Share This Article
Bir çox bazar iştirakçısını FOREX-ə cəlb edən qızıl kəlimə “1:100 nisbətində gəlir əldə etmək” olsa da, eyni zamanda bir çox bazar iştirakçılarını da bazardan uzaqlaşdıran bir cümlədir. Bəs kredit çiyni dəstəyi nədir? Kimlər üçün kredit çiyni yaxşı kimlər üçün isə riskdir? Kredit çiyninin müsbət və mənfi cəhətləri hansılardır?
Əslində bütün bu sualların cavabı Sizin necə bir bazar iştirakçısı olmağınızdan asılıdır. Bəli, FOREX bazarının kredit çiyni dəstəyi ilə Siz daha yüksək gəlir əldə edə bilər, oxuduğunuz uğurlu hekayələrdə ki, kimi gəlirinizi bir gündə 2-3 dəfə artıra bilməklə yanaşı, bir gecə də milyonlar da itirə bilərsiniz. Burada önəmli olan məşğul olduğunuz sahəni yaxşı tanımaqla bərabər, risk faktorlarınızı minimuma endirməyi bacarmaqdır. Məhz o zaman kredit çiyni dəstəyindən xeyrinizə istifadə edə bilərsiniz.
Biliklərinizi Təkmilləşdirin
İngilis dilində tərcüməsi “Leverage” olan kredit çiyni dəstəyi FOREX maliyyə bazarının ən önəmli üstünlüklərindən biridir. Kredit çiyni dəstəyi ilə vəsaitlərinizin 100 qatı həcmində ticarət əməliyyatları icra edə bilərsiniz. Ancaq kredit çiyni ilə əməliyyatlar həyata keçirərkən inamlı olaraq addımlamaq istəyirsinizsə, bazarın əsas xüsusiyyətlərinə hakim olmalısınız. Bazar haqqında gündəlik məlumatları təqib edib, texniki və fundamental analizlərin köməyi ilə əməliyyat aça bilərsiniz. Bütün bunların fonunda hisslərinizi bir kənara qoyaraq dəqiq məlumatlar əsasında hərəkət etməyiniz tövsiyyə olunur.
Təcrübə Qazanın
FOREX təlim hesabları, strategiyalarınızı sınaqdan keçirmək üçün ideal həll yoludur. Analizlərinizə və proqnozlarınıza etibar edə bilərsiniz, ancaq bazarda diqqətinizdən yayınan kiçik bir məlumat bütün strategiyanızı alt-üst edə bilər. Odur ki, hər zaman B planınız olmalıdır.
Nizamlı şəkildə əməliyyatlar edin
Digər ölkələrdə 1:400 nisbətində kredit çiyni dəstəyi olduğu halda Azərbaycanda bu nisbət ən çoxu 1:100-dür. Ancaq nə qədər yüksək kredit çiyni ilə ticarət etsəniz, bir o qədər çox risk səviyyənizi yüksəltmiş olursunuz. Kredit çiyni dəstəyindən faydalanmağın ən yaxşı üsulu nizamlı ticarət əməliyyatları həyata keçirməkdir. Qısa müddətə gəlir əldə etmək əvəzinə davamlı gəlir əldə etməyi özünüzə hədəf qoyun.
Stop Loss ilə daha Etibarlıdır
Yerləşdirəcəyiniz stop loss əmri, Sizi yarana biləcək zərərdən qorumağa kömək edəcək. Zərəri saxla əmri ilə itgilərinizi minimuma endirə, ani qiymət enmələrinin qarşısını ala və vəsaitlərinizi qoruya bilərsiniz.
Lisenziyalı şirkətlərlə çalışın
FOREX bazarında ticarət əməliyyatları QKDK tərəfindən verilən borker lisenziyası əsasında fəaliyyət göstərən broker şirkətləri vasitəsilə həyata keçirilir. FOREX bazarında ticarətə başlayarkən müvafiq lisenziya əsasında fəaliyyət göstərən broker şirkətinə üstünlük verməklə yanaşı, yüksək riskli əməliyyatlar icra edərkən mütəxəssislərin məsləhətlərindən faydalanmağınız tövsiyyə olunur.