Share This Article
İstiqraz və Notlar maliyyə bazarlarında iştirak edən hər bir bazar iştirakçısının tanıdığı maliyyə alətləridir. İstiqraz, öz sahibinə müəyyən olunmuş müddətin sonunda onun nominal dəyəri və müəyyən kupon faiz ödənişləri təmin edən borc qiymətli kağızdır. Buraxılan istiqrazların hər birinin dəyəri eyni olması şərtdir. Bundan əlavə şirkət ödənilmiş kapitalından daha çox istiqraz buraxa bilməz. İstiqrazlar özləri də 8 qrupa bölünürlər:
-
Dövlət və özəl sektor istiqrazları
Dövlət istiqrazları dövlət tərəfindən yerli valyutada buraxılan və dövlətin borclanma funksiyalarını yerinə yetirən təminatlı qiymətli kağızlardır. Bu istiqrazlar, sahibini kredit riskindən və bazardakı digər risklərdən qoruyur. Özəl sektor istiqrazları isə bəzi səbəblər üçün dəyişkən müddətə buraxılan qiymətli kağızlardır.
-
Mükafatlı və Başa-baş İstiqrazlar
İstiqrazın üzərində göstərilən nominal dəyər ilə bazara çıxarılan qiymətli kağızlara başa-baş istiqrazları, üzərində qeyd olunan məbləğdən aşağı qiymətə bazara çıxarılan qiymətli kağızlara isə mükafatlı istiqrazlar deyilir.
-
Adlı və adsız İstiqrazlar
İstiqraz sahibinin adı onun üzərində və emitentin qeydiyyat kitabında qeyd edilir. İstiqraz sahibi adının istiqrazın üzərində yazılmasına baxmayaraq, onu üçüncü şəxslərə satmaq hüququna malikdir. Üzərində sahibinin adı olmayan və istiqrazı təqdim edən şəxsə həmin istiqraz üzrə hüquqları verən qiymətli kağızdır. Bu kimi istiqrazların üzərində yalnız istiqrazı buraxan şirkətin adı qeyd olunur.
-
Uduşlu İstiqrazlar
Rahatlıqla satıla bilməsi üçün istiqraz sahibinə əlavə mənfəət qazandıran istiqrazlar uduşlu istiqraz adlanır.
-
Zəmanətli və Zəmanətsiz İstiqrazlar
Satışları artırmaq üçün istiqrazlara bank və ya hər hansı bir şirkət tərəfindən zəmanət verilən zəmanətli, verilməyən isə zəmanətsiz istiqraz adlanır.
-
Nağd vəsaitə çevrilə bilən istiqrazlar
Bütün istiqrazların üzərində müddət qeyd olunur. Bu müddətin sonunu hər hansı bir səbəbdən gözləmədən faizi ilə nağd vəsaitə çevrilə bilən istiqrazlara nağd vəsaitə çevrilə bilən istiqrazlar adlanır.
-
Sabit faizli və dəyişkən faizli İstiqrazlar
Dəyişkən faizli istiqraz, tələb və təklif tarazlığına görə bazarlarda gündəlik olaraq müəyyən olunan istiqrazlara deyilir. Yüksək faiz dərəcələri ilə fərqlənən və dövriyyə müddəti 1 ildən 3 ilədək olan istiqrazlara sabit faizli istiqrazlar adlanır.
-
İndeksli İstiqrazlar
Bu növ istiqrazlar üzrə ödənişlər müəyyən qiymət indeksinə görə ödənilir. İndeks olaraq inflyasiya dərəcəsi, qızılın, valyutanın və ya hər hansı bir əmtəənin qiyməti əsas kimi götürülə bilər.
Notlar nədir?
Notlar adətən qısamüddətli olub, Mərkəzi Bank tərəfindən pul siyasəti və maliyyələşmə ehtiyaclarını qarşılamaq üçün emissiya edilir. Emitent qiymətli kağızın emissiya edildiyi ölkədən asılı olaraq dəyişə bilər. Belə ki, bəzi ölkələrdə belə kağızlar not, bəzilərində T-Bill və s. kimi adlandırlıa bilər.