Martin Hellman özü 1977-ci ildə hökümət tərəfindən təsdiqlənmiş “simmetrik kilid alqoritmi” proqramından (ing.: “Data Encryption Standard”, “DES”) ilhamlanmışdır. “DES” alqoritmi ABŞ hökümətinin milli standartı hesab edilirdi və “IBM” şirkətinin kommersiya şifrələmə proqramının yaranması ilə inkişaf etdi. Lakin zəif olmasının aşkarından sonra simmetrik kilid alqoritminin yeni standartı (ing.: “Advanced Encryption Standard”, “AES”) qəbul edildi.
Qeyd etmək lazımdır ki, bütün bunlar 1948-ci ildə Klaud Şennenin (Miçiqen) fizikadan məlum olan entropiyaya (1854, Rudolf Klauzius) əsaslanan “İnformasiya Nəzəriyyəsinin Riyazi Əsasları”-nı açıqlaması ilə inkişaf etməyə başlayır. Burada əsas məqsəd zədələnmiş kanaldan informasiyanın hədəfə itkisiz çatdırılması probleminin həlli idi. 1967-ci ildə David Kan tərəfindən yazılan “Kod qıranlar” (ing.: “Code Breakers”) kitabı isə sahənin inkişafını sürətləndirən ədəbiyyatlardan idi.