Share This Article
Çoxları Forex – i çətin analizlərin, stressin və riskin olduğu cansıxıcı bir sahə kimi görürlər. Lakin səthi deyil, biraz daha dərinə baxsanız onun müasir dövrə qədər gəlib çıxmağına səbəb olan tarixi köklərinin olduğunu anlayacaqsınız. Forex – in tarixinə nəzər saldığımızda qaydalara qarşı çıxanların və istismarlar ilə formalaşdığını, müasir dövrdə isə texnologiyanın gücündən güc alaraq daha da inkişaf etdiyini görürük.
Bu sahənin diqqətəlayiq bir keçmişi olmuşdur. Forex – i öyrənərək yüksək gəlir imkanlarından faydalanmaq istəyənlərin sayı da keçmiş zamanlardan bu günə qədər artmağa davam etmişdir. Görəsən o, gələcəkdə necə bir sahəyə çevriləcəkdir? Bəs, Forex – i diqqətəlayiq, həyəcan verici və ən başlıcası, cəlbedici edən nə idi? Valyuta ticarəti və Forex arasında nə kimi əlaqələr var idi? Aşağıda bütün bu suallarınıza cavab tapa biləcəksiniz.
1. Valyuta ticarəti etmək qədim zamanlardan bəri mövcuddur və bu yeni bir ideya deyildir. Həmin dövrlərdə – Talmud yazıları (Bibliya) dövrü – yerli əhaliyə pul dəyişmələri üçün kömək edən və bu işdən ödəniş alan “pul alverçisi” olaraq adlandırılan insanlar yaşamışlar. Onlar əsasən bayram dövrlərində şəhər dəzgahlarında və məhkəmə məbədlərində alqı – satqı işi ilə məşğul olurdular. Bu məlumat, valyuta ticarətinə başlanğıcın ən önəmli nümunələrindən biri olaraq dəyərləndirilir.
2. IV əsrdə Bizans höküməti valyuta mübadiləsi üzərində monopoliya elan etdi.
3.Dünyanın ilk real “bankı” 1472-ci ildə İtaliyanın Toskana şəhərində təsis edilmiş Monte Dei Paschi di Siena idi və o hələ də fəaliyyət göstərir.
4. XV əsrdə Medici ailəsi tekstil tacirləri ilə işləmək üçün valyutaları mübadilə etmək zərurəti ilə xarici ölkələrdə banklar açmaq məcburiyyətində qaldı. Bankda həmçinin “nostro” hesab kitabçası yaradıldı. “Nostro” italyanca “bizimki” mənasını ifadə edir. Kitabçada həm yerli, həm də xarici valyutaların xarici bankda saxlanılma miqdarları göstərilirdi.
5. XVII – XVIII əsrlərdə Amsterdam aktiv Forex bazarını təsdiqlədi. Bu bazar valyuta ticarəti deyiləndə ilk ağla gələn bazarlardan biridir. Mübadilə öz ölkələrinin yəni İngiltərə və Hollandiyanın maraqlarına uyğun fəaliyyət göstərən agentlər və tacirlər arasında baş tutmuşdur.
6. 1850 – ci ildə ABŞ – da Alexander Brown & Sons adlı firma xarici valyutaların ticarətinə başladı. Həmin ildən etibarən valyuta ticarətindən gəlir əldə etmək bir çox inkişaf etmiş ölkələrin maraq dairəsində yer aldı. ABŞ – da Forex – in pionerləri adına layiq görülən firmalardan biri olan J.M. do Espírito Santo de Silva isə 1880 – ci illərin başlanğıcında xarici valyuta ticarətinə başlamağa icazə almışdır.
7. 1880 – cı illərdə qızıl standardı müəyyən edildi. Artıq həm valyutalarla, həm də qiymətli metallarla ticarət etmək böyük qazanc qapısına çevrilməyə başladı. Bu dövr həm də müasir Forex – in başlanğıcını göstərən il olaraq da qəbul edilir.
8. 1899 – 1913 – cü illər arasında xarici valyuta ehtiyatları 10,8% artarkən, qızıl ethtiyatları isə yalnız 6,3% artmışdır. Ona görə də bu dövrə Forex bazarının inkişafının əhəmiyyətini və yatırım dünyasının müsbət istiqamətdə irəliləyişini vurğulayan simvolik bir dövr demək mümkündür.
9. 1914 – cü ilə qədər ən aktiv ticarət mərkəzləri olan Nyu York, Paris və Berlin kimi şəhərlər arasında Londonu görmək mümkün deyildi. Lakin sterlinq digər pul vahidləri arasında öz yerini ala bilmişdi.
10. 1908 – ci ilə qədər ABŞ – da Bankların hər biri öz pulunu yarada bilərdi.
11. 1920 – ci illərdə xarici valyuta bazarlarında lider olan və valyuta ticarətindən bir sözlə yatırımdan gəlir qazanan bəzi ailələr var idi. Kleinwort, Japhets, S,Montagu & Co. və Seligmans kimi ailələri buna misal göstərə bilərik.
12. İkinci Dünya Müharibəsindən sonra Bretton Woods müqaviləsi imzalandı. Bu, valyutaların müvafiq valyutalara nisbətdə 1% -ə qədər dəyişməsinə imkan verdi.
13. Bretton Woods Anlaşmasını və sabit məzənnə dərəcələrinin sona çatdırılması və “üzən (dəyişkən) məzənnə” nin meydana gəlməsi 37 – ci ABŞ Prezidenti Richard Niksonun adı ilə bağlıdır.
14. Həmin dövrlərdə səlahiyyətli qurumlar arasından anlaşmazlıq baş verərəsə bu Forex bazarlarına da öz təsirini göstərirdi. Nümunə olaraq, “Bretton Woods Anlaşması” və “Avropa Anlaşması”-nın effektiv olmaması səbəbiylə 1972 və 1973-cü illərdə ayında Forex bazarları bir müddətlik bağlanmağa məcbur edilməsini göstərə bilərik. Müasir dövrdə belə bir halın baş verməsini təsəvvür etmək belə mümkün deyil. Forex bazarlarının üstünlüklərini buradan oxuyun.
15. 1973 – cü ildə müasir Forex bazarının əsası qoyuldu.
16. Forex bazarlarında hər gün 5 trilyondan çox valyuta mübadiləsi əməliyyatı aparılır.
Buna görə isə yatırım etməyi öyrənmək istəyənlərin sayı getdikcə artmağa başlamışdır.