X

İşinizi tərk etmədən əlavə gəlir əldə etməyin 10 yolu

forex ek gelir

Keçmiş zamanlarda əlavə bir işdə işləyən insanlara çox da rast gəlinmirdi. Ancaq gündəlik həyatımızda bir çox insanların, bəzən xobbi, bəzən də yalnız əlavə gəlir əldə etmək məqsədi ilə başladıqları işlərdə olduqca uğurlu olduqlarını və əsl peşələri ilə bərabər digər sahədə də uğur qazandıqlarının şahidi oluruq. Bu işdə təbii ki, internet və texnologiyanın rolu böyükdür. Odur ki, işinizdən əlavə Sizə əlavə gəlir gətirəcək 10 alternativ metod təqdim edirik:

  1. Məsləhət Verin

Əgər mütəxəssisi olduğunuz hər hansı bir sahə varsa, o sahədə məsləhət verə bilərsiniz. İstər şirniyyat istehsalı, istər bağbanlıq, istərsə də gözəllik məhsulları, sevərək gördüyünüz və özünüzə güvəndiyiniz hər sahədə başqalarına xidmət göstərə bilərsiniz. Üstəlik vaxtı özünüz tənzimləyərsiniz.

  1. İnternet vasitəsilə Satış Edin

Əgər öz əllərinizlə nəsə düzəldə bilirsinizsə, bunu əlavə işə çevirə bilərsiniz. Bunun üçün tək etməli olduğunuz iş onlayn alış-veriş saytlarının birindən qeydiyyatdan keçib, əl işlərinizin keyfiyyətli şəkillərini sayta yerləşdirib müştərilərə satmaqdır.

  1. Öyrədin

Əgər kiməsə nəsə öyrətməklə köməklik göstərmək istəyirsinizsə, bunu etməkdən çəkinməyin. Bunu etməklə, Siz daxilinizdə kəşf etmədiyiniz bir bacarığı üzə çıxarda bilərsiniz.

  1. Evinizi Kirayə Verin

İstirahətdə olarkən, heç işləmədən belə istirahət xərclərinizi qarşılaya biləcəyinizi bilirdinizmi? Beynəxalq saytlar sayəsində evinizi həftəlik, və ya günlük olaraq kirayəyə verməklə, Sİz evdə olmadığınız müddətdə belə gəlir əldə edə bilərsiniz.

  1. Sərbəst İşləyin

Frilans işləmək artıq dəbdədir. Bu gün virtual dünyada hər yaş qrupu və hər səviyyədə iş görən frilansları tapmaq olar. Siz də özünüzü mütəxəssis saydığınız sahədə frilans işləyə bilərsiniz.

  1. Ortaq Olun

Vaxtınızı tam olaraq ikinci bir işə həsr edə bilmirsinizsə, başqa bir təşəbbüsə ortaq olun.Maddi olaraq edəcəyiniz yatırım sayəsində zamanınızın və enerjinizin az hissəsini xərcləyərək, gəlirli bir investisiyaya imza ata bilərsiniz.

  1. Yerli Məhsulları Kəşf edin

Hər kəsin yaşadığı yerdə müxtəlif məhsullar vardır. Böyük şəhərlərdə olduqca nadir hallarda rast gəlinən, hətta insanlar tərəfindən tanınmayan bu məhsulları yeni insanlara təqdim etməklə və əcdadlarınızla bağlı olduğu mədəniyyəti daha çox insana tanıdaraq , öz işinizi qura bilərsiniz.

  1. Gizli Müştəri Olun

Alış-veriş edib, xidmət alıb, pul qazanmağın yolu, gizli müştəri olmaqdan keçir. Özünüzü tanıdıb əlaqə məlumatlarınızı saxlayın və ehtiyac olduğu anda gələn təklifləri dəyərləndirin.

  1. Köhnə əşyalar ilə Yeni gəlir yolları

Əgər Sizdə əl işləri gözəl alınırsa, o zaman evdəki köhnə əşyalarınızdan müxtəlif əl işləri düzəldərək onları sataraq gəlirli bir biznes qura bilərsiniz.

  1. Puldan Pul Qazanın

FOREX bazarına yatırım edərək puldan pul qazana bilərsiniz. Tək etməli olduğunuz iş, bazardakı dinamikliyi təqib etmək və uğurlu bazar iştirakçısı olmağln yollarını öyrənməkdir.

Categories: Məqalələr
InvestAZ:
Related Post