Kiçik yatırım məbləği olan bazar iştirakçıları üçün prioritet, minimum yatırım məbləği ilə maksimum gəlir əldə etmək və bu tempi saxlanılmasını təmin etməkdir. Eyni ilə FOREX bazarındakı kimi. Valyuta cütlükləri və ticarət olunan digər maliyyə alətlərinin qiymət dəyişikliklərindən gəlir əldə edilən FOREX bazarı, Azərbaycanda yeni olsa da, dünyada çox qədim tarixə malikdir.
FOREX bazarına necə yatırım edilir?
FOREX bazarında ticarət etmək istəyən hər bir bazar iştirakçısı ilk öncə fəaliyyəti Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən tənzimlənən lisenziyalı broker şirkəti seçməlidir. Bazar iştirakçısı lisenziya əsasında fəaliyyət göstərən broker şirkətində real ticarət hesabı açıb, balansına vəsait mədaxil etdikdən sonra ticarətə başlaya bilər. Ticarət zamanı əldə edəcəyi gəliri isə istər bank hesabına köçürə, istərsə də şirkətə yaxınlaşaraq nağd şəkildə əldə etməsi mümkündür.
Gəlir və Zərər
İnternetin olduğu istənilən yerdən FOREX bazarında ticarətə qoşulmaqla, kifayət qədər yüksək gəlir əldə edə bilərsiniz. FOREX bazarında kiçik yatırım məbləği ilə ticarət imkanının olması, bir çox bazar iştirakçıları üçün böyük fürsətdir. Buna səbəb kredit çiyni dəstəyidir. Bu sistemdən doğru istifadə edildiyi təqdirdə, kiçik yatırım məbləğləri ilə də yüksək gəlir əldə etmək olur. Kredit çiyni dəstəyi nə qədər gəlir əldə etməyinizə yardımçı olsa da, yanlış istifadəsi zamanı böyük risklərlə üzləşməyinizə də gətirib çıxara bilər. FOREX bazarında daha da uğurlu olmaq istəyən kiçik bazar iştirakçılarının, bu sahədə fəaliyyət göstərən lisenziyalı broker şirkətlərinin təklif etdiyi tədris proqramlarına qatılmaları tövsiyyə olunur.
Risk etmədən əvvəl düşünün.
Hər bir işdə olduğu kimi FOREX bazarında da risk amili mövcuddur. Ancaq burada riskiniz 50% səviyyəsindədir. Burada 2 cür risk səviyyəsi var: Birincisi yanlış qərar, ikincisi isə ən çox kiçik yatırım məbləği ilə ticarətə qoşulan bazar iştirakçılarının kredit çiyni dəstəyindən yanlış istifadə etməsi. Kredit çiynindən doğru istifadə bazar iştirakçısının öz üzərinə nə qədər risk götürdüyünün doğru göstəricisidir. Düzdür, kredit çiyni Sizin vəsaitlərinizin 100 qatı həcmində əməliyyatlar icra etməyə imkan yaradır, yalnız unutmaq lazım deyil ki, yanlış əməliyyat etdiyiniz təqdirdə Sizin riskiniz də 100 qat artır. Odur ki, FOREX bazarında ticarət etmədən öncə bu sahə üzrə tədris alın, kredit çiynindən istifadəni öyrənin və riskinizi minimuma endirmək üçün pulsuz təlim hesablarında təcrübə toplayın.